n2006

n2006 özünü 😇 xoşbəxt hiss edir. Aforizm 3-08-2021, 08:00

Kaş həyatda hər kəs məşhur və varlı olardı və başa düşərdilər ki,bu şeylər insanı xoşbəxt etmir.

Kaş həyatda hər kəs məşhur və varlı olardı və başa düşərdilər ki,bu şeylər insanı xoşbəxt etmir.
Xoşbəxt olmanın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir.

Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır.
- Corc Bayron

Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir.
- Ergün Gülər

Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.
- Onore de Balzak

Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.
- Qotfrid Leybnits

Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.
- Oldos Haksli

Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.
- Lev Tolstoy

Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
- Əbül Fərəc

Xoşbəxtliyi səndə tapan sənindir.
Qalan hər kəs həyatında yalnızca bir qonaqdır.

Xoşbəxt bir ailə həyatı, dünyada qovuşulmuş cənnətdir.

Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur.
- Əbu Turxan

Bir çox insan bədbəxt olduqlarını bilərlər, amma daha çoxları xoşbəxt olduqlarını bilməzlər.
- Albert Şveyster

Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.

İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri.

İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.
- Oşo

Xoşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.
- Albert Eynşteyn

Xoşbəxtliyinizin açarını heç kimin cibinə qoymayın.

Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət.
- Volter

İnsanların ən bədbəxti digər insanları səfil etməklə xoşbəxt olacağını zənn edən insandır.

Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz.

Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir.
- C.Oppenheym

Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
- Ömər Xəyyam

Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük.
- Qabriel Qarsiya Markes

Əgər bir az ağılın varsa; xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bilməlisən.
- Qabriel Qarsiya Markes

Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?
- Fyodor Dostoyevski

Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
- Fyodor Dostoyevski

Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
- Viktor Hüqo

Dünyada ən xoşbəxt insan - istər kral olsun, istər kəndli - evində rahat olandır.
- Yohann Volfqanq Höte

Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz, filosof olarsınız.

Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır.
- Platon

Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar.
- Samuel Smayls

Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər.
- Sokrat

Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
- Ömər Xəyyam

Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
- Viktor Hüqo

Kaş həyatda hər kəs məşhur və varlı olardı və başa düşərdilər ki,bu şeylər insanı xoşbəxt etmir.

Xoşbəxt olmaq üçün tək bir şeyə ehtiyac var : Sevmək.
Hər şeyə rəğmən bütün qəlbinlə sevmək..
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
26 41 23 32 28 27

Oxşar xəbərlər Digər trend xəbərləri

4 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. LaLə

    ÊLfid 10 avqust 2021 16:20 1

    Status çox olanda oxuyammıram mən tıncıxıram 🥲 10 oldu bəsdi 😪
  2. Heç kimə dəxlisi yoxdur

    XAMLİYON__GÖZƏL 3 avqust 2021 14:09 2

    Xoşbəxt olmaq üçün tək bir şeyə ehtiyac var : Sevmək.
    Hər şeyə rəğmən bütün qəlbinlə sevmək

    Təşəkkürlər canım 💙
    1. Nigar Axundova

      n2006 3 avqust 2021 14:33 1

      Dəyməz can❤️
  3. ...

    heyatimin menasi 3 avqust 2021 13:55 1

    Birisini xosbext edende sen ozunde xosbext olursan.O xosbextliyi sozlere sigisdirmaq olmir

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.