ONLAYN: 16

Qonaq: 519 Cəmi: 538
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) amon » 389,6 Min
5) Esmeralda » 371,5 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 2 saat 27 deq.
2) aynure - 2 saat 10 deq.
3) amon - 1 saat 51 deq.
4) CeNNeTiM - 34 deq.
5) VeneSSa - 17 deq.
6) Riko15 - 8 deq.
7) Avara_Şair - 7 deq.
8) Salamzade - 6 deq.
9) XAMLİYON__GÖZƏL - 5 deq.
10) GOLD_USER - 5 deq.
Ev qurmaq bütöv bir elmdi
Maraqlı Yüklə
Ev qurmaq bütöv bir elmdi
Hər bir ailə özlüyündə vahid qurumdur. Belə bir sual yaransa ailə nədir, o zaman hamı cəmiyyət haqqında düşünəcək, onun tərkib hissəsi, güzgüsü olduğunu deyəcək.

Ailə, insanın yaşadığı, işlədiyi və plan qurduğu ən dəyərli hadisədi. Bunu başa düşmək, evliliyi sürdürmək, uşaqları düzgün böyütmək, tərbiyə etmək, sevdiklərinə sevinc və qayğı göstərmək deməkdir. Ev qurmaq bütöv bir elmdir. İnsanlar buna birlikdə yaşayaraq, öyrənərək tədricən nail olurlar.

Bütün bu və digər vəzifələrin mövcud olmaq hüququ var. Ancaq ümumilikdə ailə vahid bir sistemdir. Ailə psixologiyası baxımından bu sistem tək deyil, bir çox problem, bir çox funksiyanın həllini özündə cəmləşdirir. Ailə psixologiyasında belə vəzifələrin siyahısı var. Bu siyahının birincisi, reproduktiv, sonra iqtisadi, məişət, ünsiyyət, təhsil, psixoloji və yaradıcılıqdı. Funksiyalardan birinin itirilməsi sistemdə balansın pozulmasına səbəb olur. Reproduktiv funksiya ailənin davamı, uşaqların doğulmasıdır. İqtisadi funksiya ailənin maddi ehtiyaclarının ödənilməsi - sığınacaq, yemək, geyim və s. İlə izah olunur. Məişət - bu ailədəki vəzifələrin bölüşdürülməsidir. Bu məsələdə nizam-intizam yoxdursa, ailə üçün bir çox problem yaranır, Tərbiyə, təhsil funksiyasının məsuliyyəti daha böyükdür.Ünsiyyət funksiyasının mahiyyəti isə insanların bir-biri ilə psixo-emosional əlaqə tapmağına bağlıdır. Bir-birlərini başa düşməkləri, ortaq maraqları, dünyaya baxışları, ünsiyyət zamanı dil tapmaları, hansı tonda, hansı temperamentlə, ünsiyyət mədəniyyətinə sahib olmaları, necə məlumat mübadiləsi aparırmalarından çox asılıdı.

Psixoloji funksiya isə bir-birinə qayğı göstərmək, qorumaq, kömək etmək anlamında olsa da onları da fərqləndirən müəyyən nüanslar var.

Daha sonra vacib bir yaradıcı, istirahət funksiyasıdır. Ailə üzvlərinin hər biri birgə istirahət tədbirlərinin təşkili üçün təşəbbüs göstərməli və bir- birinlə nəzakətlə davranmalıdılar. Bir çox ailədə bu əngəllərdən biridir. Bunun əvəzinə digər ailə üzvlərinin də iştirak edə biləcəyi bir istirahət növü ilə razılığa gəlmək vacibdir. Bu funksiyanın yaradıcı rolu, ailədəki enerji qaynaqlarını doldurması və ailəni möhkəmləndirmək üçün boş vaxtdan səmərəli istifadə etməsidi.

Əgər ailə sistemi normal işləmirsə, ya simptomatik bir ailə üzvünün mövcudluğu fövqəladə hallara zəmin yaradır və uğursuzluqlar başlayır. Diqqət bir-birinə ilə sevgi deyil, bəzi situativ problemlərin həllinə yönəlir.

Və ən əsası ailə həyatının vahid, həqiqi məqsədi birgə yaşayış dövründə məhəbbət, anlayış, diqqət, qayğı üzərində qurulub həyata keçirilərsə, bu bir ailə möhkəm, güclü ailə sistemidi.

Həyat bizə hər cür sevinc, zövq verir. Ancaq həyatda ən vacib şey düzgün prioritet verməkdir. Onları səhv qavrasaq, düzgün yanaşmasaq, həqiqəti birtərəfli qəbul etməsək və nəhayət ailə prizmasından yanaşaraq anlayış göstərməsək onda özümüzə çox böyük zərər vurmuş olarıq. Uyğun ailə sistemi üçün məqsəd hissləri sona qədər aparmaq bacarığı olan həqiqı sevgi, dərin hörmət, anlayış, etibar, inamdı. Öz təsrübəmizə istinadən yeni qurulacaq ailələrə də bunu aşılayaq, cəmiyyət üçün vahid ailə sistemi yaradaraq. Yeganə İskəndərova

Dostlarınızla paylaşın

137 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.