Rehimoffa

Rehimoffa Sağlamlıq 14-07-2021, 08:00

Yay aylarında üzün dərisinə qulluq

Yay aylarında üzün dərisinə qulluq
Yayda qızmar günəş şüaları üz dərisindən də təsirsiz ötüşmür. İsti havanın, quru küləyin təsirindən dəridə quruluq meydana çıxır. Üz dərisinin quru olduğu zaman qırışlara qarşı həssas olduğunu nəzərə alsaq, yay aylarında dəriyə xüsusi qulluq lazım olduğunu deyə bilərik. Yay aylarında orqanizmdə olan su dəri vasitəsilə buxarlandığına görə dəridəki quruluğun miqdarını azaltmaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Bundan əlavə gözlərin altında qırışlar meydana gəlməsin deyə gün eynəklərindən istifadə etmək lazımdır.
Yay aylarında dəriyə həddidən artıq kosmetik vasitələrdən istifadə etmək məsləhət görülmür. Yanlız gün kremlərindən hər gün istifadə etmək lazımdır.
Meyvə-tərəvəz maskaları yayda üzün dərisinə təbii vasitələrlə qulluq etmək üçün bir fürsətdir. Kartofun, xiyarın, pomidorin şirəsi dəriyə ağardıcı təsir göstərməklə bərabər, nəmləndirici təsir göstərəcəkdir. Bunun üçün hər səhər üzə meyvə şirəsi çəkdikdən 10 dəqiqə sonra üzü soyuq su ilə yumaq və zəif bitki yağı sürtmək lazımdır.
Yox əgər dəriniz yağlıdırsa, dəniz suyu və gün şüaları dərinizə çox da zərər verməyəcək.
Yay aylarında üzün tərləməməsi üçün üz dərisinə xama və ya qatıq sürtmək lazımdır. Adaçayı dəmləməsi də üzün tərləməsini azaldan vasitələrdən biridir. Yay aylarında üzün tərini dəsmalla silib, dərini qıcıqlandırmaq olmaz. Yaxşı olar ki, üzü silmək üçün kağız salfetlərdən istifadə edəsiniz.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 16 19 38 29 30

Oxşar xəbərlər Digər trend xəbərləri

3 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. ...

    heyatimin menasi 15 iyul 2021 16:43 2

    Derim qaradir ve yaglidir.)
  2. Heç kimə dəxlisi yoxdur

    XAMLİYON__GÖZƏL 14 iyul 2021 16:07 1

    Məlumat üçün təşəkkürlər 🙃 ss elədim onsuz mənə lazımdır

    Təşəkkürlər
  3. LaLə

    ÊLfid 14 iyul 2021 15:46 1

    Yağlıdı dərim. Deməkki zərər vermir gün şüaları)

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.