ONLAYN: 20

Qonaq: 409 Cəmi: 432
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,7 Min
2) Elnare » 422,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 346,1 Min
7) Avara_Şair » 316,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 252 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 2 saat 32 deq.
2) XAMLİYON__GÖZƏL - 1 saat 53 deq.
3) gece - 1 saat 10 deq.
4) heyatimin - 1 saat 10 deq.
5) Men_Bir_Melek - 24 deq.
6) Terlan - 14 deq.
7) KiBirLi - 9 deq.
8) amon - 9 deq.
9) deli - 8 deq.
10) Nuray - 7 deq.
YalaNologiya
Müxtəlif Yüklə
YalaNologiya
"Yalanlar və abzaslar"

-Heç vaxt yalan danışmayan birinin "yalan fəlsəfəsi" haqqda..

Mən yalan danışmıram, hələ ciddi vəziyyətlərdə, ciddi situasiyalarda heç yalan danışmıram, əziz və hörmətli mənə yalan danışan "dost"larım.. Lap danışmağa başlayandan yalanlarla böyümüşəm, çünki daima buna ehtiyacım olub, zəif biri olmuşam, nə güvənəcək biri olmayıb, nə də ki qoruyacaq biri, nə mənə güclü olmağı öyrədən biri olmayıb, nə də yalanın nələrə səbəb olacağını öyrədən biri..
Təxminən 16 yaşlarımdan anladım ki yalan danışmaq boş bir şeydir.. Xəyallar dünyasıdır.. Ancaq 16 yaşa kimi davam etdirdiyim yalanlarım olmuşdu deyə bu həyat mənim "yalan danışmıram" həqiqətimə uyğun gəlmirdi.. Onda bilirsən neylədim? Əksər yalanlarımı etiraf etməyə başladım.. Düzdür bunlar insanı rahatladır, bəlkə meditasiyadır, bəlkə də səmimiliyin vicdana bəxş etdiyi o şəffaflıq hissidir..

Ancaq müəyyən vaxt da keçəndən sonra "xəyal qırıqlığı" yaşayırsan.. Çünki xəyallardan gerçəkliyə düşmüşdün.. Bu andan sonra isə başlıyırsan xəyallarını (yalanlarını) gerçəkləşdirməyə..

Bax buradan da yeni abzasda yazıram.. Çünki hər abzas zirvəyə gedən bir addımdır, həyatda bəzi insanlar əvvəlki abzasda qalırlar, o xəyal qırıqlığından çıxa bilmirlər, bəziləri isə hələ də yalanlarını etiraf edə bilməmə abzasında qalıblar.. Mən və dostlarım da bir baxıma beləyik, onlar ya yalanlarını etiraf edə bilmədilər, ya etiraf etdikdən sonra məhv oldular.. Növbəti abzasa keçə bilmədilər..

Mən isə daha da irəlilədim, yeni abzas da özüm üçün "da Vinçi yalanı" deyə bir şey icad etdim, psixologiyada ya da fəlsəfədə belə bir şey yoxdur, bəlkə də var, ancaq mənim qarşıma çıxmayıb.. Bu da Vinçi sayağı deyilmiş yalan bilirsən necə olur? Əvvəl uydurursan, sonra narkotik kimi olur, uydurmadan əl çəkə bilmirsən, hər sabah daha da davam etdirirsən yalanını.. Əlbəttə bu yalanı etiraf edib, sonra xəyal qırıqlığı yaşayıb sonra da gerçəkləşdirmək olar.. "da Vinçinin" fərqi ondadır ki bu yalan artıq öz-özünə reallaşır.. Təsəvvür eləyin ki həyatı boyu "Əli" adda dostunuzun olduğunu deyirsiz, hətta o qədər mükəmməldir ki "qüsursuz" sözü belə onun yanında qüsurludur, bir gün o Əli qarşınıza çıxır, özü də uydura bilməyəcəyiniz qədər real və mükəmməl.. Bu abzasa gəlmək çox az adam üçündür, piramidanın zirvəsi kimi ya da hansısa zirvənin.. Bir də ki bu "da Vinçi yalanı"nın başqalarına tətbiq olunması var ki, əvvəlcə yalanla inandırırsan, sonra həqiqəti desən belə inanmırlar, bir baxıma eyni şey olsa da o inandırıcı yalan "da Vinçi yalanı"-nı yaradır, sən sonra gerçəyi deyirsən və yalançı olursan.. Ağır bir anlayışdır..

Bu abzas isə heç kəs üçün deyil.. Burada olacaq insan uydurduğu bütün yalanları etiraf etməkdən qorxaraq bir gün "şedevr yalan" uydurur və bütün yalanları gerçəkləşdirir, çünki bütün yalanları gerçəkləşdirən elə ən böyük yalan idi.. Bu insan daima yalan(lar)ından qurtula bilməyən insandır..

Bu abzas isə xüsusi abzasdır, bura dırnağın içindən çıxa bilməyən dostlar üçündür, hansı ki bütün uydurduğu yalanlardan qurtulmağın yolunu tapan dırnaqarasılar üçün.. Bu insancıqlar bütün yalanlarının səhv olduğunu etiraf edirlər və ən böyük dayaqlarını dostunu qurban edirlər, ki bəs "hər şey dostumun səhvi idi və mən artıq o insanı da unutmuşam və səhvsiz gələcəyim var" deyərəkdən..

Sonuncu abzas.. Bu abzas boş çoxluqdur, heç kəs üçün deyil, olmayacaq da.. Çünki bu abzas yalanın nə olduğunu bilməyənlər üçündür..

Dostlarınızla paylaşın

114 nəfər bəyənib.
Şərhlər: 1
  1. heyatimin menasi
    Yalan daniwib onu usdunu ortmek ucin yeniden yalan daniwmali oluruq.Ve yalanimizin usdude acilanda yaxinlarimiz uz cevirir bizden

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.