heyatimin menasi

heyatimin menasi Dəri və saç 27-07-2021, 08:00

Müəyyən yaşlarda dəriyə necə qulluq etmək lazımdır?

Müəyyən yaşlarda dəriyə necə qulluq etmək lazımdır?
20–30 yaşlarında dəriyə qulluq

20 və 30 yaşlarında bədən və dəri öz çiçəklənən dövrünü yaşayır. Yetkinlik dövrünün sızanaqları keçmişdə qalır, qırışlar isə gələcəkdə olan kabusdur, qulluğun məqsədi isə profilaktika üçündür.
Hər şey ilk baxışda göründüyü kimi sadə deyil. Mümkün olduğu qədər uzun müddət təmiz və hamar dərini qorumaq üçün 4 əsas qaydaya riayət etmək lazımdır.

1. Axşamları yuyunmağı unutmayın

Gənc yaşda quru dəriyə az rast gəlirik, ancaq yağlılığa meyilli normal dərilərə isə - geniş miqyasda. Bu cinsi hormonların yüksək səviyyəsinə asaslanır və dəridə yağ vəzlərinin çox olmasına gətirir. Yaş artdıqca hormon səviyyəsi, onunla bərabər isə dəri normallaşır. Hələ cavan və enerjilisinizsə, yağ sizə problem yarada bilər: o, qıcıqlanma və iltihablanma yaradan bakteriyaları qidalandıra bilər. Bakteriyaların çoxalmasına imkan verməmək üçün, günün kirini, tozunu yumağı unutmayın. Təbii ki, dərinizə uyğun vasitədən istifadə edərək.

2. Gözənəkləri təmizləyin

Qara nöqtələr- yağ və kirlə dolmuş gözənəklərdir, cavanlığın daha bir problemi. Əgər təmizliyə diqqət etməsəniz gözənəklər böyüyəcək və dəriniz getdikcə portağal qabığına bənzəyəcək.
Gözənəklərin dərin təmizliyini ən az həftədə bir dəfə etmək lazımdır. Bunu Bakı dükanlarında satılan və ya özünüzün düzəltdiyi maskalar vasitəsi ilə edə bilərsiniz. Əgər dəriniz qara nöqtə və sızanaqlara meyillidirsə, o zaman ayda 1-2 dəfə əlinizlə və ya kosmetoloqda ultrasəs vasitəsi ilə təmizləyin.

3. Ultra bənövşəyi şüalardan qorunun

Günəşdən qaralmaq gözəl görsənə bilər. Bunun üçün günün müəyyən saatlarını seçmək lazımdır. Əks halda günəş şüaları dərini qurudar, ultra bənövşəyi şüalar isə dəriyə elastiklik və sıxlıq verən elastin və kollagen ağını zədələyir. Nəticə- üz dərisi vaxtından əvvəl solur.
Əgər cavanlıq müddətini üzatmaq istəyirsinizsə, elə gənc illərinizdən SPF-li vasitələrdən istifadə edin.

4. Göz altı dəriyə qulluq edin

Göz altı dərisi çox nazik və demək olar ki yağ qatı olmur. Elə bu səbəbdən ən tez ora qırışır. O nahiyyəyə orta yaşda qulluq etməyə başlamaq düzgün deyil. Mütəxəssislər artıq 18 yaşından göz altı dəriyə qayğı göstərməyi məsləhət görür.
Xüsusi nəmləndirici krem və tərkibində qidalandırıcı maddələr olan maskalardan istifadə edin.
Eləcə də yaşıl çay və nanəli yaş kompreslər cavanlığı qoruyur. Kompresin resepti sadədir- 1-2 çay qaşığı çay və ya nanəni 0.5 l qaynar suya əlavə edin və soyudun. Məhlulu pambıq və ya cunaya batırıb həfif sıxıb göz altında 10-15 dəqiqə saxlayın.


30–40 yaşlarında üz dərisinə qulluq

Bu yaşlarda siz artıq bir neçə stress və ya hormonal partlayışlar(hamiləlik, doğuş, müxtəlif dərman qəbulu və s.) yaşamısınız, bu da dəriyə təsir göstərib. Dəyişikliklər çox görsənməsə belə, onlar mövcuddur. Bu səbəbdən növbəti məqamları nəzərdən qaçırmayın.

1. Piqmentasiyaya fikir verin

Qeyri hamar rəng— bir neçə ili də əlavə edən bariz yaşlılıq əlaməti.
Yaşla, piqmentasiya özünü daha aydın şəkildə göstərir, bu səbəbdən hamar rəngi qorumaq lazımdır. Bunu ağardıcı kremlər, maskalar və ya yüngül ev skrablarından(böyük aşındırıcı hissəciklər olmayan) isitifadə edərək əldə edə bilərsiniz. Kosmetoloqla məsləhətləşmək ideal variantdır. O, sizə dərinizə uyğun kremlərlə yanaşı, professional pilinq kursunu da məsləhət görə bilər. Bəli! SPF-li kremləərdən istifadə vacibdir. Ultra bənövşəyi şüalar piqmentasiya problemi yaradan melaninin yaranmasına gətirir.

2. Tərkibində etil spirti olan vasitələrdən qaçının

Spirt dəridəki yağ qatlarını əridir və aparır. Cavan yaşlarda dəridə yağ çox olduğu üçün bu xeyirli ola bilər. Yaşla bərabər dəridə yağ istehsalı azalır.
Bu isə dərini ətraf mühütdən qorumaq üçün lazımdır: aşağı və yuxarə istilik, külək və s. spirt tərkibli vasitələr zəifləmiş və bərpasına vaxt tələb olunan bariyeri zədələyir, bununla da dərini nəmdən və müdafiədən məhrum edir. 30-dan sonra tərkibində spirt olmayan tonikləri seçməyə diqqət edin.

3. Yaş əleyhinə vasitələrdən istifadəyə başlayın

Məsələn retinol serumlu (a vitaminli) kremlər. Retinolun hüceyrə metabolizmasını yaxşılaşdırdığı, kollagen sintezini stimullaşdırdığı və hətta mövcud qırışları azaltmağa kömək etdiyi sübut olunub. Bu vasitənin yan təsirləri də var. A vitamini dərini qıcıqlandıra və foto həssaslığı artıra bilər. Bu səbəbdən bu kremləri yalnız gecələr istifadə edin. Yan təsirləri nəzərə alaraq, kosmetoloqa müraciət etməyiniz məsləhətdir. Mütəxəssis dərnizə uyğun retinol tərkibli vasitə seçməyə kömək edəcək. Liftinq proseduru da daxil olmaqla başqa yaş əleyhinə vasitələr də məsləhət görə bilərlər: masaj, mezoterapiya və s. ev şəraitinə kollagen və hialuron tərkibli krem və maskalar uyğundur. Üz masajını da özünüz edə bilərsiniz.


40–50 yaşlarında dəriyə qulluq

Müasir 40 yaşlılar-yeni 20 yaşlılardır. Və bu doğurdan da belədir. Tibb, kosmetologiya, sağlam həyat tərzi imkan verir ki, bu yaşlarda qadınlar 20-30 yaş arası görsənsinlər.
Dərinin cavanlığını və təravətini qorumaq üçün aşağıdakı məsləhətlərə riayət etmək lazımdır.

1. Dərinizi intensiv olaraq nəmləndirin

Biz artıq qeyd etdik ki, illər keçdikcə dərinin yağı azalır. Yağlılıq azaldıqca qoruyucu baryer nazikləşir və nəmi saxlamaq çətinləşir. Nəmin olmadığı yerdə quruma, çatlama, qırışlar başlayır.
Dərini nəmləndirmək qulluqda prioritet olmalıdır. Sabunla və ya digər qurudan vasitələr ilə yuyunmaqdan imtina edin. Qidalandırıcı, yağlı tərkibli köpükləərdən və ya yumağa ehtiyac duyulmayan miselyar suyundan istifadə edin. Gecə və gündüz kremi seçərkən də maksimum nəmlənməyə diqqət yetirin.

2. Salon prosedurlarını da qulluğa əlavə edin

Əəgər əvvəllər bu məsələni öz gücünüzlə həll edirdinizsə, yaş artdıqca dəri daha çox qulluğa və qayğıya ehtiyac duyur: dodaq həcmi kiçilir, ağız ətrafı qırışlar yaranır, üzün ovalı dəyişir. Müasir kosmetologiya geniş anti-aging prosedurları təklif edir və əsl möcüzələr yaradır. Doğru seçilmiş piling, masaj texnikası, dodaq həcmini artıran, dərin qırışları dolduran, dərinin dərin qatını nəmləndirən bütün mümkün iynələr sayəsində 49 yaşında da 25 kimi görsənmək mümkündür.
Professional qulluqla bağlı öz kosmetoloqunuzla məsləhətləşin. Əsas odur ki, sizin mütəxəssisin tibbi təhsili olsun və müvafiq təlimdən keçsin. Bu halda terapiya maksimum təhlükəsiz və təsirli olacaq.

3. Göz ətrafına maksimum diqqət yetirin

Yaş artdıqca bu hissədəki nazik dəri, tərkibində daha çox antioksidant və vitamin olan krem və serumlara ehtiyac duyur. Bu vasitələri, konkret olaraq dərinizə uyğun gələni məsləhət verən kosmetoloqunuzla seçməyiniz yaxşıdır.
Yadda saxlayın: qulluğa biganə qalmaq olmaz! Hətta mimik qırışlar, göz altı ləkələrdə və s bəxtinizin gətirdiyini düşünsəniz belə. Vaxt qaçılmazdır və göz altı dərinizə kömək etməsəniz, xoşagəlməz dəyişikliklər bəzən sizi bir neçə gün ərzində yaxalayacaq.


50-dən sonra dəriyə qulluq


Əfsanəvi Koko Şanel bir zamanlar belə deyirdi: “20 yaşında olduğunuzda üzünüz sizə təbiətin bəxşidir, 50 yaşında necə olacağı isə sizdən aslıdır” Ümid edirik ki, dərinizi streslə yalnız buraxmırsınız və o, sizi sağlam və baxımlı görünüşü ilə sevindirir. Yəqin ki, artıq siz, qulluq üzrə mütəxəssis olmusunuz, bu səbəbdən əsas 3 məqamı qeyd edək.

1. Retinoldan istifadə edin

Əgər A vitaminindən əvəllər istifadə etməmisinizsə, təxirə salmağa dəyməz: Onlar həqiqətən dərinin cavanlığını uzun müddət qoruyur. Əgər retinol artıq sevdiyiniz krem və serumların tərkibində varsa, onun konsetrasiyasını artırmaq barədə düşünün.

2. Qulluğa hialuron turşulu serum əlavə edin

Bu maddə dəridə mövcuddur və toxumalarda nəmi qorumağa kömək edir. Yaş artıqca dəridəki təbii hialuron turşusu azalır və dəri get-gedə quruyur. Ancaq iş yalnız nəm itkisində deyil. Bu turşu hüceyrələrin yenilənmə prosessində də aktiv iştrak edir. Turşu az olduğu təqdirdə dəri öz bərpa qabliyyətini itirir. Və bu səbəbdən yaşlanma sürətlənir.
50-dən sonra hialuron turşu tərkibli xüsusi yaş əleyhinə serum və iynə köməyi ilə dərini qidalandırmaq son dərəcə vacibdir.

3. Həftədə 3-4 dəfə liftinq effektli maskalardan istifadə edin

Cavanlaşmada alginatlı maskaları məsləhət görürlər. Qısacası kosmetika brendləri tərkibində “marka” aktiv kompanentlər olan müxtəlif liftinq maskaları təklif edir. Və siz yəqin ki, bu seçimlər arasında konkret olaraq sizə uyğun, dərinizə sıxlığı qaytaran maskanı tabacaqsınız.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
15 21 9 37 24 31

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. LaLə

    ÊLfid 29 iyul 2021 15:20 1

    Göz altı dəriyə qulluqdaki resepti götürdüm. Faydalı xəbərdi. Təşəkürlər

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.