XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL özünü ☺️ nostaljik hiss edir. Maraqlı 11-08-2021, 12:00

Tarixdə bu gün 11 avqust

Tarixdə bu gün 11 avqust
11 avqust 1473-cü ildə Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı ordusu ilə Uzun Həsənin başçılığı ilə Ağqoyunlu ordusuOtluqbeli müharibəsində qarşı-qarşıya gəldi. Döyüşdə Osmanlı ordusu qalib gəldi, Ağqoyunlu dövləti süquta uğradı.

***

1918-ci ilin avqustunda Azərbaycanın paytaxtı Bakının bütövlükdə erməni işğalı altına düşməsi təhlükəsi yaranmışdı. Əsasən erməni və rus bolşeviklərindən ibarət “Sentrokaspi hökuməti” bu məqsədlə Britaniya ordusunu Bakıya çağırmışdı. Yaranmış ciddi təhlükə ilə əlaqədar Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti avqustun 11-də ölkədə hərbi səfərbərlik elan etdi.

***

1919-cu il 11 avqust tarixində Azərbaycan parlamenti tərəfindən Vətəndaşlıq Haqqında Qanun qəbul olundu. Qanunda göstərilirdi ki, milliyyəti, dini mənsubiyyəti və dilindən asılı olmayaraq ölkə ərazisində qeydiyyatda olan hər bir şəxs Azərbaycan vətəndaşı ola bilər.

***

1945-ci il avqustun 11-də Çin Kommunist Xalq Azadlıq ordusunun baş komandanı, marşal Çju Denin əmrilə yaponların zəbt etdikləri ölkə ərazisinin şimal və şimal-şərqinə genişmiqyaslı hücum başlandı. Bu hücum nəticəsində Sovet ordusunun kömək göstərdiyi Mao Tszedun və ABŞ-ın aviasiya və donanmasının yardım göstərdiyi Çinin rəsmi başçısı Çan Kaiyşinin qoşunları daha çox ərazi ələ keçirmək uğrunda əsl yarışa girdilər. Nəticədə oktyabrda ölkə ərazisində vətəndaş müharibəsi baş verdi və kontinental Çin Maonun başçılıq etdiyi kommunistlərə, Tayvan adası isə Çan Kaişiyə düşdü.

***

11 avqust Çad Respublikasının Müstəqillik Günüdür.

Afrikanın mərkəzi hissəsində yerləşən və Fransanın müstəmləkəsi olmuş Çad 1960-cı ilin bu günü istiqlaliyyətini elan edib.

***

1980-ci il avqustun 11-də Türkiyənin BMT-dəki nümayəndə heyətinin və Nyu-Yorkdakı konsulluğunun yerləşdiyi Türk Evinin qarşısına bombalar atıldı. Bombalardan birinə yapışdırılmış məktubda türkiyəli diplomatlara qarşı cəza tədbirləri görüləcəyi barədə hədələr yazılmış və sonda “erməni qrupu” imzası qoyulmuşdu.

Bu hadisədən düz 1 il sonra Danimarkanın paytaxtı Kopenhagendə İsveçrə aviaşirkətinin ofisində bomba partladıldı. Nəticədə bir amerikalı turist ağır yaralandı. Partlayışa görə məsuliyyəti “9 iyun təşkilatı” adlanan erməni terror qrupu öz üzərinə götürdü.

***

Çin Xalq Respublikasında Mao dövrü 1980-ci ilin 11 avqustundan rəsmi olaraq tarixə qarışdı: Çin Kommunist Partiyası Mao ilə bağlı bütün şəkil, bildiriş və afişaları qadağan etdi.

***

11 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

Azərbaycan şairi və müəllimi, Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir Vüsaqi 1871-ci ilin bu günü anadan olub. Bir neçə il Bakıdakı mədrəsələrdə təhsil aldıqdan sonra Xızıda müəllimlik edib. 1902-ci ildə Bakıya köçərək məktəb açıb və ömrünün sonunadək orada müəllim işləyib.

Müxtəlif təxəllüslərlə şeirlər yazan Mirzə Əbdülqədir Vüsaqi “Seyfəlmülk” və “Şah İsmayıl” operalarının librettolarının müəlifidir. O vəfat edərkən Mikayıl Müşfiqin 6 yaşı var idi. (1871-1914)
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
24 18 11 22 16 13

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. ❤️ELNARE ❤️

    Elnare 11 avqust 2021 13:01 1

    Maraqli melumata gore coxsagol cannn

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.