ONLAYN: 16

Qonaq: 339 Cəmi: 358
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534,7 Min
2) Elnare » 416,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 325,6 Min
7) Avara_Şair » 314,5 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,7 Min
10) Луна » 239,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 1 saat 54 deq.
2) heyatimin - 24 deq.
3) ÊLfid - 21 deq.
4) XAMLİYON__GÖZƏL - 18 deq.
5) amon - 17 deq.
6) Rehimoffa - 9 deq.
7) Adnur - 9 deq.
8) Avara_Şair - 7 deq.
9) Atas3 - 7 deq.
10) Men_Bir_Melek - 6 deq.
Uşaq öskürür?! Dərmanı bizdə...
Ana və uşaq Yüklə
Uşaq öskürür?! Dərmanı bizdə...
Əksər hallarda uşaqlarda öskürəyin səbəbi kəskin bronxit olur.
Bronxit uşaqlarda ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. 1 il ərzində uşaqlar 3-4 kəskin bronxit keçirdə bilirlər.

Bronxitin səbəbləri çoxdur:

- uşaqların immun sisteminin natamam inkişafı

- uşaqların bəzi anatomik xüsusiyyətləri (uşaqların bronxları daha qısa və enli olur)

- bağça və məktəb uşaq kollektivlərində müxtəlif infeksiyaların geniş yayılması

- orqanizmdə infeksiya ocaqların (iltihablaşmış badamcıqlar, adenoidlər, çürük dişlər) olması və s.

- gigiyenik qaydaların pozulmaları (uşaqların əksəriyyəti çirkli barmaqlarını, oyuncaqlarını ağzına salır, çirkli meyvələr yeyirlər və s.)


Doğulduqdan 3-4 yaşına kimi olan uşaqlarda bronxit daha ağır keçir, uşaq gec sağalır və xəstəlik müxtəlif ağırlaşmalar verir.
Adətən bronxit kəskin respirator infeksiyası və ya qripp fonunda inkişaf edir. Lakin bir çox hallarda uşaqlarda bronxitin səbəbi allergiya olur.
Bronxitin əsas əlamətləri - öskürək (quru və ya bəlğəmli), zökəm, halsızlıq. Bronxit adətən yüksək hərarətlə müşayiət olunmur. Əgər öskürək uşaqda yüksək hərarətlə müşayiət olunursa, bu uşaqlar üçün xüsusilə təhlükəli xəstəlik olan pnevmoniyanın (ağ ciyər iltihabı) əlaməti ola bilər.
Xəstəliyin ilk 2-3 gün ərzində öskürək quru və üzücü, daha sonra isə bəlğəmli olur. Bu o deməkdir ki, uşaq sağalmağa doğru gedir. Bəzi valideynlər belə hesab edir ki, quru öskürək daha "yaxşıdır", bəlğəmli isə əksinə "təhlükəlidir". Lakin bu səhv fikirdir. Bronxitin ilk simptomları meydana çıxdıqda uşağı dərhal pediatra göstərmək lazımdır. Müalicə xəstəliyin ilk əlamətlərində başladıqda, xəstəlik daha tez keçir və fəsadlar vermir. Vaxtında və ya düzgün müalicə olunmayan bronxit xroniki formaya keçə bilər, bronxitin fonunda pnevmoniya (ağ ciyər iltihabı) inkişaf edə bilər. Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər.

Bronxitin müalicəsinin əsas qaydaları:

1. Xəstə uşaq daim havası dəyişilən və nəmləndirilən otaqda olmalıdır. Gün ərzində bir neçə dəfə otağın havasını dəyişmək və nəm əsgi ilə bütün səthləri silmək lazımdır. Daim isti və havasız otaqda olan uşaq daha gec sağalacaq. Səbəbsiz olaraq uşağı yataqda saxlamayın. Uzanaq vəziyyət bəlğəmin çıxmasına mane ola bilər.

2. Bronxiti olan uşaq çoxlu miqdarda ilıq maye qəbul etməlidir (adi vaxtlarda olandan 2 dəfə artıq). Maye bəlğəmin durulaşmasına və bronxlardan daha asan çıxmasına kömək edir. Hər bir saatdan bir uşağa maye verin. Bu ot dəmləmələri (çobanyastığı, gülxətmi, xüsusi ot yığınları), çay, kompot, təmiz su ola bilər.

3. Bronxit zamanı bəlğəmi durulaşdıran və bronxlardan xaric edən xüsusi dərmanlar istifadə olunur. Bir çox hallarda uşaqlara bromgeksin, lazolvan, asetilsistein (АЦЦ), ambroksol və s. kimi preparatlar təyin olunur.

4. Bir çox hallarda bronxit zamanı uşaqlara antihistamin prepratlar təyin olunur (klaritin, zirtek və s.).

5. Fizioterapevtik müalicə də çox yaxşı təsir edir. Əsas müalicə ilə yanaşı uşağa həkim tərəfindən inhalyasiyalar, ultrabənövşəyi şüalanma, sinə və bel nahiyəsinə parafin aplikasiyaları, elektroforez və s. təyin oluna bilər.

6. Ev şəraitində xardal kağızlarından ("qorçiçniki") istifadə etmək olar. Bu vasitələrin köməyi ilə iltihab sahəsində qan dövranı yaxşılaşır, ödem azalır, bəlğəm durulaşır.
Lakin bu vasitələr kiçik yaşlı uşaqlarda (3 yaşına kimi) istifadə olunmur. Bundan əlavə uşaqda hərarətin olması, ürək və dəri xəstəlikləri və zədələnmələri, vərəm xardal kağızların istifadəsi üçün əks-göstəriş sayılır.

7. Bir çox valideynlər fikirləşir ki, bronxit antibakterial preparatların ("antibiotik"lərin) köməyi ilə müalicə olunur. Lakin bu belə deyil. Bronxitin ilk əlamətlərində antbiotiklər təyin olunmur. Bir çox hallarda sadə kəskin bronxit yuxarıda sadaladığımız müalicə vasitələrin köməyi uğurla müalicə olunur.
Antibiotiklər yalnız xəstəlik uzun müddət ərzində müalicəyə tabe olmadıqda, pnevmoniyanın inkişafına ciddi təhlükə yarandıqda (yüksək hərarətin olması, intoksikasiya əlamətləri və s.) uşağa təyin oluna bilər.

8. Xalq təbabəti bronxitlə mübarizədə bu kimi üsullar təqdim edir: qara turpun şirəsi şəkərlə, soğan şirəsi şəkərlə. Bu üsullar yalnız həkimlə məsləhətləşdikdən sonra və yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər.

Dostlarınızla paylaşın

126 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.