Juventus-un vitse-prezidenti Pavel Nedved klubun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun klubda qalacağını bildiriib.
Loading.az xəbər verir ki, jurnalist Fabritsio Romano tvitter səhifədində Nedvedin açıqlamasını yayıb:
"Kriştiano bazar ertəsi komandaya qoşulacaq. O, heç yerə getmir, Juventus-da qalacaq".
Daha öncə Turin təmsilçisinin portuqaliyalı superulduzla yeni müqavilə bağlamağa hazırlaşdığı barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Ronaldo 2018-ci ildən bəri Juventus-da oynayır. 36 yaşlı forvard ötən mövsüm 29 qolla İtaliya A Seriyasının bombardiri olub.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
