amon

amon Xəbərlər 20-07-2021, 13:44

Elçibəyin oğlu bu xanımla evlənir – Toy tarixi açıqlandı

Elçibəyin oğlu bu xanımla evlənir – Toy tarixi açıqlandı
Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

Manset.az xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 33 34 23 30 25

Oxşar xəbərlər Digər trend xəbərləri

5 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. LaLə

    ÊLfid 21 iyul 2021 16:16 0

    Allah xoşbəxt etsin inşAllah)
  2. Nayni

    Forza_N 21 iyul 2021 11:46 0

    xowbextlerin xowbexti olsun..tebrikler
  3. ✌️Bilinməsə də olar✌️

    XAMLİYON_GÖZƏL 20 iyul 2021 17:11 0

    Allah xoşbəxt eləsin
  4. Mavis 💙

    Rehimoffa 20 iyul 2021 16:59 1

    Allah xosbext elesin
  5. ❤️ELNARE ❤️

    Elnare 20 iyul 2021 16:18 1

    Allah xoshbext bextever etsin 🙌

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.