reklam
Şahin İlqar Limana Döndü Şahin İlqar Limana Döndü https://loading.az/uploads/posts/2021-04/1619803916_loading.az_bd06b922e3e687c1239bc3b459e6ec25.jpg
Gulusum

Gulusum Şeirlər 30-04-2021, 21:31

Şahin İlqar Limana Döndü

Şahin İlqar Limana Döndü
Bir ümid istədim göz yaşı verdin,
Axdı gözlərimdən ümmana döndü.
Düşdüm izlərinə yollar boyunca,
Hər arzu, hər ümid gümana döndü!

Qovuşa bilmədim ilk baharıma,
Daha xatirən də gəlməz karıma,
Günəş doğmadı ki, sabahlarıma,
Sənsiz küsdü məndən, yamana döndü!

Bizsiz də yanacaq ürəklərimiz,
Çoxalar dərdimiz, artar sərimiz,
Bir zaman bizim düz bildiklərimiz,
Səndən sonra niyə yalana döndü?!

Əllərim çatmadı səadətimə,
Tuta bilmədim ki, dumana döndü.
Dalğalar güc gəldi məhəbbətimə,
Sevgim yarıyoldan limana döndü!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 326 319 308 247 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.