ONLAYN: 10

Qonaq: 525 Cəmi: 538
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) amon » 389,6 Min
5) Esmeralda » 371,5 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 1 saat 26 deq.
2) amon - 1 saat 8 deq.
3) aynure - 48 deq.
4) nemeLum_o2 - 10 deq.
5) Salamzade - 8 deq.
6) laluna - 8 deq.
7) Avara_Şair - 4 deq.
8) JamesAutox - 2 deq.
9) 2006 - 2 deq.
10) GozeLoV - 1 deq.
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin anasın Məhkəmə"yə ifadə verib ..
Xəbərlər Yüklə
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin anasın Məhkəmə"yə ifadə verib ..
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Loading.az-nın məlumatına görə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərminin anası Aynurə Quliyeva ifadə verib.


A. Quliyeva ifadəsində hadisə baş verməzdən əvvəl İlkin Süleymanov ilə aralarında heç bir şəxsi ədavət olmadığını deyib. Buna baxmayaraq, İlkin Süleymanovu təqsirli bildiyini açıqlayıb.

Daha sonra, Aynurə Quliyeva hakimin suallarını cavablandırıb. Bu zaman onun emosional davrandığı əsas gətirilərək prosesin təxirə salındığı elan olunub.

Məhkəmə istintaqı sentyabrın 8-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Dostlarınızla paylaşın

88 nəfər bəyənib.
Şərhlər: 1
  1. Elnare
    Anasinin eli var bu ishde. Mence nese bilir gozledir.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.