ONLAYN: 12

Qonaq: 441 Cəmi: 456
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) amon » 389,6 Min
5) Esmeralda » 371,5 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 1 saat 13 deq.
2) aynure - 57 deq.
3) amon - 27 deq.
4) Riko15 - 8 deq.
5) VeneSSa - 5 deq.
6) XAMLİYON_GÖZƏL - 5 deq.
7) Kır_papatyası - 3 deq.
8) XAMLİYON__GÖZƏL - 3 deq.
9) Gülüşüm💕 - 3 deq.
10) Nnnzazzrin - 2 deq.
Mömin günəş kimidir, saralıb solaraq batar, amma doğduğunda göz qamaşdırar.
İslam Dini Yüklə
Mömin günəş kimidir, saralıb solaraq batar, amma doğduğunda göz qamaşdırar.
Əhvalı dərdli olanın dərmanı Allahdır.

Səni namaza aparmayan iman cənnətə necə aparacaq?

Təqva! Tikanlardan qorunma həssaslığıyla tikanlı yolda getməkdir.

Susuram. Duam üçün, vəfam üçün, mübarizəm üçün... Bilirəm, Rəbbim səbr edənlərə ən xeyirli olanları verir.

Gözəl duadır: "Allahım, mənə səni unutdurmayacaq xoşbəxtlik nəsib et".

Nəfsimizin vəkili yox, hakimi olaq.

Özünü haqla məşğul etməsən, batil səni işğal edər.


Biz səni görmədən sevdik, ya Rəsulallah.

İbadətin ən xeyirlisi nəfsə uymamaqdır.

Eşitdiyi hər şeyi danışması insana günah qazandırar.

İslamiyyət - sevgi, gülər üz, şirin söz, dürüstlük və yaxşılıq dinidir.

İbadət bir quş olsaydı şübhəsiz, onun qanadları namaz və oruc olardı.

Allahla arasını düzəldənlərin insanlarla arasını Allah düzəldər.

İnsanlar iki qrupa ayrılırlar: günahkar olduğunu düşünən haqq əhli və haqq əhli olduğunu düşünən günahkarlar.

Ölüm gəldikdə mal-mülk, dost-tanış gedər, ancaq iman qəbrə qədər bizimlə qalar.

Yeni dərman tapdıq, deyir, həkimlər. Loğman kimi dava bilsə, nə fayda... Son nəfəsdə danışmasa bu dillər, bülbül kimi cəh-cəh vursa, nə fayda...


Namaz qılmaq, yalnız Allahdan qorxan möminlərə asan gəlir.

Mənə yaxın olanlar soyumdan gələnlər deyil, yolumla gedənlərdir. (Həzrəti Məhəmməd)

Buradakı zəhmət nöqtə ola belə, axirətdə o nöqtə qalxacaq, rəhmət olacaq.

İslami cihad islama görə olmaq və təşkilati edilmək məcburiyyətindədir. Bu, bir qərargaha bağlılıq və itaəti lazımi edir.

Bəzən bir çıxış yolu tamparsan, Allaha yönəl, yol səni tapsın.

Mömin günəş kimidir, saralıb solaraq batar, amma doğduğunda göz qamaşdırar.

Görmədən də sevilən Rəsulallah, salam və salavat sənədir.

Məzlumların dünyasında qiyamət qoparkən zalımların yastığına yumşaqlıq vermə, Allahım.

Səbr acı olsa da meyvəsi şirindir. Ey insan, kimə tabesənsə, onun qulusan.

İslam tərəfdarları mənim qardaşlarımdır. Mən də onların qardaşıyam. Müsəlmanlar ancaq islamı yaşamaqla zəfər çala bilərlər. (Mahmut Ustaosmanoğlu)

Ay üzünə, günəş pəncərənə işıq salmırsa, qəbahəti nə Ayda, nə də Günəşdə axtar. Gözlərindəki pərdəni arala.

Əməksiz varlı olanın, kitabsız savadlı olanın, sərmayəsi din olanın rəhbəri şeytan olar. (Yunus Əmrə)

Bəla imtahanı səbrlə, nemət imtahanı şükrlə qazanılır.

Cəhənnəm uzaqdan göstərildikdə, sirat körpüsünə insanlar insanlar çıxdıqda aslan kimi güçün olsa, nə fayda?

Biz aclıqdan qarnına daş bağlayan peyğəmbərin doymaq bilməyən ümmətiyik. (Necip Fazıl Kısakürek)

Hər şeyin azı kafi, İslamın azı kafi deyil.

Vücud az yeməklə, ruh az günahla rahatlanar.

Çarəsizlik Allahdan gələn ən gözəl işarədir; duanın vaxtının gəldiyini göstərir.

İslam yalnız öz orijinal üsulları ilə söylənir və başa düşülür.

Gözlər harama baxmaqdan və başqalarının ayıblarını görməkdən qorunmalıdır.

Gəncliyin qiymətini qocalar, hüzurun qiymətini hüzursuzlar, sağlamlığın qiymətini xəstələr, həyatın qiymətini ölülər bilir.

Günahlarınızı gizlətdiyiniz kimi, etdiyiniz yaxşılıqları da gizlədin.

Ölmək fəlakət deyil. Əsl fəlakət öldükdən sonra başına gələnləri bilməməkdir.

Milyardın olsa da, bir gün əcəl şərbətini içəcəksən. Dünyadan ayağı yalın, başıaçıq gedəcəksən.

Təmiz və halal olmasan, ibadətin fayda verməz.

Ədəb hüduda, sərhədlərə riayət etmək, onu aşmamaqdır. Ən böyük ədəb ilahi hüdudu mühafizədir.

Hər gününü son günün kimi yaşa, çünki, onlardan biri son günün olacaq.

Füzulidən soruşublar: sevmək daha gözəldir, yoxsa sevilmək? "Sevmək" deyib, "çünki sevildiyini heç vaxt tam anlamarsan".

Allah sevimli quluna bir qadının uşağına şəfa tapması üçün acı dərmanı içirməsi kimi acılığı daddırır.

İki barmağının ucunu gözlərinə qoy. Heç nə görə bilmirsən, sən görmürsən deyə bu aləm yox deyil.

Yüksək məqamlar yüksək təpələr kimidir, qaçaraq çıxanların nəfəsi daralar.

Allahla olduqdan sonra ölüm də ömürdə xoşdur.

Ölüm son nöqtə deyil, üç nöqtədir...


İnsanın dəyəri bir kəsirlə ifadə edilərsə; surəti həqiqi insanlığını göstərir, məxrəci isə özünü kim zənn etdiyini. Məxrəc böyüdükcə kəsr kiçilir.

Qəlbin arzuları daxildən, nəfsin arzuları xaricdən gəlir.

Təcrübə yaşlanmaqla yox, yaşamaqla qazanılır. Zaman insanları yox, armudları yetişdirir.

Qoca dünyada kiçik bir zərrəsən oyan! Ey insan, varlıqla yoxluq arasında müəmmasan!

Mömin söyüş söyməz, lənət etməz, həyasız olmaz.

Hüzur islam dininin yaşam fəlsəfəsinin təməl parçasıdır. İslami qaydalara uyğun yaşasanız hüzur taparsınız.

Dinimiz bizə deyil, biz dinimizə uymalıyıq. Kim ki dini özünə uyğunlaşdırmaq istəyir, o müsəlman deyil.

Bir saniyə sonra nə olacağı məchuldur, ona görə çalışaq, könül sındırmayaq. Unutma, qəlblərin memarı Allahdır.

Sanma ki, təsəddür yalnız qadına xasdır, kişinin təsəddürü göz qapaqlarındadır.

Həqiqi zəngin savadı çox olan insandır. (Həzrəti Əli)

Verən də o, alan da o, nədir səndən gedəcək? Təlaşını görən, can sənindir zənn edəcək. (Necib Fazıl Kısakürek)

Həyat bu qədər şeyə rəğmən davam edir, amma biz həyatın anlamını bilmədən yaradana qulluq etmirik. Allah bizi bağışlasın.

Ey könül, qəribədir deyilmi? Bir ömür şah damarından da yaxın bir sevgilini axtarmaqla keçir. (Mövlanə)

Bəzən bitməyən dərdlər yağış olub yağar, unutma ki, göy qurşağı yağışdan sonra çıxar. (Mövlanə)

Allahdan gələnə razı olsaq, Allah da bizdən razı qalar.

Sevdiyini Allaha əmanət et, sevmədiyini Allaha həvalə et...

Biz ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətiyik. (Necip Fazıl Kısakürek)

Səbrsiz iman başsız insana bənzər. (Mahmut Ustaosmanoğlu)

Ey torpaq, rəbbim məndən qazı qalana qədər mənə sarılma.

Keçmişin üçün əstağfürullah, bu gününün üçün əlhamdülillah, sabahın üçün inşallah...

İncə sözlər iti qılınca bənzər, qalxanın yoxdursa, geri çəkil. (Mövlanə)

Haqsızlıq önündə əyilməyin, çünki haqqınızla bərabər şərəfinizi də itirərsiniz. (Həzrəti Əli)

Xam düşüncələri ancaq ağıl bişirir. (Firdovsi)


Həyat iman və cihaddır. (Həzrəti Hüseyn)

Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ilik sərt sümüyün içindən çıxır. (Hafiz Şirazi)

Əyri ox doğru səmt almaz. (Həzrəti Əli)

Fürsətlər buludlar kimi tez çəkilib gedər. (Həzrəti Əbubəkr)

Ən yaxşı nəsihət yaxşı örnək olmaqdır.

Ən yaxşı davranış insanlarla özünlə davrandığın kimi davranmaqdır.

Gecə uzundur, onu yataraq qısaltma. Gündüz aydındır, onu günahlarınla qaraltma.

Gecənin nə qədər uzun olduğunu ancaq xəstələr bilir. (Sədi Şirazi)

Keçmiş gələcəyə suyun suya bənzərliyindən daha çox bənzəyir.


Mömin günəş kimidir, saralıb solaraq batar, amma doğduğunda göz qamaşdırar.

Dostlarınızla paylaşın

218 nəfər bəyənib.
Şərhlər: 6
  1. Elnare
    Sona kimi oxuya bilmedim, yalan demiyim ki hamisini oxudum. Yariya kimi oxudum ve cox beyendim. Eline sagliq Coxsagol
    1. n2006
      Dəyməz
  2. XAMLİYON__GÖZƏL
    Çox gözəl kəlamlar dır təşəkkürlər canım 💙
    1. n2006
      Dəyməz
  3. Adnur xanım
    Ne gozel kelamlardir .Tesekkur
    1. n2006
      Dəyməz

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.