reklam
Böyüyəndə nə olacaqsan🤔 Böyüyəndə nə olacaqsan🤔 https://loading.az/uploads/posts/2021-07/thumbs/1626642087_loading.az_screenshot_20210719-005907_pinterest.jpg
heyatimin menasi

heyatimin menasi Hekayələr 19-07-2021, 13:00

Böyüyəndə nə olacaqsan🤔

Böyüyəndə nə olacaqsan🤔
-Böyüyəndə nə olacaqsan, balaca?
+Kosmonavt.
-Ooo, hardan ağlına gəlib kosmonavt olmaq?
+ Atam anamın ölmədiyini, göydə ulduz olub məni izlədiyini deyir. Mən də anamı gətirməyə gedəcəm.
-....
... *on iki il sonra* ...
Əkbərin atası və psixoloq Elçin müəllim qapıdan Əkbərə baxaraq:
-Hər gün əlindəki boş dibçəyə baxıb anam ulduz olub, ordadır deyir. Mənim oğlum boş dibçəklə danışır, Elçin müəllim. Neçə psixoloq çağırmışam heç biri çarə ola bilməyib. Artıq ümidimi itirməyə başlamışam.
+İcazə verin, ilk öncə oğlunuzla danışım. Düşünürəm ki, ancaq bundan sonra nəsə deyə bilərəm.
-Buyrun.
Psixoloq Əkbərin otağına daxil olur.
-Salam, cavan oğlan.
Əkbər əlləri ilə möhkəm sarıldığı dibçəyə baxaraq: Ana, bax, atam yenə mənə həkim gətirib. Nə qədər deyim axı istəmirəm.
-Mən sadecə səninlə danışmaq istəyirəm, Əkbər.
+Yalan deyirsən. Sən də hamı kimi mənə inanmayacaqsan.
-Mən sənə inanacam söz verirəm. Əlindəki dibçəkdə nə var? Mənə deyərsən?
+ .....
-Əkbər?
+Sən həkimsən?
-Mən psixoloqam. Sadecə səninlə söhbət edib gedəcəm.
+Mən də kosmonavtam
-Nə yaxşı. Hansı planetlərə səyahət etmisən?
+ Ancaq ulduzlara getmişəm.
-Niyə ancaq ulduzlara?
+ Çünki atam anamın ulduz olub məni izlədiyini demişdi. Mən anam üçün çox darıxırdım. Çox çox lap çox. (Əllərini böyük açaraq) Bax bu qədər çox.
-Ulduzlara ananı görməyə getmişdin?
+Anam gedəndən sonra heçnə əvvəlki kimi deyildi. Heç kim saçımı sığallamırdı. Məni qucaqlamırdı. Gecələr dizlərimi sıxıb ağlaya bilirdim ancaq. O anda o qədər çox istəyirdim ki, anam yanımda olsun. Hər şey keçəcək desin. Amma yox idi. “Oğlum” deyən səsi, səsindəki qayğısı, saçımı sığallayan yup-yumuşaq əlləri, qoxusunu içimə çəkdiyim saçları, heç biri yox idi. İnana bilirsən? Heç biri yox idi. Hər şey get gedə pisləşirdi. Birinci paltarlarındakı qoxusu itməyə başladı. Mən çiyələk mürəbbəsini çox sevirdim. Həmişə qaşıq-qaşıq yediyim anamin mürəbbəsindən balaca banka qalmışdı. Günə bir çay qaşığı yeyirdim ki, bitməsin. Bir gün o da qurtardı. Anamla olan şəkillərimizə baxırdım. O eyni yaşıl donda, qəhvəyi saçlı cavan qadın idi. Saçı da uzanmırdı. Sonra güzgüdə ozümə baxırdım. Böyümüşdüm , dəyişmişdim. Anamın əvvəlki balaca oğlu deyildim. Ya bir gün gəlib məni tanmasaydı nə olardı? Mən artıq anamsız qala bilmirdim. Ona görə də anamı gətirməyə getdim.
-Bəs gətirdin?
+Ulduzlara getdim. Bilirsən? İçlərindəki ən parlaq, ən gözəl ulduz mənim anam idi. Mən də onu dibçəyə qoyub yanıma gətirdim. (Əlindəki dibçəyi göstərərək) Bax, anamı bura qoymuşam. Artıq yanımdadır. Hər gün mənə baxıb gülümsəyir. Gülüşünü sığallayıram, saçıyla oynayıram və anamın səsini eşidirəm. Bundan gözəl nə ola bilər?
-.....
+Bəs indi mənə inanırsan? Sən mənə inanırsan?
-.....
Psixoloq gözləri dolmuş halda otaqdan çıxıb Əkbərin atasına sadecə 1 cümlə deyə bildi.
“Bəy, dibçəyin içərisində həqiqətən də ulduz var.”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 215 227 209 230 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.