reklam
Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir http://loading.az/uploads/posts/2017-03/1489254585_523771.jpg
amon

amon Xəbərlər / Azərbaycan 11-03-2017, 21:49

Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir

Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir
Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir 
Bolqarıstan Ticarət Palatasının sədr müavini və baş katibi Marqarita Popovadan Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Loading.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əziz və hörmətli xanım Mehriban Əliyeva.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunaraq xalqınız qarşısında üzərinizə götürdüyünüz böyük məsuliyyətlə bağlı səmimi təbriklərimi qəbul edin.
Bu yüksək vəzifə Sizə ölkənizə faydalı olmaq, xalqınız tərəfindən sevilmək, siyasi, mədəni və sosial sahələrdə genişmiqyaslı işlər görmək üçün güc, enerji və ilham verəcək.
Mən insanlar arasında sülh və anlaşma, mədəniyyətlərarası dialoqun inkişafı, gənclər arasında möhkəm ünsiyyət, ölkələrimizin sıx iqtisadi əlaqələri naminə birgə işləməyi davam etdirməkdən məmnunluq duyacağam.
Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Sizinlə görüşmək imkanı yaradacaq yeni tədbiri səbirsizliklə gözləyirəm".
X X X
Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli xanım Birinci vitse-prezident.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə Sizi Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Demokratik yolla keçirilmiş referendumda Konstitusiyaya qəbul olunmuş dəyişikliyə əsasən Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi və Sizin bu vəzifəyə təyin olunmağınız xəbəri məndə dərin məmnunluq hissi yaratdı. Siz indiyədək xalqınıza xidmət sahəsində böyük işlər görmüsünüz və əminik ki, yeni yüksək dövləti vəzifədə daha çox iş görəcəksiniz.
Sizi səmimi qəlbdən təbrik edir və salamlayıram".
X X X
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.
Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli Birinci vitse-prezident.
İcazə verin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edim.
Son vaxtlar Macarıstanda gördüyünüz əvəzolunmaz işlərə görə biz Sizə çox minnətdarıq. Sizin yüksək səyləriniz sayəsində kor körpələr üçün Laslo Batyani adına Roman Katolik Baxım Evində görmə qabiliyyəti zəif olan uşaqların gündəlik həyatı asanlaşmışdır. Mən çox məmnunam ki, bizim görüşmək və şəxsən bir-birimizlə tanış olmaq imkanımız olub. Əminəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini dəstəkləməyə davam edəcəksiniz.
İcazə verin, məsul dövləti vəzifənizdə Sizə ürəkdən uğurlar, daha səmərəli fəaliyyət və möhkəm cansağlığı arzulayım. Mən qəti əminəm ki, mart ayında Bakıya səfərim zamanı Sizə səmimi təbriklərimi şəxsən çatdıra biləcəyəm".
X X X
İndoneziyanın vitse-prezidenti M.Yusuf Kalla Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin yeni vəzifəyə təyin edilməyiniz İndoneziya və Azərbaycan arasında mövcud dostluq münasibətlərinin hər iki xalqın rifahı üçün daha da genişlənəcəyi və möhkəmlənəcəyi işinə töhfələr verəcək.
Sizə yüksək dövləti vəzifədə uğurlar diləyirəm. Xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edəsiniz". (Milli.Az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 328 316 332 339 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.