heyatimin menasi

heyatimin menasi Şeirlər 22-07-2021, 21:00

Könül səndə yenə həyacanmı var?

Könül səndə yenə həyacanmı var?
Könül, səndə yenə həyəcan mı var?
Uçub qalxmadığın asiman mı var?
Söylə, sənin kimi bu asimanda
Tufan rəqqasəsi bir tərlan mı var?

Hər tərəfdə quran toy-busat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm!

Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa,
El kəsib qarşımı burdaca sorduq:
Gözdən yaş çıxar mı, ürək yanmasa?

Qönçə aşılar mı, bahar olmasa?
Şölə titrəyər mi, rüzgar olmasa?
Bu nəğmə ruhumdan qopar mı, bilməm,
Mənə ilham verən dostlar olmasa?!

      ©Mikayıl Müşfiq
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 23 16 22 13 12

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.