ONLAYN: 22

Qonaq: 395 Cəmi: 420
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Nigar - 2 saat 49 deq.
2) Hökm - 1 saat 20 deq.
3) ice - 1 saat 20 deq.
4) Nuray - 1 saat 3 deq.
5) XAMLİYON__GÖZƏL - 42 deq.
6) ÊLfid - 42 deq.
7) Adnur - 36 deq.
8) Gülüşüm💕 - 26 deq.
9) amon - 24 deq.
10) _Gйпеl_ - 20 deq.
Heyvanların filmlərdəki möhtəşəm performansı
Müxtəlif Yüklə
Heyvanların filmlərdəki möhtəşəm performansı
Heyvanlar dünyamızın ən sevimli, əziz sakinləridir. Hər birimiz onları qorumalı, ehtiyacları olduğu zaman qayğısına qalmalıyıq. Onlar da bizim kimi sevgini, qayğını və qəzəbi hiss edə bilirlər. Dünyaya, digər canlılara yalnız sevgi ötürək.

Aşağıdakı filmlərlə rejissorlar bizə heyvanların bizi hiss etdiyini və sevdiyini bildirirlər.


Hachi: A Dog’s Tale (Hachiko: Bir itin hekayəsi) – Film, Professor Parker Wilson-un dəmiryolu stansiyasında tapdığı akita inu cinsindən olan iti evinə aparması ilə başlayır. İlk öncə yoldaşının narazılıqları ilə qarşılaşan professor ilə it arasındakı bağ gün keçdikcə daha da möhkəmlənir. Hachi qısa zamanda özünü bütün ailəyə sevdirməyi bacarır. Professorun hər gün işə gedərkən onu stansiyaya qədər ötürən və hər geri döndüyü zaman həmişəki yerində olub onu gözləyən bir yol yoldaşı olur. Filmin gedişatı təsirli və maraqlıdır. 2009-cu ildə çəkilib, IMDb balı isə 8.2-dir.


Life of Pi (Pinin həyatı) – Hindistandan Kanadaya gedən yük gəmisi içərisində olan heyvanlarla birlikdə batır. Qəzadan sağ qalan bir kaftar, zebra, oranqutan, Richard Parker adlı 300 kq-lıq benqal pələngi və 16 yaşlı hindli yeniyetmə olan Pidir. Ucsuz-bucaqsız Sakit Okeanda bir xilasedici qayıqda yaşamağa başlayırlar. Pi bu macərada sağ qalmaq üçün uşaqlıqda öyrəndiyi heyvanlarla bağlı biliklərindən istifadə edir. Film ABŞ istehsalıdır. 2012-ci ildə izləyicilərə təqdim olunub, IMDb balı 7.9-dur.


A Street Cat Named Bob (Bob adlı küçə pişiyi) – Bu film bioqrafikdir və eyni adlı kitab əsasında çəkilmişdir.Heroin asılığı olan James Bowen London küçələrində mahnı oxuyaraq pul qazanır. Günlərin birində xəstə küçə pişiyi ilə rastlaşır və onu özü ilə götürüb müalicə etməyə çalışır. Sonralar isə pişiyə Bob adını verir, filmin gedişatında həmin pişik James-in həyatını müsbət istiqamətdə dəyişməyə başlayır. 2016-cı ildə çəkilmiş filmin IMDb balı 7.3-dür.



White Fang (Ağ Diş) – Cek Londonun eyniadlı romanı əsasında çəkilmiş “Ağ diş” filmində yarı qurd, yarı it olan canlıdan bəhs edilir. Zəkası və görünüşü ilə hamını valeh edən bu varlığa həm insanlar, həm də heyvanlar əzab verir. Tacir qrupunun meşəyə gəlişi zamanı tapılan bu varlığa Jack adlı tacir xüsusi diqqət yetirir. Ona “Ağ diş” adını verirlər. Sonralar da Ağ dişi xatırlayan Jack, onun sayəsində sevgini, güvəni və dostluğu kəşf edir. Film 1991-ci ildə çəkilib, IMDb-də 6.7 balla qiymətləndirilmişdir.


War Horse (Döyüş atı) – Filmdə Birinci Dünya Müharibəsi zamanı Albert və onun sevimli atı Joeyin hekayəsindən bəhs edilir. Əhlilləşdirib, öyrətdiyi atın satılmağı, müharibəyə göndərilməsi iki dostu ayırsa da, yaşadıqları hadisələr bir çox həyatı dəyişəcək. Bu arxa planda müharibənin olduğu dostluq filmidir. IMDb-də balı 7.2 olan bu film 2011-ci ildə izləyicilərə təqdim olunmuşdur.


Filmləri izləyin, heyvanları isə sevin.

Dostlarınızla paylaşın

244 nəfər bəyənib.
Şərhlər: 1
  1. ÊLfidÂ
    Hachi real həyatda yaşanmış hətta həmin metrostansiyanın qarşısında itin heykəlinin ucaldıldığı real bir hekayədi 🥲

    2ci filmm tanış gəldi baxmışam məncə

    3cüyədə baxmışam. Hətta kitabınıda almaq isdəmişdim ama tapmdım malesef🥲 Tapsam oxuyacam yenə) Oda real hekayəydi və çoxda maraqlı idi 😍

    4cü tanış deyil ama görüntü kalitesinidə sevmədim düzü köhnə olmasından qaynaqlanır🙄

    Axırıncı isə maraqlı gəldi baxacam. Təşəkkürlər))

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.