ONLAYN: 25

Qonaq: 495 Cəmi: 523
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,2 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Deniz - 26 deq.
2) Abbas - 24 deq.
3) beybala_beybala - 18 deq.
4) Miracle - 2 deq.
5) _Gйпеl_ - 1 deq.
6) amon - 1 deq.
Kuper Hadisəsi
Maraqlı Yüklə
Kuper Hadisəsi
Hadisə 1971-ci ilin 24 noyabr tarixində baş verib. Həmin tarixdə Oreqon ştatının Portlend şəhərində yerləşən beynəlxalq hava limanından özünü Dan Kuper olaraq təqdim edən şəxs Sietl şəhərinə tək istiqamətli bilet alır. Northwest Airlines aviaşirkətinə məxsus olan Boeinq- 727 tipli təyyarə ilə həyata keçirilən Portlend-Sietl daxili reysi cəmi 30 dəqiqə davam edən kiçik bir təyyarə səfəri idi.

Satış qeydlərinə əsasən Dan Kuperə 18C nömrəli oturacaq satılır. Bir digər məlumatda isə Kuperin 15D saylı yerdə əyləşdiyini göstərir. Şahidlərin sözlərinə görə Kuper orta boylu, əynində qara kostyum, üzərində sədəf olan qalstuklu, qara eynəkli, təxminən 40 yaşlarında bir kişi olub. O, təyyarənin uçuşunu gözləyərkən siqaret çəkib və soda ilə burbon sifariş edib. 94 yerlik təyyarə daxili reysi Kuperdə daxil olmaqla cəmi 36 nəfərlə icra edirdi. Təyyarənin havaya qalxmasından sonra Kuper yanında duran gənc stüardessa Florens Şeffnerə kağız parcası uzadır.Sərnişinlərdən kağıza yazılmış sevgi qeydləri və telefon nömrələri almağa adət etmiş Şeffner Kuper tərəfindən verilən kağıza ilk öncə önəm vermir. Lakin Kuper inadkarlıq göstərib, "yaxşı olar ki, məktubu oxuyasız, miss " - deyəndə, Florens nəsə yaxşı bir şeyin baş vermədiyini hiss edərək, kağız parçasını tələsik çıxarır və səthi yazılmış mətni oxuyur:

“Çantamda bomba var. Mənim əgər tələblərim yerinə yetirilməsə ondan istifadə edəcəm. Mən istəyirəm ki, yanımda oturasınız. Sizin təyyarə qaçırılıb.”

Qızın üzündən təbəssüm yox olur, lakin o, sərnişinləri təşvişə salmamaq üçün sakitliyini qoruyub saxlaya bilir. Təyyarə bələdçisi mister Kuperin yanında oturur və onu dinləməyə başlayır. Təyyarəni qaçıran şəxs 20 dollarlıq əskinaslar olmaqla, 200 min dollar və 2 dəst paraşüt tələb edirdi. Stüardessanı öz niyyətlərinin ciddiliyinə inandırmaq üçün, sərnişin öz portfelini açıb göstərir. Çantada qırmızı məftilli qida elementi və 8 ədəd hansısa qırmızı silindrlər vardı. Qızın hər şeyi başa düşdüyünü görüb, kağızı geri alaraq, onu buraxır. Florens Şeffner Kuperin tələblərini çatdırmaq üçün pilot kabininə gedir.

Təyyarə kapitanı Vilyam Skot Sietl-Taxoma Aviasiya xətti ilə əlaqə saxlayaraq təyyarənin bir şəxs tərəfindən qaçırıldığını və bəlli tələblərinin olması barədə məlumat verir. Təyyarədə olan digər sərnişinlərin həyəcanlanmaması üçün kapitan Sietla enişdə geçikmənin olacağı ilə bağlı məlumat yayır. Ümumiyyətlə, sərnişinlər Kuper tərəfindən əsir götürüldüklərini sadəcə məcburu enişdən sonra öyrənə bilirlər. Kuper sakitliyini saxlayırdı və özünü tamamilə adekvat aparırdı. O, bildirir ki, yerdən tələblərinin yerinə yetirilməsi təsdiq edilməyincə, təyyarənin enişinə icazə verməyəcək. Və yalnız 16:39-da ona deyiblər ki, şərt qəbul olunub və pul hazırdı, təyyarəni qaçıran şəxs Sietl-Takoma hava limanında enməyə icazə verir.

Hava limanına çatmağa az qalmış, Kuper ikinci burbonu sifariş verib və pulun qalığının stüardessada qalmasını təkid edib. Northwest Airlines aviaşirkətinin prezidenti Donald Nyrop Federal Təhqiqat Bürosuun əməkdaşları ilə birlikdə tələb olunan pulu hazırlayır. FTB agentləri əskinasları nişanlamışdılar, bundan əlavə əskinasların hamısı 1969-ci ildə San-Fransiskoda çap edilmiş, yalnız L seriyalı əskinasları idi və hər birinin şəkilləri çəkilmişdi.

Tələblərin yerinə yetirilməsinin ardından Təyyarə 17:45-də ietl-Takoma hava limanına məcburi eniş gerçəkləşdirir. Kuper hava limanına yerləşdirilə biləcək snayperlərdən yayınmaq üçün təyyarənin hava limanın ən uzaq sektoruna sürülməsi göstərişini verir.

17:45 təyyarə yerə enib. Kuper tələb edib ki, pilotlar təyyarəni aeroportun ən uzaq sektoruna sürsünlər və kabinədə işıqları söndürsünlər. Şərtlərə əsasən pul və 2 dəst paraşütü bir nəfər təyyarənin quyruq hissəsinə gətirməli idi. Northwest Orient's hava yollarının Sietl üzrə meneceri Al Le mülki geyimdə əlində pul bağlaması və iki ədəd paraşütlə təyyarəyə yaxınlaşır. Təhvil prosesinin ardından Kuper təyyarədə olan sərnişinlərin hamısını azad edir. Buraxılanlar arasında stüardessa Şeffner də vardı. Kuper növbəti səfərini gercəkləşdirə bilmək üçün kapitan Uilyam Skott, ikinci pilot, bort mühəndisi Anderson Pataçak və ikinci stüardessa Tina Makloyu təyyarədə saxlayır.

Təyyarəyə yanaçaq doldurulan zaman Kuper təyyarənin yeni uçuş istiqaməti barədə kabinə məlumat verir. Təyyarə cənub-şərq kursu ilə Mexiko şəhəri istiqamətində uçmalı, hündürlük 2.000 metr olmaqla sürət 190 km saat sürətdə saxlanılmalı idi. Təyyarədən tullana bilmək üçün Kuper təyyarə qanadlarının 15 dərəcə aşağı salınması barədə də göstəriş vermişdir. Verilən göstərişlərə əməl edən kabin bütün bunların təyyarədən rahat tulana bilmək üçün edilən təlimatlar olduğunu anlamışdı. Kuper onunla təklikdə görüşmək istəyən Aviasiya Federal idarəsinin nümayəndəsinin təklifini rədd edir. Mexiko şəhərinin uzaqda yerləşməsi və təyyarə yanacağının bu səfər üçün kifayət etməyəci barədə ikinci pilot Anderson Pataçak Kuperə məlumat verir. Kabin Kuperi Nevada ştatının Reno şəhərində yerləşən hava limanına enib yanacaq ehtiyatı götürməyə razı sala bilir və beləliklə təyyarə ikinci dəfə havaya qalxır.

Təyyarə havaya qalxandan dərhal sonra güclü qasırğa zonasına düşür və görünüş məsafəsi azalır. Nevada istiqamətində hərəkət edən təyyarədə 20:13-də kapitanın qarşısında olan indikatorda salon qapılarından birinin açılma cəhdi xəbəri verilir. Dərhal təyyarədə olan hava təziqi dəyişməyə başlayır. Bu, o demək idi ki, Kuper artıq təyyarədən tullanmışdı. Kuperin tullanan zaman təyyarənin Mervin gölü və Lyuis çayı üzərindən uçduğu sonradan dəqiqləşdirilib. Təyyarə isə Reno şəhərində eniş etdi. ABŞ Hərbi Hava Qüvvələrinin pilotları terrorçunun təyyarəni necə tərk etdiyini hiss etməyiblər. Beləliklə, təyyarəni qaçıran şəxs demək olar ki, elə həmin mindiyi yerdə, Portlendin 50 kilometrliyində də yerə enib.

Boinq Reno şəhərində 22:15-də yerə endi. FTB və yerli polis təyyarəni əhatəyə alırlar, amma hamıya təyyarədə şübhəlinin olmadığı aydın idi. Arxa ayaqaltı salınmış, salon isə boş idi: Oradan İki dəst paraşütdən yalnız biri, siqaret kötükləri, qalstuk tapıldı. Paraşütün ipləri kəsilmişdi, görünür terrorçu bu iplərlə pul kisəsini özünə bağlamışdı. Təyyarənin salonunda bütün barmaq izlərini götürdülər. Bu uğursuz reyslə uçan sərnişinlərin və heyət üzvlərinin barmaq izlərini çıxdıqdan sonra, sahibi bilinməyən 66 iz nümunəsi qalır.Şahidlərin köməyi ilə terroristin fotorobotunu da hazırlandı. Lakin, heç vaxt bu terroristi tutmaq mümkün olmadı.

Dostlarınızla paylaşın

219 nəfər bəyənib.
Şərhlər: 4
  1. ÊLfidÂ
    Çox maraqlı bir hadisədi. Qeyri adi hadisələri oxumağı sevirəm) Məncə insan gücündən kənar bişey deyil. Sadəcə çox yaxşı öyrədilmiş biri idi. Az olsada var o tip profesyonal insanlar)
    1. Nuray
      Aha mende:)
  2. Men_Bir_Melek
    "Çantamda bomba var.menim eger telebelerim yerine yetirilmese ondan isdifade edecem. Men isdeyirem ki,yanımda oturasınız.Sizin teyyare qaçırılıb."
  3. weher uwagi
    Axira kimi oxudum, maraqii hadise idi. Bu cur qeyri-adi insanlar Yer kuresine her deqiqe gele bilmez. Ancaq bu adam daha cox yadplanetliye benzeyir, bele bir addim ve sonda birdefelik iz itirmek fovqeltebii bir hadisedir, yani ki, insan gucunden kenar bir weydi. Paylawdiginiz ucun tewekkur eliyirem.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.