Ürək Yoxdu Ki Səndə (Mahnının Sözləri)
Tutma birdə sevgi adını ürək yoxdu ki səndə,
Sən sevməyi bacarmadın ürək yoxdu ki səndə.
Bu sevgidən doydun,sən məni tək qoydun,
Özün mənnən uzaqlaşıb getdin,
Məhəbbətimi dandın yad kimi davrandın,
Əlimi sıxıb sağollaşıb getdin.
Dərdi qəmim çoxdur səndə ürək yoxdur,
Sevgi məhəbbət nədir bilmirsən,
Mənim ürəyimə qıydın gözümü yolda qoydun,
Çıxıb getdiyin kimi gəlmirsən.
Dərdim ağır dərtdi yar məni öyrətdi,
Mən nə bilirdim nədi həsrət,
Sən məni atmağnan özgəyə satmağnan,
Mən elədim sevgiyə nifrət.