reklam
İbtidai sinif şagirdindən Makrona GÖZLƏNİLMƏZ SUAL İbtidai sinif şagirdindən Makrona GÖZLƏNİLMƏZ SUAL https://loading.az/uploads/posts/2021-06/thumbs/1624086572_loading.az_macron-u-soke-eden-soru-yedigin-tokat-nasildi_1624015898.jpg
ice berg

ice berg Xəbərlər 19-06-2021, 11:15

İbtidai sinif şagirdindən Makrona GÖZLƏNİLMƏZ SUAL

İbtidai sinif şagirdindən Makrona GÖZLƏNİLMƏZ SUAL
Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsinin Poix qəsəbəsində ibtidai məktəbi ziyarət edib.

LoaDinG.aZ "Haber Global"a istinadən məlumat verir ki, uşaqlarla söhbəti zamanı onlardan biri Makronu çağıraraq, "Sizə vurulan şillə necə idi?", - deyə soruşub.

"Xoş bir şey deyildi. Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə heç vaxt bir-birinizə etməməlisiniz. Kimisə vurmaq heç vaxt olmaz. Onun etdiyi hərəkət səhv idi", - deyə Fransa lideri məktəblinin sualına gülümsəyərək cavab verib.

Xatırladaq ki, Drom regionuna səfəri zamanı kütlə arasında olan Dmyen Tarel adlı şəxs Makrona etiraz edərək şillə vurub.

Valans məhkəməsi həmin şəxsin dörd ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 221 191 195 188 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.