reklam
•••DüŞüNcəLəR••• •••DüŞüNcəLəR••• https://loading.az/uploads/posts/2021-06/thumbs/1623158037_loading.az_1596625071_loading_az_c077d79264682616eb372fb2661aebab-01.jpeg
ice berg

ice berg Müxtəlif 8-06-2021, 20:00

•••DüŞüNcəLəR•••

•••DüŞüNcəLəR•••
..Və beləcə bəzən səssizliyə qərq olarsan, ətraf aləm kimi onun qurbanına çevrilərsən. Özün azad, ruhun məhbus olar. ...Və susarsan. Dinməz-danışmazsan, ətrafındakılardan, ətrafında baş verənlərdən xəbərin belə olmaz, xəbərsiz olarsan. Uzun gecələr, bitmək bilməyən gecələr... Həmin anlar necə də tez ötərmiş. Qəfil ağlına bir fikir gəldimi, düşərsən izi ilə. Sonuna çıxmağa çalışarsan. Gecə bitər, lakin səni sənin olmadığın yerlərə aparan, zərrə qədər olan, ancaq xəyallarında çox böyütdüyün fikirinin sonuna yetişə bilməzsən, bitməz o.

Ən çətini bilirsinizmi nədir?! Xatirələr... Keçmişdə olub-bitənlər, yaşananlar. Keçmişdə nələr yaşmamışıq, nələr! Məni incidən səhvlərimdir, günahlarımdır... və ən əsası etdiyim yaxşı əməllərimdir. İnsanları tanıya bilmədik, layiq olan insanlara layiq olan hörməti göstərmədik. Bəzilərinə hətta bir xoş nəvazişi, təbəssümü belə çox gördük. Sonra da dedik ki, biz yaxşı adamlarıq – yaxşılardanıq. Çünki yaxşılıq etmişik. Lakin kimlərə yaxşılıq etdiyimizi, kimlər üçün nələr etdiyimizi, ümumiyyətlə, nə etdiyimizi anlamadıq. Bəlkə də anlamağa çalışdıq, nə vaxtsa düşündük. Amma...

Etdiyimiz hər işdə qarşılıq gözlədik. Çox vaxt layiqindən artığını istədik – dərsindən 3 alıb 5 istəyən məktəbli kimi. Lakin düşünmədik ki, biz niyə yaxşılıq etdik? Nəsə ummaq üçünmü? Düşünmədik ki, əslində etdiklərimizin qarşılığını çoxdan bizə veriblər, biz bunu çoxdan almışıq. Düşünmədik ki, biz etdiklərimizi kimlərsə bizə edib, bizim üçün edib. Deməli, kiməsə etdiyimiz yaxşılığın qarşılığını ummağımız məntiqə sığmır. Əslində, yaxşılıq etmək bizim borcumuzdur. Borcumuzu niyə qaytarmırıq? Təəssüf... Niyə biz bizə hörmət edənə hörməti qaytarmalıyıq? Olmazmı o mənə, mən sənə, sən ona, o də onlara... və beləcə onlar da başqalarına öyrədə?!...

Ruhum məhbusdur, RUHUM. Mənə məxsus olsa da mənim deyil, mənimlə deyil – onu qurtara bilmirəm məhbəsindən.

Necə də çətin imiş dünyanın yükünü çəkmək. Bacara bilmədiyin vəzifəyə sahib olmaq, çəkə bilmədiyin yükü götürmək – necə də çətin imiş. İlahi, bu yazıq insanlar necə də ağır yüklərin altındaymış. Hər kəs nəsə daşıyır. Yüklənib bəşər övladı, günahları ilə. Düzdür, SƏN insanoğlunu çəkə bilmədiyi yüklə yükləməzsən. İnsanoğlu özü götürüb bu yükü, səndən izinsiz.

Hə, bir də gecənin tən ortasında pəncərə önündə fikirə dalırsan. Tək-tənha oturarsan pəncərə qarşısında. İzləyirsən ulduzları, öz ulduzunu gəzərsən, göy üzündə axtararsan. Tapa bilmirsənsə üzülmə. Doğacaq, mütləq bir gün sənin də ulduzun doğacaq. O da digər ulduzlar kimi işıq saçacaq. Səmada gözlərin önündə oynayacaq. Səni xoşbəxt etsin deyə, ancaq səni. Deyəcək ki, səninəm, sənin ulduzunam. Xoşbəxt olmaq sənin də haqqındır, Budur, gəlmişəm, sənin üçün, səni sevindirməyə, səni SEVMƏYƏ.

Bədbinsən, ancaq baxış və düşüncələrində nikbinlik var. Baxmayaraq ki, “hər şey yaxşı olacaq, üzülmə” cümləsini eşitməkdən bezmisən, yorulmusan, artıq bu cümləni eşitmək istəmirsən. Sənin üçün hazırda yaşadığın həyat qədər maraqsızlaşıb bu cümlə. Maraqlısı odur ki, heç nəyin yaxşı olmayacağını əminliklə bildiyin halda sən də başqaları üçün bu cümləni işlədir, hər şeyin yaxşı olacağını vəd edirsən. Aldadırsan, səni aldatdıqları kimi. Qəribə deyilmi?

Ən maraqlısı isə xoşbəxt sonluqla bitən filimlərdəki kimi həyatının sonuna yaxınlaşır, xoşbəxtlik axtarırsan. Axtarma, yorma özünü. Xoşbəxtlik özü səni tapacaq - əgər varsa.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 234 188 220 233 251

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.