LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 özünü 😐 narahat hiss edir Aforizm 29-07-2021, 13:00

Ömür Haqqında Aforizmlər

Ömür Haqqında Aforizmlər
LoaDinG.Az xəbər saytı
Ömür yadda qalan günlərın sayı ilə ölçülür.

- Xudu Məmmədov



Hər həyat səhifəsi ömürün ilk yazıdı,

Bu günün hər əməli sabah üçün yazıdı.

- Əbu Turxan



Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.

- Mövlana Cəlaləddin Rumi



Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür.

- Can Yücəl





Hamımız həyatımızda bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik.

- Murathan Mungan



Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır.

- Kiçik Seneka



Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.

-Əbdürrəhman Cami



Önəmli olan ömrün müddəti deyil, bu ömrü necə yaşadığındır.

- H.Holley



Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur.

- Deni Didro



Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir.

- Hafiz Xarəzmi



Eşqdən başqa bir şey könlümə yaddır,

Ömrümün quşuna sevgi qanaddır.

- Nizami Gəncəvi



Aşiq olmaq önəmli deyil... Ömür boyu sevəbilməkdir mərifət..

- Can Yücəl



Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq.

- Can Yücəl



Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.

- Çarlz Bukovski



Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!

- Nazim Hikmət



Bir sevgini anlamaq, bir ömür xərcləməkdir... Xərcləyəcəksən!

- Özdəmir Asaf



Dünyaya tək olaraq gəlir, tək olaraq gedirik. Doğumla ölüm arasındakı qısacıq ömürümüzdə də tək mi yaşayaq?



Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bəs etdi.

- Özdəmir Asaf



Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.

- Nəcib Fazil Qısakürək



Keçmiş – xatirələrdə,

gələcək isə xəyallarda yaşayır.

-Əbu Turxan



Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur.

- Lukian



Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki!

- A.Kapus



Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.

- Anton Çexov



Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.

- Mövlana Cəlaləddin Rumi



Könül almağı bilməyənə ömür əmanət edilməz.

- Mövlana Cəlaləddin Rumi



Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq üçün isə bütöv bir ömür lazımdır.

- P.Bryula.



Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.

- Əbu Turxan



Çalış bədbin olma. Əgər bədbin olsan, ömür boyu sıxıntılardan qurtula bilməz.

- Sokrat



Özünü sevmək, ömür boyu sürəcək bir məhəbbətin başlanğıcıdır.

- Oskar Uayld

Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur.

- Əbu Turxan



İnsanların mənim barədə nə düşündüklərinə baş qoşmamaqla ömrümü 10 il uzatdım.

- Çarlz Bukovski



İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.

- Nəcib Fazil Qısakürək



Yalnız qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.

- Çarlz Bukovski



Həyatda olduğunuz müddətcə, Ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin.

- Əbdülqadir Geylani



Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır.

- Əbu Turxan



Faydasız həyat- vaxtsız ölümə bərabərdir.

- İohann Höte



İnsan ona bəxş edilmiş ömrü heç vaxt tam yaşamır. Ömür qismətin ancaq bir qismidir.

- Əbu Turxan



Bəzən düşünürəm...necə də qəribə varlıqlarıq..

Hamımız ömrümüzün qısalığından şikayət edirik, ancaq ömrümüzün gününü bir an içində və fərqinə varmadan boşuna xərcləmək üçün nələr etmirik ki?

- Əhməd Həmdi Tanpınar



İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər.

- Jan Jak Russo.



Bəzən bir dəqiqəlik həzz ömürlük iztirabların səbəbi olur.

- Viland



Kim şöhrətpərəstlik xəstəliynə tutulmişsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir.

- Mişel de Monten





Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam.

- Artur Şopenhauer



Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır.

- Josef Addison



Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.

- Əbu Turxan



Gözümüzün gördüyü hər yerdə zaman, əmək və ömür israfı var.

Gözəl olmayan bir məmzərə olsa belə, bu gerçəkdir...

- Nikola Tesla



Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin.

- Robin Şarma



Zülmət çoxaldıqca ömrü qısalar.

- Əbu Turxan



Yaxşı filosof düşündüklərini öncə öz həyatında yaşayır.

- Əbu Turxan



Böyük adamların Ömrü onların ideyalarının Ömrü ilə ölçülür.

- Əbu Turxan



Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur.

- Puankaren



Şərəflə ömrünü sərf et maarif uğrunda; Gözətlə izzəti-nəfsin, unutma vicdanın.

- Əliağa Vahid



Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir.

- Leonardo da Vinçi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1774 1743 1466 1524 1531 1424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.