ONLAYN: 27

Qonaq: 482 Cəmi: 512
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 4 saat 13 deq.
2) ice - 4 saat 4 deq.
3) heyatimin - 3 saat 52 deq.
4) beybala_beybala - 3 saat 18 deq.
5) Adnur - 2 saat 46 deq.
6) _Gйпеl_ - 2 saat 23 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 58 deq.
9) Xaliq - 1 saat 15 deq.
10) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsulları
Sağlamlıq Yüklə
Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsulları
Uşaqlarda bədən temperaturunu 37,5 və daha yüksək rəqəmlərə qədər artması onun xəstələndiyini göstərir. “Bədən temperaturunun yüksək olması xəstəliyin törədicisindən, orqanizmin müqavimətindən və xəstənin yaşından asılıdır. Çünki temperatur orqanizmin infeksiyaya qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır. Mövsümi xəstəliklər, məsələn, virus xəstəlikləri və həyat üçün daha təhlükəli xəstəliklər bədən temperaturunun yüksəlməsi ilə yanaşı gedir. Lakin temperaturun yüksəkliyi heç də həmişə xəstəliyin ağır və təhlükəli olmasını göstərmir.

Bir yaşından beş yaşına kimi uşaqlarda angina, soyuqdəymə, kəskin virus infeksiyaları: qrip və s. kimi adi xəstəliklər zamanı və daha ciddi xəstəliklərdə temperatur 40 dərəcəyə kimi, bəzən daha yüksək ola bilər. Adətən uşaqda temperatur bir az yüksələn kimi valideynlər onu aşağı salmağa çalışırlar, halbuki yüksək temperatur zamanı xəstənin qanında əmələ gələn interferon viruslara öldürücü təsir göstərir. Ona görə də xəstəlik zamanı temperaturu salmağa tələsmək düzgün deyil. Yalnız temperatur 38,5 və daha yüksək olanda onu aşağı salmaq məsləhətdir. Uşaqda nə vaxtsa, bir dəfə olsa da, yüksək temperatur zamanı qıcolma tutması baş veribsə, ona ciddi nəzarət etmək və 37,5-dən yüksək olmasının qarşısını almaq lazımdır.

Qızdırma ilə mübarizə üsulları onun növündən asılıdır. Üşütmə olması, dərinin solğunluğu, əl və ayağın soyuqluğu ağ hipermiya və ya ağ qızdırma adlanır. Belə halda uşağı yatağa uzatmaq, üstünü yorğan və ya odeyalla örtmək, ayaqlarına isti corab, əllərinə əlcək geyindirmək, soyuq olan ətraflarını açıq qırmızı rəng alınana qədər intensiv şəkildə ovxalamaq, limon və ya moruqla isti çay, itburnu dəmləməsi və s. vermək lazımdır. Həmin dövrdə bədəni nəm əski ilə sürtmək və soyuq islatmalar qoymaq olmaz.

İstiləşmə zamanı dəri qırmızı və ya açıq qırmızı rəngdə olursa, ayaq pəncələri və əllərin istiliyi varsa, buna qırmızı hipermiya və ya qırmızı qızdırma deyirlər. Bu zaman uşağı yüngül geyindirmək, yataqda uzanarkən üstünü nazik odeyal və ya mələfə ilə örtmək, yel çəkməmək şərtilə otağın pəncərəsini və ya nəfəsliyini açmaq, havanın kifayət qədər nəmliliyini təmin etmək üçün döşəməni tez-tez silmək və ya otağa nəmləndirici qoymaq lazımdır. Xəstə uşağa daha çox sərin maye - su, kompot, limonlu çay, itburnu dəmləməsi içirmək məsləhətdir.

Tez-tez sidik ifrazı temperaturun enməsinə səbəb olur. Temperatur zamanı iştahanın olması çətin məsələdir, lakin uşağı zorla yedizdirmək də məsləhət görülmür. Xəstə uşağa kifayət qədər maye içirilməsi intoksikasiyanın, yəni halsızlıq və başağrısının aradan qaldırılması üçün vacibdir. Kiçik yaşlı uşaqlarda temperaturu aşağı salmaq üçün fiziki üsullardan – sərin su ilə imalə, islatma, bədəni nəm dəsmalla sürtmə və s. kimi üsullardan istifadə etmək olar.

Dostlarınızla paylaşın

121 nəfər bəyənib.
Şərhlər: 1
  1. XAMLİYON__GÖZƏL
    Bunları bildiyimiz çox gözəl oldu çox sağolun

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.