reklam
Qarışıq statuslar. Qarışıq statuslar. https://loading.az/uploads/posts/2021-05/thumbs/1619960500_loading.az_img_20210419_000826_813.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Statuslar 2-05-2021, 18:30

Qarışıq statuslar.

Qarışıq statuslar.
İnsanlara lazım olduğundan artıq dəyər verməklə səhv edirik.


Bir qadın yalnız xoşbəxtlikdən ağlamalıdır.


Həyatında yağışda birlikdə islandığının olması gözəldir.


Ölüm nədir? Dönüşü olmayan tətil. Eşq nədir? Gəncliyi öldürən qatil.


Torpağın dostlara ehtiyacı var, gəlin onunla dost olaq!


İnsanlar korlandı, insanları korladıq, biz pozduq, tarazlığı korladıq, təbiəti korladıq, hər şeyi korladıq.


Təbiət insanların verdiyi vədlərə əhəmiyyət vermir.


Bütün sənətlər təbiətin təqlididir.


Təbiətə qarşı edilən cinayətin cəzası insan ədalətindən daha çətin olur.


Çirkli mühit insanın ruhunu, çirkli ruhlar ətraf mühiti çirkləndirir.


Hamımızın bir anası var: torpaq.


Heç kim heç kimə kölə ola bilməz, ancaq torpaq yaşamaq üçün yağışın köləsi olmağa məcburdur.


Təbiətdəki varlığın səbəbi hər şeyin sudan gəlib torpağa qayıtmasıdır. Yaradılışın başlanğıcı su, sonu torpaqdır.


Vətənin qəlbi meşələrin dərinliyində gizlənir, meşəsiz millət ölmüş millətdir.


Mükəmməl olmaya bilərəm, ən azından saxta deyiləm.


Bəzilərinə heyvan demək onları ucaldır. Heyvan olmaq üçün məsum olmalısan.


Xoşbəxtliyimiz kimi incidirsə, ona səslənirəm: döz, hələ yeni başlamışıq.


Birinin ən böyük xəyalı zənginlikdir, birininsə ən böyük xəyalı onun zənginliyidir.


Səni ulduzlara bənzədirəm. Onlar qədər parlaq və gözəlsən. Onlar milyardlarladır, sən isə təksən.


Səni sevirəm, çünki əlini ürəyimdə hiss etdiyim zaman üzüntülərimi alıb onların yerinə istilik qoyursan.
Cahillərin qəlbi dodaqlarında, alimlərin dodaqları qəlbindədir.


Allah dinini düzəldən insanın dünyasını da düzəldər.


Din Tanrı və insanlara qarşı duyulan məhəbbətdən başqa bir şey deyil.


Din ucbatından geri düşmədik, geri düşdüyümüz üçün dindən ayrıldıq.


Hər evin qapısı var. Qəbrinki ayaq tərəfindədir.


Təsəvvüf haqqın səni səndən öldürməsi və səni özüylə diriltməsidir.


Hər insanın iki rəsulu var: zahir və batin. Zahir dildir, batinsə könül. Dil Məhəmmədə, könül Cəbrayıla bənzəyir. (Hacı Bektaş Veli)



Bilmədiklərimi ayaqlarımın altına qoya bilsəydim başım göylərə çatardı.


Təbiət necə işləyəcəyi barədə sizə nəsə danışmaz. Sizin bəyəndiyiniz və bəyənmədiyiniz şeylər üçün şəxsi istəkləriniz onun problemi deyil.


Təbiətin təəccüblü şəkildə sıraladığı bu yaşıl ağaclara baxın! Ah! Təbiət, təbiət! İnsan əli heç vaxt onunla rəqabət apara bilməz!


Bir millətin həqiqi sərvəti meşə örtüyü ilə ölçülə bilər.


Dünya hər kəsin ehtiyacları üçün kifayətdir, amma hamının ehtiraslarını təmin etmək üçün kifayət deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 386 313 326 311 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.