ONLAYN: 18

Qonaq: 351 Cəmi: 372
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,7 Min
2) Elnare » 422,2 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 333,1 Min
7) Avara_Şair » 316,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 252 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 1 saat 8 deq.
2) heyatimin - 39 deq.
3) gece - 12 deq.
4) Terlan - 4 deq.
5) ÊLfid - 3 deq.
6) Salamzade - 3 deq.
7) Elnare - 3 deq.
8) ∬Madmazel∬ - 2 deq.
9) Xaliq - 1 deq.
10) Nuray - 1 deq.
Qismət- sadə söz olsa da,
Maraqlı Yüklə
Qismət- sadə söz olsa da,
Qismət- sadə söz olsa da, dərin, bir o qədər də ağır məna yükü olan bir məfhumdur. İnsan doğularkən taleyin özü seçə bilmir, amma o taleyi məhv etmək də, yaşadıb çiçəkləndirmək də elə insanın öz əlindədir. Bəzən insan çox xoşbəxt olacağı bir həyatı olmasını istəyər, amma qəlbinin dərinliklərində bir boşluğu vardır, o boşluq ki hər zaman onunla olacaq, o boşluq ki onu daha da gücləndirib mübarizə aparmasına vəsilə olacaq. İnsan da onsuz həyatı boyunca mübarizə içində deyilmi?! Nə qədər özümüzü aldatmağa çalışsaq da, bu belədi. Fərqli xarakterlərə, fərqli dünyagörüşlərinə sahib olsaq da, bizi birləşdirən tək cəhət həyatla mübarizəmizdir.

Dünya bizim nağıllarda oxuduğumuz güllü-çiçəkli, daim xoşbəxtliklərlə əhatəli bir yer deyil. Xoşbəxtlik olduğu kimi, qəm-qüssə də var. Bir tərəfdən gülərkən, bir tərəfdən ağlaya da bilirik. Həyatın silinməz qanunudur. Bu həyat bizə xoşbəxtlik yaşatdığı kimi, acısın da yaşadır. Yaşımız neçə olur-olsun, həyat hamımıza öz zərbəsin vurub, çətinliklər yaşadıb. Hər kəsin qəlbinin dərinliyində bir boşluq var, bəlkə heç özü belə bunun fərqində deyil. Kim desə ki, mən tam xoşbəxtəm, həmin insan çox böyük yalan danışır. Çünki hər insanın öz-özlüyündə bir acısı var. Heç bir acı da xəfifə alınmamalıdı. Kiməsə anlamsız gələn hadisə bəlkə də başqasında dərin iz buraxmışdır, onun ən dərin yarasıdır, nə bilmək olar.

Ona görə də deyiblər ki, ” Acının xəfifi, böyüyü olmaz”. Bizi yaşadan da o acılardı, daha da gücləndirib mübarizəyə təşviq edən də. Bəzən bezirik, üsyan edirik, amma bilmirik ki, bəlkə də o acılar olmasa biz məhv olarıq. Xoşbəxtliyə gedən yolda hansı çətinliklərlə qarşılaşsaq da, sonuna kimi əzm göstərərək yola davam etməliyik. Təbii ki, büdrədiyimiz, yıxıldığımız anlar olacaq, amma əsas məsələ yıxılmaq deyil, əsas məsələ yıxılarkən yenidən qalxıb yola davam etməkdir. Bunu bacara biləcəyiksə, demək, xoşbəxtliyə qovuşacağıq.

Daim güclü olmaq lazımdı, bunu bizə elə həyatın özü öyrədib. Güclü olduğumuz zaman nəinki insanlar, heç həyat da bizə qarşı gələ bilməz. Gözəl gələcəyin, xoşbəxtliyin sirri güclü, mübarizkar olmaqdır. Qəlbimiz nə qədər acı çəksə də, dərinliklərində dərin boşluq olsa da daim gülməliyik. Güclü olmağın sirri də elə o gülüşün altında gizlənir.

Sadəcə xoşbəxt olarkən, nəyəsə sevinərkən gülmürük, bəzən acılarımızı xəfiflətmək üçün də gülməliyik, o gülüş hətta bizi yaşamağa daha da sövq edir. Alın yazım belə yazılıb, belə də yaşamalıyam, qismətimə boyun əyməliyəm söyləmək əvəzinə, taleyimizi dəyişib xoşbəxt yaşamalıyıq, çünki bir dəfə dünyaya gəlirik və bu həyatı da hər şeyə,hər kəsə inad azad, xoşbəxt və daima gülərək yaşamaq lazımdır. Həyatı zindan deyil, gülüstan etmək lazımdır.

Yazar: Günay Məmmədzadə

Dostlarınızla paylaşın

184 nəfər bəyənib.
Şərhlər: 4
  1. ÊLfidÂ
    Mən çox bəyəndim bu yazıyı. Kopyalayıram hətta halal et)
  2. ice berg
    Bu dünyanın işi çətin
    Bilinməyir aqibətin.
    Alın yazınsa qismətin
    Kim olduğunun fərqi yoxdur.

    Bu şeir yadıma düşdü)

    "Həyatı zindan deyil,gülüstan etmək lazımdır"necədə gözəl cümlə.Təşəkkür yazıya görə💚
  3. XAMLİYON__GÖZƏL
    Sadəcə xoşbəxt olarkən, nəyəsə sevinərkən gülmürük, bəzən acılarımızı xəfiflətmək üçün də gülməliyik, o gülüş hətta bizi yaşamağa daha da sövq edir. Alın yazım belə yazılıb, belə də yaşamalıyam, qismətimə boyun əyməliyəm söyləmək əvəzinə, taleyimizi dəyişib xoşbəxt yaşamalıyıq, çünki bir dəfə dünyaya gəlirik və bu həyatı da hər şeyə,hər kəsə inad azad, xoşbəxt və daima gülərək yaşamaq lazımdır. Həyatı zindan deyil, gülüstan etmək lazımdır.


    Əllərinə sağlıq olsun can 💙
  4. Nuray
    ellerine sağlık canım ve düz sozdü

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.