ONLAYN: 11

Qonaq: 523 Cəmi: 537
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) amon » 389,6 Min
5) Esmeralda » 371,5 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 1 saat 20 deq.
2) amon - 1 saat 8 deq.
3) aynure - 48 deq.
4) nemeLum_o2 - 10 deq.
5) Salamzade - 8 deq.
6) laluna - 8 deq.
7) Avara_Şair - 4 deq.
8) JamesAutox - 2 deq.
9) 2006 - 2 deq.
10) GozeLoV - 1 deq.
Müasir tarixin ən böyük müəmması: büllur kəllələr
Maraqlı Yüklə
Müasir tarixin ən böyük müəmması: büllur kəllələr
İki əsrdir yüzlərlə alimin baş sındırdığı, adi insanlardan tutmuş ezoteriklərə kimi hər kəsin heyran olduğu möcüzələrdən biri də Büllur kəllələrdir.

Əsatirlərə görə, əslində həqiqi kəllələrin sayı 13-dür. Amma şəxsi kolleksiyaları da nəzərə alsaq, hazırda 21 Büllur kəllə var. Onlar Mərkəzi Amerikada – daha çox Mayya sivilizasiyasının xarabalıqlarında və Tibetdə tapılıb. Bəs nəyə görə alimlər, hətta Çingiz xandan tutmuş Hitlerə kimi tarixi şəxsiyyətlər, müasir görücülər “Kəllə ovu”ndan hələ də əl çəkməyiblər? Kəllənin gücü nədədi? Həqiqətənmi o, sahibinə fövqəlhakimiyyət və kainatın informasiya xəzinəsinə açar bəxş edir?

Hər şey 1924-cü ildə ingilis arxeoloqu Mişel Xedjesin Amerikanın Lubantaum cəngəlliklərində arxeoloji qazıntılar aparmasından başlayıb. Ona bu işdə ögey qızı Enn kömək edirdi.17 yaşı tamam olan gün Enn Mayyalıların məbədi olduğu güman edilən yerdə daşları təmizləyirdi. Məbədin minbər hissəsində torpağı eşələyən Enni bir daş kəllə tapır. Onu ehtiyatla təmizləyir və bu zaman kəllənin parlaq göz boşluqları görünür. Məlum olur ki, kəllə dağ büllurundan hazırlanıb. Kəllənin alt çənəsi yox idi. Enn kəlləni tapdığına çox sevindi və bunu “taleyin ona ad günü hədiyyəsi” kimi qəbul etdi. Bütün qrup bu heyrətamiz kəlləyə məftun olsa da heç kim çoxillik təcrübələrinə baxmayaraq, onun nə olduğunu aydınlaşdıra bilmədi. 3 ay sonra isə həmin yerdən 3 metr aralıda kəllənin alt çənəsi tapıldı. Kəllənin adı o vaxtdan “Lubantaum kəlləsi” qaldı. Professor Mişel qədim Mayya şəhərini tapdığını elan etsə də nədənsə, Emmi kəlləni Akademiyaya vermədi. Görünür, o, bu əşyanın mayyalılara yox, daha sonrakı dövrə aid olduğunu güman etmişdi. Ona görə də kəllə uzun illər onların evində gizlədildi. Yalnız professorun ölümündən sonra Enn kəlləni araşdırmaq üçün müxtəlif institutlara təqdim etdi. Bərpaçı Frenk Dorland 1964-70-ci illər ərzində kəlləni mikroskopik dəqiqliklə təhlil etdi və kəllənin konstruksiyasına heyranlığını gizlətmədi. Kəllənin mərkəzində ətalət qüvvəsi elə bərabərləşdirilib ki, hətta ən xəfif üfürmədən belə 5 kiloqramlıq kəllə hərəkətə gəlir. Kəllənin ənsə hissəsində isə linza yerləşdirilib ki, bu da üzərinə düşən istənilən işığı və enerjini özündə toplayıb, göz yuvalarına ötürür və beləcə, odsaçan gözlər effekti yaranır. Bir dəfə kəlləni təsadüfən üzü yanan ocağa tərəf çevirən Frenk qorxudan huşunu itirmək dərəcəsinə gəlir. Göz yuvalarında insanı dəhşətə gətirən qəzəbli alovlar parlayırdı. Deməli, Mayya kahinləri gözlərindən qığılcım çıxan kəllənin xofu ilə xalqı qorxu altında saxlayıb, istədiklərini həyata keçirirdilər.

İblisin kəşfi

Frenk yazırdı: “Əgər fövqəlbəşər qüvvələrin köməyini istisna etsək, o zaman mayyalı ustalara öz kortəbii alətləri ilə bu kəlləni düzəltmək üçün ən azı 300 il vaxt lazım idi. Deməli, kəllənin hazırlanması prosesi nəsildən-nəslə ötürülmüşdü.”. Frenk haqlı idi. 2000-ci illərdə məşhur kompüter firması “Hyulet pakard” ın apardığı araşdırmalara görə, yalnız kristal kvarsa kustar üsulla insan kəlləsinə uyğun dairəvi forma vermək üçün 7 milyon saat lazım gəlir. Bu isə 800 ilə bərabərdir. Bu isə absurd görünür.

Müasir tarixçilər, ufoloqlar, arxeoloqların əksəriyyəti büllur kəllə mifini cəfəngiyyat, kəllələri isə saxta hesab edirlər. Çünki heç bir əsatirdə, dini mənbədə və qədim əlyazmalarda büllur kəllə haqqında bir kəlmə də olsun yoxdur. Kilsə isə onu “İblisin icadı” adlandıraraq, lənətləyir. Digər fərziyyəyə görə, 36 min il bundan əvvəl bizim planetə köçürülmüş 12 yadplanetli irqinin nümayəndələri bərk kristal kvarsı asanlıqla cilalaya biliblər və bu əşya məhz onlara məxsusdur. İnandırıcıdır. Uzaq dünyaların sakinləri özləri ilə Yer kürəsinə biliklərini, təcrübələrini və fərqli iş texnikalarını da gətiribmişlər.

xxx

Büllur kəllə elə də xoştəbiətli deyil. Onunla təmasda olanların bir qismi başağrısından, ürəkbulanmasından və depressiyadan şikayət edirlər. Kəllə olan otaqda yatanlar yuxuda qədim hindu tayfalarını, onların yaşadığı yerləri, dağlar, məbədlər və qəribə insan obrazları gördüklərini etiraf edirlər. Bir sözlə, kəllə görüntü yaddaşına malikdir və güclü hallüsinasiya yaradır. Bəziləri huşunu itirir, yaddaşı qısa müddətə pozulur. Qısası, kəllə ona baxan, toxunan və yaxınlaşan insanların hər birinə müxtəlif cür təsir edirmiş. Deyilənə görə, bu təsir insanın beynindən və orqanizmindən asılıdır.

Dostlarınızla paylaşın

183 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.