heyatimin menasi

heyatimin menasi Şeirlər 31-07-2021, 17:30

Sən hələ o vaxtdan şəkil qalmısan

Sən hələ o vaxtdan şəkil qalmısan
Biz onda səmaydıq, biz onda göydük,
Baxıb özümüzü o şəklə öydük.
Kaş ki o şəkili çəkdirməyəydik,
Kaş ki o şəkildə sən düşməyəydin,
Sən hələ o vaxtdan şəkil qalmisan

Yoxdur o gecə də, heç o səhər də,
O köhnə küçə də, heç o şəhər də.
Şəklini dəyişib indi o yer də,
İndi nə ağac var, nə daş var orda,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Sevgi tikən evi ayrılıq sökür,
Zaman verdiyini gözümdən tökür.
Allah körpələrin bəxtini çəkir,
Körpələr Allahın şəklini çəkir,
Sən hələ o vaxtdan şəkil qalmısan

Bilmirəm bu şəkil sevgidi, kindi,
Bəlkə bir soraqdı, bəlkə bir ündü.
Dönüb adam olur şəkillər indi,
Qocalır, ucalır şəkildəkilər,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Bir vaxt Vətən şəkli dərdiydi gözə,
Dönürdü bir selə, axırdı üzə.
Bir bax ki, Şuşa da qayıtdı bizə,
Kəlbəcər qurtardı şəkil olmaqdan,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Baxıb bu şəkilə hər gün soluram,
Yadıma düşürsən elə doluram.
Mən dönüb bir daşda şəkil oluram,
Mən dönüb əbədi şəkilləşirəm,
Sən hələ o vaxtdan şəkil qalmısan.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
23 35 18 49 14 31

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.