ONLAYN: 16

Qonaq: 518 Cəmi: 537
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) amon » 389,6 Min
5) Esmeralda » 371,5 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 2 saat 27 deq.
2) aynure - 2 saat 10 deq.
3) amon - 1 saat 55 deq.
4) CeNNeTiM - 34 deq.
5) VeneSSa - 17 deq.
6) Riko15 - 8 deq.
7) Avara_Şair - 7 deq.
8) Salamzade - 6 deq.
9) XAMLİYON__GÖZƏL - 5 deq.
10) GOLD_USER - 5 deq.
Sifət quruluşuna görə makiyaj etməyin sirləri
Gözəllik Yüklə
Sifət quruluşuna görə makiyaj etməyin sirləri
Mükəmməl makiyaj etmək üçün siz ilk növbədə öz üzünüzü oxumağı bacarmalısınız. Bunun üçün üzü bəzəyərkən yaşınızı, stiliniz, makiyajın təyinatını (hara getməyinizdən asılı olaraq), dərinizin növünü, sifətinizin formasını, üz cizgilərinizin formasını, sifətinizin və gözlərinizin rəngini nəzərə almalısınız.

Onu da qeyd edək ki, makiyaj edərkən üz formanızı müəyyənləşdirməniz çox vacibdir. Nisbi olaraq sifətin 7 forması mövcuddur: Oval (yumurtaşəkilli), yumru, dördbucaq, üçbucaq, trapesiya, düzbucaq, rombşəkilli.

Bəzən bir sifətdə bir neçə forma uzlaşa bilər. Belə olduqda ən çox gözə çarpan forma əsas götürülür.

İdeal sifət forması oval sayılır. Makiyajdan savadlı istifadə etməklə, siz istədiyinizi görünüşə malik ola bilərsiniz. Bunun üçün kosmetikanın tünd və işıqlı rəngindən istifadə edib sifətinizin formasını ideala - ovala yaxınlaşdırmağa çalışın.

Əgər sifətiniz yumrudursa, məqsədiniz üzü uzatmaq, yanaqların həcmini azaltmaq olmalıdır. Bunun üçün üzünüzün rəngindən bir ton tünd olan kremin, kirşanın və ya ənliyin köməyi ilə üzünüzün kənarlarını gicgahdan çənəyə qədər tündləşdirin. Yanaq boyasının tünd rəngdə olması məqsədə uyğundur.

Kvadrat sifəti bəzəyərkən alnının künclərini saçların bitdiyi hissədə və çənənin sərhədlərini dairəvi formada tündləşdirin. Almacıqlara üçbucaq formalı ənlik vurarkən onu gicgaha tərəf uzadın. Parlaq rənglərdən istifadə edin ki, üzünüz "açılsın".

Üçbucaq sifəti bəzəyərkən enli yuxarı hissə dar aşağı hissə ilə tarazlaşdırılmalıdır. Odur ki, gicgahların və yanaqların kənarlarını tündləşdirin. Əgər çənəniz çox nəzərə çarpırsa, onun ucunu tünd kirşanla yumrulaşdırın.

Trapesiya formalı sifətdə məqsəd enli aşağı hissənin həcmini azaltmaq və yuxarı hissəni böyütməkdir. Bunun üçün çənənin kənarlarını tündləşdirin, gicgahlar isə açıq rəngli vasitə ilə işıqlandırılmalıdır ki, yanaq boyasını gicgahlara doğru uzadılmış düzbucaq formasında çəkməlisiniz.

Düzbucaqlı sifət bəzəyərkən məqsəd üzün enini artırıb, boyunu isə qısaltmaqdır. Odur ki, alnınızda saçlarınızın dibini və çənənizin qurtaracağını bir az tünd rənglə, sifətinizin kənarlarını isə açıq rənglə pudralayın. Pudra əvəzinə bu işi tonverici kremlə də edə bilərsiniz. Yanaq boyası isə oval formasında və üfüqi olmalıdır.

Rombşəkilli sifətdə almacıqların nəzərə çarpan hissələrini tündləşdirməli, yanağın altına və gicgahlara açıq rəng sürtməlisiniz. Yanaq boyası tünd rəngdə olmalı və almacığın qabaq hissəsinə üçbucaq formasında çəkilməlidir.

Dostlarınızla paylaşın

121 nəfər bəyənib.
Şərhlər: 1
  1. Elnare
    Gundelik heyatda makiyaja ustunluk vermirem. Yenede meslehete gore coxsagol

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.