reklam
Fransızsayağı Sitrus Keksi Fransızsayağı Sitrus Keksi https://loading.az/uploads/posts/2021-05/thumbs/1621328212_loading.az_ywrlyd-1.jpg
ice berg

ice berg Mətbəx 18-05-2021, 13:01

Fransızsayağı Sitrus Keksi

Fransızsayağı Sitrus Keksi
Fransızsayağı Sitrus Keksi (Quatre-Quarts Aux Agrumes)
Rachel Khoonun “The Little Paris Kitchen” kitabı əsasında


Ərzaqlar:

4 yumurta – otaq hərarətində olmalıdırlar
1 + 1/4 stəkan (bir stəkan və bir stəkanın dörtdə biri qədər və yaxud 250 qram) narın şəkər tozu (adi şəkər tozunu bir neçə saniyə robotdan keçirsəniz narın olar)
2 stəkan (300 qram) un
Bir çimdik duz
Sürtgəcdən keçirilmiş 1 limonun və 1 portağalın qabığı (hərəsindən 1 xörək qaşığı olmalıdır)
1 çay qaşığı qabartma tozu
225 qram kərə yağı – əridib soyudun

Hazırlanma Qaydası:

Sobanı 175Cdək qızdırın. Ölçüləri 23 X 18 sm olan kərpic formasını bir az yağlayın.

Yumurtaların agını sarısından ayırın. Bir qabda ağları şəkər tozunun yarısı ilə mikserlə bir qədər sərtləşənə qədər (qaşıqla qaldırdığınızda tökülməməlidir) çalın, təxminən 5-8 dəqiqə.

Ayrı qabda yumurta sarısını qalan şəkər tozu ilə qatılaşıb rəngi açılanadək mikserlə çalın.

Digər qabda isə un, duz, limon və portağal qabıqları və qabartma tozunu qarışdırın.

Unlu qarışığı yumurta sarısı olan qaba əlavə edin. Üstünə ərinmiş və soyudulmuş yağı əlavə edib, yağ digər ərzaqlara yedirdilənədək qarışdırın. Sonra buraya çalınmış yumurta ağını da əlavə edib qaşıqla hamar olanadək qarışdırın.

Alınan kütləni formaya tökün. Sobanın orta gözündə 40-50 dəqiqə bişirin. Keksin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru çıxırsa, keks hazırdır.

Keks tamamilə soyuduqdan sonra kəsib süfrəyə verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 211 230 195 211 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.