ÊLfidÂ

ÊLfid Maraqlı 29-07-2021, 16:30

Qəribə peşələr

Qəribə peşələr
Dünyada gündəlik həyatda gördüyümüz peşələrdən əlavə, haqqında eşitmədiyimiz maraqlı və qəribə peşələr var. Bunlardan bəzilərini sizlərə təqdim edirik.

İnək pedikürçüsü - Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

Mebel sınayan - Bu işə yalnız professional işçilər tələb olunur. Dünyanın ən böyük fabrik və dizayner şirkətləri stol və kitab rəflərini çıxmaq şərtilə çarpayı, stul, kreslo üzərində atılıb düşərək mebelin nə qədər keyfiyyətli və davamlı olduğunu müəyyən edir.

Qoltuq altı iyləyən - Antipersperant və dezodorant istahsal edən şirkətlərə qoltuq altı iyləyən işçilər tələb olunur. Belə ki, bu işçi həmin antipersperantı bir qrup insanların qoltuqlarının altına çəkir və həmin gün ərzində məhsulun qoltuqda neçə saat qaldığını və necə təsir etdiyini iyləyərək müəyyən edir.

Yumurta ayıran - Şirniyyatların hazırlanması üçün xüsusi alətin köməyi ilə yumurtaların sarısını ağından ayıran adam.

Təyinatlı qohum - Çində yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət var. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum-əqrəba icarəyə götürə bilər. Hətta burada ata-ana rolunu oynayan insanlar da var.

Ayaqyolu tapan - Bu peşə Yaponiyada dövlət qulluğu hesab olunur. Belə ki,Yaponiyada şəhərin mərkəzində bir neçə şəxs dayanır ki, onlara yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edə bilərsiniz.

Növbə saxlayan - Müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vurararaq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edə bilərsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır, nəticə əldə etmək üçün lazım gələrsə, hətta dalaşır. Xidmətin saatı 40$ - dır.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
15 18 9 20 25 25

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.