ONLAYN: 12

Qonaq: 608 Cəmi: 623
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 369,6 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) aynure - 28 deq.
2) VeneSSa - 24 deq.
3) Elnare - 20 deq.
4) CavadoV - 9 deq.
5) laluna - 5 deq.
Hansı şərab sevdiyinin qoxusu qədər adamı bihuş edər?!
Statuslar Yüklə
Hansı şərab sevdiyinin qoxusu qədər adamı bihuş edər?!
Baxarkən hər şey normaldır.Ünsiyyət qurmaq,danışmaq,gülmək,yemək yemək,vaxtında yatıb durmaq,dostlarla görüşüb əylənmək,söhbətləşmək.Bəs o əskiklik nədir,hə?Yoxluğunu hiss etdirən o itmiş parça hansıdır?Hardadır,kimdədir?Həyatımın çatışmayan bir parçası...o harda gizlənib?Sanki hansısa kitabın təsadüfi bir vərəqini açıb o vərəqdən sonra bütov kitabı oxuyan bir insanam.Geriyə qalan hər şey mənə məlumdur.Bircə başlanğıcdan başqa..🖤🥂

Göz yaşları indi səssizcə tökülür.Daha əvvəl içəridə yığılıb qalmışdı."İçərdəki göz yaşları,axan göz yaşından daha ağırdır". Udquna bilmək bu səbəbdən çox önəmli bir məfhumdur.İnsan bəzən udquna bilməz,qalar eləcə..💔🍷

Mən qara rəngi çox sevirəm.Ona görə nə həyatım,nə də xəyallarım rəngli deyil..:)


Əvvəl öz özümü günahlandırırdım... Sən elədin sənə görə oldu güvənsizliyin bu qədəri olmaz deyirdim... Qədərindən çox dəyər verməmək lazımdır... Sonra "hər kəs bu sınağlardan keçir sevməməliydin"-dedim yəni bir düşün özün öz hislərinə görə özünü günahlandırırsan... Və bunla təsəlli tapırsan... Ama boş ver yəni:)Səni sən edən budur.Limanda gəmi yoxdu deyə dəniz qurumaz🖤⚓

Rastlaş bir gün mənimlə. Oxuduğun kitabın bir sətirində, dinlədiyin mahnının bir cümləsində. Anidən rastlaş mənimlə. Qaçmağa fürsətin olmasın. Nə o kitabı bağlaya bilmə, nə də o mahnını susdura bilmə. Mübarizə apar özünlə, beyninin içində adımı fısıldayan səsləri susdurmağa çalış.. Bacara bilmə. Rastlaş mənimlə, adına peşmanlıq dediyin hər duyğunun ünvanında.
Və rastlaşmaq istəsən mənimlə, özünə qayıt. Səni orda gözləyirəm..🖤🙂


Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız..💔🙂

Bir xəyal qırıqlığı min şüşə parçasından daha kəskindir. Əzizim, ümid edirəm ki, bunu heç vaxt öyrənmərsən..🦋🙂

Həyatda bəziləri son həvəsə qədər sevir sən məni son nəfəsə qədər sevsən məsələn :) 🦋

"Sən heç sevgi bilirsənmi nədir? Səni sevmir deyə mutsuz olmaq deyil, başına gələn ən gözəl şeyə aşiq olduğun üçün mutlu olmaqdır sevgi. Səsi ilə qəlbini yumşaldan, gülüşü ilə qəlbinə bahar gətirəndir, sevgi. İki hərfi yan-yana gətirə bilməyib, sonsuz vergüllər qoymaqdır, sevgi. Anlamaq, anlatmaqdır hisləri sevgi. Gönül taxtı kimdəysə, fərmanına boyun əyməkdir, sevgi..." 🌼

Bəzən fikirləşirəm ki,həddindən artıq həssas olmaq bəlkə də bir insana verilə biləcək ən böyük cəzalardan biridir.Çünki heç kim sənin kimi düşünmür,sənin kimi davranmır.Sən nə incəlikləri düşünürsən,necə detaylara önəm verirsən,amma heç kim ruhunu duymur..Sən nələrə incinərsən,bəlli etmərsən və heç kim anlamaz.Başqalarının çoxdan zibilə atdığı,yaddaşından sildiyi şeylə sən uzun müddət yaşamalı olursan. Qarşındakı insan necədirsə elə olmaq gərəkir əslində.Çünki ancaq belə anlaşmaq olur.Qısası gərək sən də vecsiz olasan,ya da ən azı eləymiş kimi davranasan..:)

İnsanın təkrar sevmək barəsində bir problemi yoxdur.Sarsılan güvəni olmasaydı əgər...Əslində güvənmək də bir məsələ deyil.Öncəsində elə acı çəkər ki,bir daha o hisləri yaşamaqdan qorxar.Ağlı qəlbinə: "Öncə məni dinləmədin,nə hallara düşdün.İndi mənim dediyim olacaq"-deyə pıçıldayar.Amma insan əsla anlamaz ki,hislər öz yerini ağıla verdiyi gün,xoşbəxtlik ona uzaq olar.Bəli,insan xoşbəxt olmaq istəyirsə yanlışı da gözə alıb,şansını sınamaqdan qorxmalı deyil.Yoxsa yanlızlığın verdiyi acı onu daha da çox əzər..💔🍂
"Sərxoş sətirlər"


•"Dürüstlük müalicədir"-demişdi birisi mənə...Nə qədər dürüst olsan bir o qədər rahatlayacaqsan.Pissənsə "pisəm"-de.Yaxşısansa "yaxşıyam"- de...Hə birdə bunu bil ki, sən mənim ən gözəl peşmançılığımsan.Elə gözəl ki, mən o peşmaçılığı 100 dəfə çəkməyə də razıyam.:)

"Darıxdım"-mesajı göndərə bilmirəm,amma səni xatırladan mahnıları səhərə qədər dinləyirəm.Darıxanda köhnə söhbətlərimizdən bəzilərini oxuyuram və sonda üzümdə böyük bir axmaq təbəssüm yaranır.Gözəl bir gün parlayan Günəş olmadan,gözəl bir gecə Ay və parlaq ulduzlar olmadan yarımçıq olduğu kimi,mən də sənsiz natamamam..🍂

Kədərə boğmaq istəyirəm hər yeri.Özüm tək qaranlıq etmək istəyirəm sağımı-solumu. Sonra soyuyuram,hirsim,qırğınlığım hər şey keçir.İnan ki,sənə deyil qəsdim,həyat elə bir çarx oyunu oynadı ki,bəxtimə hər zamam ayrılıqlar düşdü.Bu həyat zərrə də göstərmədi xoşbəxt üzünü.Qələmim hər zaman küsdü yarım qaldı,bunların tək müqəssiri həyat oldu.Həyat mənə gülsəydi,ona mən də gülərdim.O yıxdı,mən də yıxıldım.Onsuzda apardı illərimi daha nə istəyir ki,məndən həyat.Kimlərə ki,qıymadım hər birinə qıydı həyat..🍂

Ciddən,niyə bu qədər çox şey apardın ki,gedəndə?!Məndən aldığın hər şey məndən daha çoxdur.Mənim mümkünsüz hesab etdiyimi sən mümkün qıldın.Halbuki,mənə mümkünsüz sözünü öyrətməmişdin.Ən kiçik uşaqlığımı sənə atdım da gəldim,sevməyi,inanmağı,güvənməyi və yıxılmağı sən də öyrəndim mən.Sanki sən də,bir kitab var və sən o kitabda mənim üçün bir cümlənin altından xətt belə çəkməmisən.Gedirdinsə sözüm yox,fəqət qalsaydın çox yaxşı olardı.Ən azından gecənin birində səsini eşitmək üçün zəng edərdim,ya da gözəl gözlərini görmək üçün yolları qət edərdim.Qalsaydın əgər..💔🥂

Sonra mən bir şeyi bildim.Bildim ki,bu heç vaxt olmayacaq,insanlar dəyişməyəcək.Heç kəs də onları dəyişə bilməyəcək.Bunun üçün də heç zəhmət çəkmək lazım deyil.Bəli,bu belədir.!Bu onların qanunudur..🖤

Mənim "olsun" larım var idi, onun "olmaz" ları... Mənim "gəl" lərim vardı, onun "dayan bir səbr et" ləri... Tempimiz fərqli idi.Mən həyatı zamanı qalmamış kimi həyacanla yaşayardım, o isə sanki sonsuzmuş kimi təxirə salaraq.Bu zaman bir insana tamamı ilə güvəndiyinizdə iki nəticədən birini əldə edəcəyiniz qətidir. Ya ömürlük bir dost, ya da ömürlük bir dərs..🍂

Səsini belə xatırlamıram, amma söylədiklərin hələ də ağlımdadır.
Hansı içki səni sevdiyinin qoxusu qədər sərxoş edə bilər ki...😌🥂

Sadəcə sevin ! Qırmadan! İncitmədən ! Ağlatmadan!
Bu dünya bizlərdə olan canlı hissləri yavaş-yavaş alır.Təmiz hisslər çox az insanlarda artıq qalıbdır. Sevgini, ailəni,dostluğu,hamısını maddiyyata bağlayırlar.Çox təəssüf !🙂
Mərhəmət,başqasının acısına acımaq, fədakarlıq,Sevgi - budur insana verilər İlahi hisslər.Qoruyun onları !
Unutmayın!Uğursuz nigah və sevilməyən sənət, cinayət törətmədən həbsdə olmağa bənzəyir🍂

Çünki bilirəm,heç vaxt geri dönməyəcəksən..
Və bilirsən ki,mənim üçün heç vaxt ölməyəcəksən.Mən səni buraxdıysam,sənə tutunduqca əllərimi parçaladığındandır..🍂
📝•Məsudə Cabbar - "Aciz Qalan Ulduzlar"

Uzun zaman sonra qayıtdı,mənə "sənin üçün darıxdım"-dedi.Amma mən daha o qoyub getdiyin qız deyiləm deyə bilmədim..🍂

Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkir.

Artıq yaşanmaq üçün deyil,ayrılmaq üçün yaşanar oldu eşq. Və tərk etmələri azmış kimi bir də əmr verilər: 'Özünə yaxşı bax'..🍂

Qatilisən...
Sevinclərimin,gülüşlərimin,xoşbəxtliyimin qatilisən..💔

Vaxt gələcək burda yazdığım statusları qızına görsədib deyəcən:
-Bax qızım,bu xanım bir vəfasıza görə Şair oldu..🖤🍷

Dostlarınızla paylaşın

164 nəfər bəyənib.
Şərhlər: 4
  1. ÊLfidÂ
    Dürüstlük müalicədir"-demişdi birisi mənə...Nə qədər dürüst olsan bir o qədər rahatlayacaqsan.Pissənsə "pisəm"-de.Yaxşısansa "yaxşıyam"- de...
  2. Rehimoffa
    İnsanın təkrar sevmək barəsində bir problemi yoxdur.Sarsılan güvəni olmasaydı əgər...Əslində güvənmək də bir məsələ deyil.Öncəsində elə acı çəkər ki,bir daha o hisləri yaşamaqdan qorxar.Ağlı qəlbinə: "Öncə məni dinləmədin,nə hallara düşdün.İndi mənim dediyim olacaq"-deyə pıçıldayar.Amma insan əsla anlamaz ki,hislər öz yerini ağıla verdiyi gün,xoşbəxtlik ona uzaq olar.Bəli,insan xoşbəxt olmaq istəyirsə yanlışı da gözə alıb,şansını sınamaqdan qorxmalı deyil.Yoxsa yanlızlığın verdiyi acı onu daha da çox əzər..💔🍂
    "Sərxoş sətirlər"


    Gozel statlardir .
  3. XAMLİYON__GÖZƏL
    Vaxt gələcək burda yazdığım statusları qızına görsədib deyəcən:
    -Bax qızım,bu xanım bir vəfasıza görə Şair oldu..🖤🍷

    😒
    Gözəl statuslar idi təşəkkürlər:)
  4. Men_Bir_Melek
    Ço maraqlı idi amma üzgün idi

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.