ONLAYN: 13

Qonaq: 354 Cəmi: 370
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,2 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 59 deq.
2) beybala_beybala - 59 deq.
3) ice - 30 deq.
4) Abbas - 20 deq.
5) NigarAxundova2006 - 15 deq.
6) Nigar - 14 deq.
7) Gülüşüm💕 - 8 deq.
8) Miracle - 8 deq.
9) Nuray - 8 deq.
10) Adnur - 5 deq.
Kelamlar.
İslam Dini Yüklə
Kelamlar.
Bizi mərhəmət və izzət iqliminə apar və əbədi nemətlərlə mükafatlandır... Səni həsrətlə gözləyən qullarını başsız buraxma! Hidayət və istiqamətdən ayırma, Allahım.

Allahım! İstəkləri sənə yönəltməyin yolunu açıq görürəm. Sənə doğru axan ümid bulaqlarını coşğun görürəm. Sənə ümid bəsləyənin sənin lütfündən yardım istəməsi asandır. Səni çağıranların üzünə dua qapıları açıqdır. Sənin həqiqətən ümid edənlərə kömək olduğunu bilirəm. Sənə doğru hərəkət edənlərin məsafəsi yaxındır.

Ağlın başına gələndə peşman olacağın işi əsla görmə.

Unutma, bir sirr kimi sevirsənsə, muradına çatarsan, çünki toxum torpaqda gizlənəndə cücərir.

Sevgi məhkəməyə bənzəyir, əzab çəkməksə şahidə. Şahidin yoxdursa, məhkəmədə qalib gələ bilmərsən.

Sən çiçək olub ətrafa gözəllik bəşx etsən, torpaq olub səni başının üstündə saxlayan tapılar.

İnsan, əslində, gözdən ibarətdir, geridə qalan cəsəddir. Göz yalnız əsl dostu görür.
Eşq o qədər nəhəng bir dənizdir ki, nə başlanğıcı, nə də sonu var.

Sevgi ağrısı daşımayan ürək ya dəliyə aiddir, ya da ölüyə.
Minarədən düşənin parçaları tapılar, könüldən düşənin isə parçası da tapılmaz.

Duzlu su da, şirin su da təmizdir. Əsla görünüşə aldanma. Görünüşcə hər kəs insandır, amma əsl insan hal əhli olandır.

Könül almağı bilməyənə ürək əmanət edilməz.
Qəlb hiss etmirsə, qulaq eşidib neyləsin? Ürək istəmirsə, əl toxunub neyləsin?

Axtardığın səni axtarandır.

Dərdsiz dua soyuqdur. Narahat olduqda edilən dua ürəkdən gəlir.

Yaxşıları axtar, həqiqəti axtar, gözəlləri axtar, lakin günah axtarma.
Səhvi özündə axtaran doğrunu ürəyində tapar.

Gərək yoxdur hər şeyi sözlə bəyana. Bir baxış min söz edər anlayana.

Ağıl quzu, nəfis qurd, imansa çobandır. İnam güclü deyilsə, nəfis ağlı yeyir.

Birisini tanımırsansa, kimi və nəyi axtardığına bax. Başa düşəcəksən.

Bağlı qapı yoxdur, səhv açar var.

Çay suyunu tamamilə içmək mümkün deyil, susuzluğunuzu yatıracaq qədər içməmək də olmur.

Önəmli olan səni tamamlayacaq ruhu tapmaqdır. Hər peyğəmbərin verdiyi öyüt eynidir: "Sənə ayna olacaq insanı tap".

Hər şeyi itirdim, amma özümü tapdım.

Anlaşılmaq kimi bir problemimiz var idi. O zamana qədər ki, özümüzü anlada bilmədiyimizi başa düşdük. O zaman susmaq bizim dostumuza çevrildi.

Günah etdiyin zaman dərhal tövbə et. İnsan suya düşdüyü üçün deyil, sudan çıxa bilmədiyi üçün boğuluR.
Aşiqlərin ürək yanğıları ilə göz yaşları olmasaydı, dünyada nə su, nə də alov olardı.

Buraxacağın əli tutma, tutacağın əli buraxma. Saxta sevgilərə gül olmaqdansa, həqiqi sevgilərə tikan ol.

Dostlarınızla paylaşın

108 nəfər bəyənib.
Şərhlər: 2
  1. Adnur xanım
    1-ci kəlamı çox bəyəndim Sağ olun
  2. ÊLfidÂ
    Günah etdiyin zaman dərhal tövbə et.
    -Və bir daha yolunu o günahdan salma..

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.