ONLAYN: 17

Qonaq: 344 Cəmi: 364
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 422,2 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 333,2 Min
7) Avara_Şair » 316,8 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 252 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Adnur - 12 deq.
2) heyatimin - 10 deq.
3) Avara_Şair - 6 deq.
4) SEBIW - 5 deq.
5) otecur - 1 deq.
Tanrıya məktub
Hekayələr Yüklə
Tanrıya məktub
Cavabsız qalan məktublardan cavab axtaran bir kimsə. Zamanla yarışıb,məğlub olan,kimsəsiz, bir qarnı ac,bir qarnı tox böyüyən naməlum talelərdən biriyəm. Yağan yağışla,əsən yellə arzuları puç olmuş atalı-analı kimsəsizlərdən biriyəm. Adım Eşqin.Əzablı yollarla mənimlə birgə addımlayan bacım Sevgi.İllərdi Tanrıya məktub yazırıq. Tərk edilmiş taleyə məhkum olan insan. Natamam ailənin natamam övladlarıyıq.
Hər kəs kimi bizimdə xoşbəxt ailəmiz, doğma ocağımız, atamız-anamız var idi. Bir vaxtlar adlarımız belə onların sevgilərinin bir nişanəsidi. Kiçik dünyamız nağıllardakı kimi idi. Hər nağılın sonu xoşbəxtliklə bitmir. Valideynlərimin niyə ayrıldıqlarını dərk etməyəcək qədər kiçik və ürkək idim. Valideynlərim ayrıldıqdan sonra bizlər anamın himayəsində qaldıq.Nənə-baba ocağı artıq bizlərə yad gəlirdi. Aylar illər bir-birini qovaladıqca bizlər onlar üçün yad olduq. Və bir boşqab belə onlara artıq gəlirdi. Qaranlıq dünyaya addım atdığımız ilk günü xatırlamaq əzablıdır. Anam başqa adamla tanış olub, onunla ailə həyatı qurmağa qərar verdikdən sonra bacımla mənim əlimdən tutub böyüdüyüm uşaq evinə gətirdi.Gül balalarım iş tapınca gəlib sizi aparacam deyərək çıxıb getdi. Yalanların başlanğıcı hər zaman dəyərsiz sözlərlə başlayır. O,gündən sonra anamı çox gözlədik,amma gəlmədiki,gəlmədi.Günlər keçdikcə dərk etdik ki,daha gəlməyəcək. Biri-birini izləyən illər və bu illərin qəlblərdə qoyduğu izdirablı xatirələr.Nə zamanın axarını tuta bilirdim, nədəki, tərk edilmiş hissini unuda bilirdim. İlin dörd fəsli mənim üçün sonbahar idi. Bu ağrı məni cəmiyyətdən və dostlardan itəliyirdi.Məktəb illərindədə yoldaşlarımla dil tapıb danışa bilmirdim. Nə yalan deyim. Onların valideynləri yanlarında olduğu üçün qısqanırdım və buna görədə onlarla dalaşırdım. Hər gün bir valideyn məni kənara çəkib" filankəslə işin olmasın " deyə tənbeh edirdi. Müəllimlərim bacıma şikayət edərdilər. Soyuq pəncərə önündə əyləşib,yağan yağışı seyr edirdim.Düşünürdümki, Tanrıya çatmaq üçün yağış olub torpağa düşmək və yenidən göyə qalxmaq lazımdır. Sanki bacım mənim düşüncəmi duyub, "çətin günlərin xoş bir çarcısı var" deyə səsləndi. Atamın uzun müddətdən sonra bizləri görmək üçün uşaq evinə gəlməsi azacıq olsada bizləri sevindirdi.Düşündük ki, bizləri öz evinə aparacaq. Təəssüfki uşaq zənnimiz bizi yanıtdı. Atamın baxışları soyuq idi. Doğmalıq hissi elebil heç bir zaman olmayıb. Ən acınacaqlısı bilirsiniz nə idi? O, bura gözündən belə kənar qoymadığı övladı ilə gəlmişdi. Onu necə əzizləyir,bağrına basır,öpür,oxşayır İlahi. Görəsən bizlər onun üçün kimlərik? Kaş atam heç gəlməzdi.
-Bu sizin qardaşınızdı söyləməzdi. Görüş qısa oldu. Yanındakı xoşbəxt uşaq "ata burada darıxıram gedək" deməsiylə,ayağa qalxıb heçnə olmamış kimi bizlərdən uzaqlaşdı. O görüşdən uzun müddət keçməsinə baxmayaraq atam bir daha oraya gəlmədi. Tərk edilmiş iki tale bir birinə sığınaraq əzablı illərin qayğılı günlərinə birgə addımladılar. Bacım hər zaman xoşbəxt olacağını düşünür. Mənsə , illər bir birini qovaladıqca minbir sual ağlımda dolaşmağa başlayır.Sevən insanlar niyə ayrılır? Ayrılırsa, niyə sevib evlənirlər? Niyə körpələrin taleyi heç kəsə maraqlı deyil? deyə çox düşündüm.Və suallarımın tək cavabını O, bilər deyə Tanrıya məktub yazdım.

Günel Ağayeva

Dostlarınızla paylaşın

166 nəfər bəyənib.
Şərhlər: 3
  1. heyatimin menasi
    uzun idi vaxda az idi tam oxuya bilmedim ama oxucam
  2. ÊLfidÂ
    Çox düşüncəsiz insanlardı bunlar mənə görə. Siz ayrıldızsa uşaqlarınızın günahı nədi axı? Yanınızdakı sevdiyiniz şəxsdən övladınız olanda əzizləyirsiz, ayrıldığınız adamdan olan uşağınızı niyə çölə atırsız? Onda ilərdə bir gün yenə ayrılsaz o uşağınızıdamı atacaqsız? Necə şərəfsiz insanlar vare vallah
  3. Adnur xanım
    Əvvəla onu qeyd edim ki , müasir dövrümüzdə baş verən, real hadisələri əks etdirən hekayədir. Bu hekayəni oxuduqca çox kədərləndim.Allah belə valideynlərin bəlasını versin. Vacibdirmi öz canından, qanından olan övladını atasan? Xüsusilə də ananın övladına qarşı hərəkəti mən də əsəb hissi doğurdu. Hər zaman belədir. Bü cür insanlara övlad qismət olur, ancaq cəmiyyətə qayğısız sevgisiz övlad verirlər. Belə uşaqların da psixologiyası sonda heç də yaxşı olmur.Nəysə...Çox mürəkkəb mövzudur.Insan danışdıqca danışır.Allah köməyi olsun günahsız balaların.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.