ONLAYN: 9

Qonaq: 577 Cəmi: 589
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 369,6 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) aynure - 28 deq.
2) VeneSSa - 24 deq.
3) Elnare - 20 deq.
4) CavadoV - 9 deq.
5) laluna - 5 deq.
Şüuraltı
Maraqlı Yüklə
Şüuraltı
Şüuraltı şüura tabedir. Şüuraltı şüurun hər dediyini edir, uşaq kimidir, möhtəşəm bir potensiala malikdir, amma safdır, şüurun hər dediyinə inanır. Məsələn, bir insan sarımsağın onun ürəyini bulandırdığına inanıbsa, şüuraltı ona hər yerdə sarımsağı tapacaq, içində sarımsaq olduğunu heç kimin hiss etmədiyi yeməklərdə belə sarımsağı dərhal hiss edəcək. Hətta sarımsağın iyini belə hiss edəcək və şüura xəbər verəcək.
Şüuraltı 24 saat fəaliyyətdədir, şüuraltı yatmır. O, gecə şüur yuxudaykən belə fəaliyyət göstərir, bədənin bütün fəaliyyətini idarə edir.
Şüur nəyə inanırsa, şüuraltı da bütün diqqəti ona yönəldir.
Amerikalı məşhur bir basketbolçu əvvəlcə beynində topun səbətdən keçəcəyini düşünmədən topu atmadığını deyir. Yenə bir qolf oyunçusu yaxşı bir qolfçu olmaq üçün əvvəlcə beynində topu necə atdığını canlandırmağın lazım olduğunu deyir.

Birdən topu qırağa atsam qorxusu.
Hamımız mütləq bunu yaşamışıq. Yeni doğulmuş bir körpənin nə vaxtsa, nədənsə qorxduğunu və ya utandığını gördünüzmü? Qorxu və utanma kimi duyğular sonradan öyrəndiyimiz şeylərdir.
İngilis dilində “self sabotage” deyə bir termin var. Yəni özün-özünə qarşı təxribat aparırsan.

Bir çox insanların günlük həyatlarında başqalarına və ya özlərinə özləri haqqında danışarkən istifadə etdikləri ifadələr “ self sabotage” dır. şuuraltı

Onlardan bəziləri bunlardır:
— Mən bacarıqsız biriyəm.
— Riyaziyyatı yaxşı bilmirəm.
— Gözlərim zəifdi.
— Yaddaşım zəifdi.
— Adları yadımda saxlaya bilmirəm.
— Özümə hakim ola bilmirəm.
— Çox əsəbiyəm.
— Qorxuram.
Və bunun kimi bir çox ifadələr.

Vəziyyət, doğurdan da, bu cümlələrdə göstərilən kimi olsa da, əksini desək, necə olar?

Şüuraltını yenidən proqramlaşdıra bilərsiniz. Həm də bunun üçün uzun bir vaxt lazım olan müalicə üsullarına ehtiyac yoxdur. Problemi bilməyiniz və problemə qarşı təlqinlər edib şüuraltına təsir etməyiniz kifayətdir.

Şüuraltını istədiyiniz kimi proqramlaşdıra bilər, hədəflərinizə daha tez çata, istədiklərinizi daha tez əldə edə bilərsiniz.

Dostlarınızla paylaşın

137 nəfər bəyənib.
Şərhlər: 1
  1. ÊLfidÂ
    Razıyam bu xəbərlə) İnsan hər şeyi özünə edir bilmirəm bacarmıram deməklə. Çalışsa və edə biləcəyinə özünü inandırsa qarşısında heçnə və heç kim dura bilməz

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.