ONLAYN: 26

Qonaq: 462 Cəmi: 491
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,9 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 4 saat 8 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 39 deq.
4) beybala_beybala - 3 saat 18 deq.
5) Adnur - 2 saat 43 deq.
6) _Gйпеl_ - 2 saat 21 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Xaliq - 1 saat 3 deq.
Şuşada daha bir festival keçiriləcək - Açıqlama
Xəbərlər Yüklə
Şuşada daha bir festival keçiriləcək - Açıqlama
Qarabağın mədəniyyət paytaxtı olan Şuşada kulinariya festivalı keçiriləcək. Festivala dünyanın müxtəlif ölkələrindən kulinarların dəvət olunmasıda nəzərdə tutulur.

Bu barədə məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş direktoru Tahir Əmiraslanov festival haqqında danışıb.

"Biz döyüş başlayan gündən cəbhə xəttində idik. Şuşa azad edilən günün səhəri orada 3 bayraq var idi. Azərbaycan, Türkiyə və Milli Kulinariya Assosasiyasının bayrağı. Bu bizim üçün fəxrdir. Müharibə bitdikdən sonra da azad olunmuş ərazilərə müəyyən səfərlərimiz oldu. Lakin hələ ki Şuşaya səfərimiz baş tutmayıb.

COVID-19 pandemiyası və digər məsələlərə görə müəyyən problemlər var. Festivalla bağlı Prezident Administrasiyasına müraciət etmişik, Dövlət Turizm Agentliyində də müzakirələr aparılır, cavab gözləyirik. Ehtimal var ki, tədbir avqust ayında keçirilsin. Şuşa alınmazdan hələ 15 gün öncə festival keçiriləcəyini elan etmişdik. Hətta Rusiya kanallarından birində yayımlanan verilişdə də festivalın keçiriləcəyi bildirilmişdi".

T.Əmiraslanov deyib ki, o zaman festivalın keçiriləcəyi elan edildikdə 19 ölkədən kulinarlar gəlmək istədiklərini bildirmişdilər. İndi dəvətnamə göndərilməsini gözləyirlər.

"Festivalda ordumuz da iştirak edəcək. Artıq onlarla razılıq əldə olunub. Böyük bir festival olacaq və çox güclü hazırlıqlar gedir".

Onun sözlərinə görə, tədbirdə Qarabağın rayonları da ayrı-ayrılıqda iştirak edəcək.

"Biz bu günə qədər keçirilən festivallarımızda Qarabağın bütün rayonlarının iştirakını təmin etmişik. Festivallar zamanı Qarabağ mətbəxinin assimilyasiya olunmasının qarşısını alırdıq. İşğal zamanı qarabağlıların bir hissəsi Şəkiyə, bir hissəsi Lənkərana, Gəncəyə, Bakıya və başqa yerlərə köçürülüb. Həmin insanlar Qarabağ mətbəxinin əslini itirə bilərdilər. Biz bu səbəbdən Qarabağ mətbəxinin regionlar üzrə nümayişini saxlayırdıq və yadda qalırdı. Hətta "Qarabağ mətbəxi" kitabı da nəşr etmişik".

T.Əmiraslanov deyir ki, bu cür tədbirlər sayəsində milli mətbəx brendlərini qoruyub saxlamaq mümkün olub.

"Bu günə qədər keçirilən bütün festivallarda yalnız Qarabağ mətbəxi deyil, milli geyimlərimizi, musiqimizi, rəqslərimizi də nümayiş etdirmişik. Qarabağa yalnız əhali deyil, oranın mədəniyyətini, milli-mənəvi dəyərlərini də qaytaracağıq".

T.Əmiraslanov onu da bildirib ki, "Qarabağ mətbəxi" kitabı xarici dillərdə çap olunacaq:

"Kitab üzərində işlər gedir. "Qarabağ mətbəxi" kitabını kulinariya kitabı səviyyəsinə qaldırıb xarici dillərdə çap etdirəcəyik".

Dostlarınızla paylaşın

132 nəfər bəyənib.
Şərhlər: 3
  1. Gülüşüm💕
    Teşekkürler xəbərə görə
  2. XAMLİYON__GÖZƏL
    Bu hələ harasıdır daha çox festivalı keçiriləcək inşallah 🤲



    Məlumat üçün təşəkkürlər
  3. Elnare
    Maraqli olacaq.. Melumata gore coxsagol 👏👏

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.