ONLAYN: 13

Qonaq: 618 Cəmi: 634
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 369,6 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) aynure - 28 deq.
2) VeneSSa - 24 deq.
3) Elnare - 20 deq.
4) CavadoV - 9 deq.
5) laluna - 5 deq.
Əncirin faydaları
Sağlamlıq Yüklə
Əncirin faydaları
Əncirin çox faydalı meyvə olduğu hamıya məlumdur. Faydalanmaq üçün əncirin qurusundan da geniş istifadə edilir. Əncir qurusu müxtəlif növ əncir meyvəsini qurudaraq əldə edilir. Əncir ən qədim meyvələrdən hesab edilir. Onun yetişdirilməsi ilə qədim zamanlarda Ərəb ölkələrində geniş istifadə edilib. Sonralar Suriya, Finlandiya və Misirdə də əncir ağacının yetişdirilməsinə başlanılıb. Əncir ilk dəfə Amerika ölkələrinə XVI əsrdə gətirilib. MDB ölkələri arasında ən çox Türkmənistanda, Azərbaycanda, Özbəkistanda, Gürcüstanda, Tacikistanda əncir ağaclarına rast gəlinir.
Əncir subtropik bitkilərdəndir. Onun ağacı 12 metr hündürlüyə qədər qalxa bilir. Onun iri, tünd yaşıl və sərt yarpaqları olur. Əncirin yarpaqları insanın dərisini qıcıqlandırır və onu qopardıqda südə bənzər maye axır. Əncirin müxtəlif növləri var. Onun həm təzəsindən, həm də qurudulmuşundan istifadə edilir. Əncir meyvəsi yay aylarında yetişir. Onun şirin dadı olur. Əncir orqanizm üçün faydalı olan meyvələrdəndir. Ənciri yetişdiyi zaman toplayır və qurudurlar. Əncirdən mürəbbə və cemlər də hazırlanır.

100 qram əncirin tərkibində olanlar:
- Züllar - 1,5 qr
- Yağlar - 0,4 qr
- Karbohidratlar - 4,9 qr
- Su - 1,4 qr
- Kalori - 74 kKal.

Əncirin tərkibində çoxlu faydalı makro və mikro elementlər var. Onun tərkibi dəmir, maqnium, kalsium, kalium və A və B vitaminləri ilə zəngindir. Təzə dərilmiş əncirin 24%-ni, qurudulmuş əncirin isə 37%-ni şəkər təşkil edir.

Əncirin faydalı xüsusiyyətləri
Əncir qızdırmasalıcı və tərqovucu təsirə malikdir. Ondan daha çox faydalanmaq üçün təzə halda yemək lazımdır. Qurudulmuş ənciri isə suda və ya süddə saxlayıb yedikdə orqanizm üçün faydalı olur.
Əncir mədənin və böyrəklərin işini yaxşılaşdırır. Xalq təbabətində əncir həlimindən soyuqlama, angina, diş xəstəlikləri və tənəffüs yollarının xəstəlikləri zamanı istifadə edilir. Əncir ürək-damar xəstəlikləri zamanı çox faydalıdır. Onun tərkibində olan kalium ürək əzələsini möhkəmləndirir. Kaliumun miqdarı damarların da möhkəmlənməsinə səbəb olur. Əncir damarların fəaliyyətini yaxşılaşdırır və venoz damar çatışmazlığı əlamətlərinin aradan qalxmasına səbəb olur. Əncirin tərkibində olan fitsin fermenti qanın laxtalanmasının qarşısını alır və trobların əriməsinə səbəb olur.
Əncir bağırsaq möhtəviyyatının yumşalmasına və qəbizliyin aradan qalxmasına səbəb olur. Əncir ürəkdöyünmənin azalmasına səbəb olur. Əncir artıq çəkidən xilas olmağa yardım edir. O stress səbəbli meydana çıxan öskürmələrin və alkohol qəbulundan sonra meydana çıxan əlamətlərin aradan qalxmasına səbəb olur. Əncirin tərkibində olan kalium, maqnium və kalsium qarışığı əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Əncir yemək çox faydalıdır. Ondan hazırlanan bəzi uşaq qidaları uşaqların həzmini sürətləndirir.
Əncir yemək pis xolesterinin azalmasına səbəb olur və atereskleroz əlamətlərini aradan qaldırır.

Əncirin zərərli xüsusiyyətləri
Şəkərli diabet xəstələrinə əncir yemək məsləhət görülmür. Podaqra və bağırsağın kəskin xəstəliklərindən əziyyət çəkənlərə də əncir yemək tövsiyə edilmir. Buna səbəb isə əncirin tərkibində əncir liflərinin və əvəlik turşusunun olmasıdır. Piylənmə və pankretitdən əziyyət çəkənlərə quru əncir yemək məsləhət görülmür.
Əncirin bağırsaq yumşaldıcı xüsusiyyətini də diqqət mərkəzində saxlamaq lazımdır. Belə ki, uzun məsafəli yola çıxan adamlara acqarına əncir yemək tövsiyə edilmir.

Dostlarınızla paylaşın

121 nəfər bəyənib.
Şərhlər: 3
  1. Adnur xanım
    Enciri.kim sevmezki?? Yeyende zereri yadima duwmur)) Bilsek de emel etmirik.Biz insanlar beleyik....
  2. Elnare
    Melumatim var o haqda. Zererli xeyirli terefini bilirem. Onsuzda yediyimiz her sheyin zererli xeyirli terefi olur. Ne yesekde gerey qederinde yeyek.
    1. n2006
      Düzdü

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.