ONLAYN: 11

Qonaq: 589 Cəmi: 603
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 369,6 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) aynure - 28 deq.
2) VeneSSa - 24 deq.
3) Elnare - 20 deq.
4) CavadoV - 9 deq.
5) laluna - 5 deq.
Tarixdən bu gün 6 avqust
Maraqlı Yüklə
Tarixdən bu gün 6 avqust
1682-ci ilin 6 avqustunda Osmanlı və Avstriya-Macarıstan imperiyaları arasında İkinci Vyana Mühasirəsi ilə nəticələnəcək müharibə elan edildi.

***

6 avqust Cənubi Amerikanın mərkəzi hissəsində yerləşən Boliviya respublikasının istiqlaliyyət günüdür. (1825)

***

1914-ci ilin 6 avqustundan Birinci Dünya Müharibəsi yayılmağa başladı: Serbiya Almaniyaya, Avstriya-Macarıstan imperiyası isə Rusiyaya müharibə elan etdi.

***

1915-cu ilin 6 avqustunda İngiltərə, Avstraliya və Yeni Zelandiya əsgərləri Türkiyənin Çanakkala Anafartalar bölgəsində quruya çıxdılar.

***

1924-cü il 6 avqustundan Türkiyənin quruluşunu müəyyən edən Lozanna Müqaviləsi qüvvəyə mindi.

***

6 avqust 1926-cı ildə Qertrude Ederle Manş boğazını üzərək keçən ilk qadın oldu.

***

1945-ci ildə Amerika Birləşmiş Ştatları Hirosimaya atom bombası atdı. Bu, bəşəriyyət tarixində atom silahının tətbiq edildiyi ilk hadisədir. Nəticədə yüz minlərlə insan həlak oldu, yaralandı və ömürlük xəstəliklərə düçar oldu.

Atom silahının ağır nəticələrini Yaponiya xalqı bu gün də hiss edir.

***

6 avqust Yamayka xalqının istiqlaliyyət günüdür.

Karib dənizində yerləşən bu ada-ölkə 1962-ci ildə müstəqilliyini elan edib. Həmin vaxta qədər isə Yamayka Böyük Britaniyanın müstəmləkəsi olub.

***

1980-ci ildə “Dünya həkimləri nüvə silahına qarşı” təşkilatı 6 avqustu Dünya Həkimləri Sülh Uğrunda Günü elan etdi. Bu beynəlxalq gün 1945-ci il avqustun 6-da Yaponiyanın Hirosima şəhərinə ilk atom bombasının atılması ilə əlaqədardır.

***

6 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Məşhur Azərbaycan şairəsi, “Xan qızı” adı ilə tanınan Xurşudbanu Natəvan 1832-ci ilin bu günü Qarabağda Şuşada xan ailəsində dünyaya gəlib.

Azərbaycan klassik ədəbiyyatının ənənələri üslubunda gözəl şeirlər və qəzəllər yaradan Natəvan həm də xeyirxah əməlləri ilə tarixə düşüb. Şuşa su kəməri xətti Natəvanın adı ilə bağlıdır.

Fransanın tanınmış yazıçısı Aleksandr Düma “Qafqaz səyahəti” adlı xatirələrində Natəvanla görüşləri barədə ətraflı məlumat verib. Şairə fransız qonağa nəfiz əl işləri, yazıçı isə xan qızına xatirə olaraq şahmat bağışlayıb. (1832-1897)

***

Bu gün Azərbaycan yazıçısı Səməd Ağamalıoğlunun xatirə günüdür.

1909-cu ildə Qarabağın mərkəzi Şuşada anadan olan Səməd Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Əhməd Ağamalığolunun oğludur.

Yaradıcılığa gənc yaşlarından başlayan Səməd Ağamalıoğlu Ankara liseyini bitirdikdən sonra Fransanın Strasburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib, 1950, 1954 və 1957-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü olub. (1909-1982)

***

“Roki” (Rocky) və “Rembo” (Rambo) filmlərilə dünya şöhrəti qazanan Amerika kino aktyoru Silvestr Stalone (Sylvester Stallone) 1946-cı ilin 6 avqustunda Nyu-Yorkda dünyaya gəlib.***

***

Dostlarınızla paylaşın

78 nəfər bəyənib.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
8 8 22 16 13 11

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.