ONLAYN: 27

Qonaq: 477 Cəmi: 507
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 4 saat 13 deq.
2) ice - 4 saat 4 deq.
3) heyatimin - 3 saat 51 deq.
4) beybala_beybala - 3 saat 18 deq.
5) Adnur - 2 saat 43 deq.
6) _Gйпеl_ - 2 saat 22 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 58 deq.
9) Xaliq - 1 saat 15 deq.
10) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
Çaydanlarımızı ərpdən təmizləyək
Qadın Dünyası Yüklə
Çaydanlarımızı ərpdən təmizləyək
Keyfiyyətindən asılı olmayaraq çaydanda uzun müddət su qaynadanda ərp əmələ gəlir. Kalsium, yaxud maqnium karbonatlardan ibarət ərp həm suyun qaynamasını ləngidir, həm də ona xoşagəlməz dad verir. Ərpdən bir neçə asan üsulla can qurtarmaq olar.

Adi çaydanın (elektrik olmayan) içinə kartof, limon, armud, yaxud da alma qabıqları tökün. Üstünə su alıb qaynadın. Sonra çaydanın içini adi süngərlə təmizləyin.

Elektrik çaynikinin içinə 1 litr koka-kola töküb qaynadın. Sonra süngər çəkən kimi ərp təmizlənəcək.

Bi qədər təhlükəli, amma güclü üsul: çaydanın içinə 1,5 l su, sonra 100 ml sirkə esensiyası töküb saxlayın. Çalışın, bu zaman esensiyanın buxarını udmayasınız, zəhərlənə bilərsiniz. Esensiyanın gözünüzə və dərinizə düşməsinə də imkan verməyin. Sonra çaydanı çoxlu suyla yaxalayın.

Həmçinin 1:6 nisbətində sirkə esensiyası ilə suyu qarışdırıb çaydana tökə, onu 60-70 dərəcə C-dək qızdıra və belə temperaturda çaydanı 20-30 dəqiqə saxlaya bilərsiniz. Bundan sonra çaydanı tərtəmiz yaxalamaq lazımdır.

Çaydanda suyu qaynadın, 2 x.q. limon turşusu əlavə edin. Qarışdırın. Bu zaman çaydanın içində qatı reaksiya gedəcək, fışıltı ilə qaz ayrılacaq. 10 dəqiqə saxlayın. Bu müddətdə ərp əriməlidir. Əgər yenə də qalıbsa, proseduru təkrarlayın.

Həftədə bir dəfə çaydanın içinə soyuq su tökün, 1-2 paket limon turşusu əlavə edib qaynadın. Bir qədər saxlayın. Sonra suyu süzün, çaydanı yaxalayın, içində yenə su (qarışıqsız) qaynadıb, onu da süzün.

Askorbin turşusunun tozu da ərpi yox etməyə kömək edir. Bunun üçün 1 l suya 1 x.q. askorbin turşusunun tozunu tökün. Suyu 15-20 dəqiqə qaynadın. Suyu süzüb, çaydanı yuyun.

Əgər çaydandakı ərp çox qalındırsa, o zaman içinə su doldurun, 1 x.q. qida sodası əlavə edin, qaynara düşəndən sonra 30 dəqiqə də qaynadın. Sonra suyu süzün, çaydanın içinə yenə su tökün, 1 x.q. limon turşusu əlavə edin və 30 dəqiqə qaynadın. Bu suyu da süzün, çaydana su doldurun, yarım stəkan sirkə töküb 30 dəqiqə qaynadın. Bundan sonra ərp yumşaq olacaq və asanlıqla təmizlənəcək.

Samovarda ərp əmələ gəlibsə, onun içinə su doldurun, 1 fincan qliserin töküb qaynadın. Sonra suyu boşaldıb samovarı yuyun. Ərp asanlıqla təmizlənəcək.

Samovardakı ərpi başqa üsulla da təmizləmək olar. Samovardakı su qaynayanda içinə 1-2 ovuc şəkər tozu tökün. Əgər ərp çoxdursa, bu proseduru 2-3 dəfə təkrarlayın. Bundan sonra samovar tərtəmiz olacaq.

Ərp həmçinin əlüzyuyanın, vannanın, unitazın da üstündə əmələ gəlir. Əgər ərpi və pası onlar üçün nəzərdə tutulmuş xüsusi vasitələrlə çıxara bilmirsinizsə, o zaman belə bir qarışıq hazırlayın: bərabər ölçüdə süfrə sirkəsi ilə hər hansı bir xlorlu ağardıcını qarışdırın (buraya 1 ç.q. duz da əlavə edə bilərsiniz). Sonra bu qarışığı ərpli və paslı yerin üzərinə çəkin. İki saat saxlayandan sonra yuyun. Amma diqqətli olun: bu qarışıq zəhərlidir. Prosedur zamanı evdə uşaqların olmaması məsləhətdir. Həmçinin qarışıq ərp və pası «yeyərkən» özünüz də həmin məkandan uzaqlaşsanız, qapı-pəncərəni açıq qoyub otağı havalandırsanız, əla olar.

Televizorda ustanın avtomat paltaryuyan maşının üstü ərp bağlamış spiralını necə doğradığını, yəqin, görmüsünüz. Dəhşətli mənzərədir, deyilmi? Tanınmış ərpə qarşı vasitələrdən istifadədən əlavə, yarım ildə bir dəfə təmizləyici prosedur aparmaq olar. Bunun üçün boş paltaryuyan maşına 1 şüşə süfrə sirkəsi tökün. Maksimal temperatur rejiminə qoyub qoşun, maşına yuma dövrünü tam başa vurmağa imkan verin. Bu zaman sirkə ərpi yox edəcək, eyni zamanda maşının nə rezin, nə də dəmir hissələrinə zərər yetirməyəcək

Dostlarınızla paylaşın

128 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.