heyatimin menasi

heyatimin menasi Sevgi 20-07-2021, 11:30

Mən Bakıda çox qocalmışam

Mən Bakıda çox qocalmışam
Sənsiz üşüdüyüm neçənci payızdır?!
Tək islandığım neçənci yağış yağır indi Bakıya.
Heç kimin məni eşitmədiyi bir yerdə danışıram.
Görəsən neçənci məxluqam ki?!
Məhkum olmuşam Bakıya.

Həyatın əvəzinə qərarlar almıram artıq.
İlləri addımlamağa halım yoxdu,
İradəmin ağzını qıfıllamışam.
Sən gedəndən neçənci payızdır bu?
Bilmirsən,
Bilmirəm.
Mən Bakıdan çox qocalmışam.

Hər sözə inkar yükləmək havasındayam bu günlər,
Anlaşılmamaq,yalnızlıqlara məhkum olmaq.
Neçənci dəfə ağlamaq,bir kişi olmaq.
Bakıda ayıbdır,ağlayan bir qadın olmaq.
Bakıda ayıbdır,gözlədiyin payızların sayını unutmaq.
Bakıda sevmək ayıbdır..🍂
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 29 26 31 31 21

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.