ONLAYN: 13

Qonaq: 357 Cəmi: 373
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,2 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 59 deq.
2) beybala_beybala - 59 deq.
3) ice - 30 deq.
4) Abbas - 20 deq.
5) Nigar - 14 deq.
6) NigarAxundova2006 - 11 deq.
7) Gülüşüm💕 - 8 deq.
8) Miracle - 8 deq.
9) Nuray - 8 deq.
10) Adnur - 5 deq.
Təhtəlşüur və ya digər bilinən adıyla şüuraltı nədir?
Maraqlı Yüklə
Təhtəlşüur və ya digər bilinən adıyla şüuraltı nədir?
Şüuraltı fərqində olmadan beynimizin şüursuzca işləyən, bədənimizdəki əzələləri idarə edən, bütün duyğu orqanlarımız tərəfindən hiss edilən hər şeyi, sanki kompüterin bir proqramı kimi yaddaşda saxlayan və lazım olduqda istifadə etmək üçün şüura ötürən bir hissəsidir. Şüuraltı, yatarkən də işləyən bənzərsiz bir sistemdir. Şüuraltının əsas məqsədi bədəni izləmək, qorumaq, yaşatmaq və davamlı olaraq işləməsini təmin etməkdir. Qısa və aydın tərifi ilə şüuraltı bütün proqramın (insanın etdiyi hərəkətlər və onların məqsədi) yazıldığı ən böyük sahədir. Şüuraltımız şüurumuzun inandığı və həqiqət kimi qəbul etdiyi bütün əmrləri yerinə yetirir. Reflekslər, sinir sistemi, cəsarət, ehtiras, səbir, sevgi, özünə inam kimi bütün duyğuların hamısı şüuraltı tərəfindən idarə olunur.
Şüuraltı ana bətnindən formalaşmağa başlayı. Şüurlu ağıl aktiv olmadıqda, uşaqlıq dövrünə qədər meydana gələn reflekslər insanın inancına çevrilir.
Şüuraltı bütün məlumatları saxlayır. Bu məlumatlarla insan şəxsiyyəti və davranışları formalaşır. Şüuraltının məqsədi onu canlı və təhlükəsiz saxlamaqdır. Bunu refleks hərəkətləri və avtomatik davranışla təmin edir. Uşaqkən əlini sobada yandıran uşaq ömrü boyu sobadan uzaq durur. Uşaq vaxtı boğulmaq təhlükəsi ilə üzləşən biri, su qorxusundan üzməyi öyrənə bilmir. Necə ki, dişimizin bir neçə müddət ağramasına baxmayaraq, diş həkiminə getdiyimizdə ağrının anidən kəsilməsi kimi. Çünki şüuraltımız həkimin bizə iynə vurub, o dişi çıxaracağını düşünüb, bizi o acıdan qorumaq üçün, diş ağrısını kəsir. Bütün bunlar ətraf mühitin stimulları və refleksləri vasitəsilə öyrənilir.

İnsanın ümumi davranışı içərisində şüur 5%, şüuraltı isə 95%dir. Əslində, bütün insanlar avtopilot kimidir. Düşünmədən etdiyimiz hər şey şüuraltı tərəfindən edilir. Yemək bişirmək, təyyarə idarə etmək, düşünmədən bir yerdən başqa yerə gəzərək getmək, maşın sürmək kimi. Düşünmədən etdiyiniz hər anın şüuraltının aktiv olduğunu bilin. Şüuraltı 7/24 aktivdir, yuxarıda çəkdiyim misal isə şüuraltının aktiv olduğunu dərk etmədiyiniz üçün idi. Düşünərək etdiyiniz hər şey şüurun əlamətidir. Şüurdan bir əmr olmadığı müddətcə şüuraltı bütün davranışlarımızı idarə edir. Şüuraltımız çox tez işləyir. Çünki sinir sistemi ilə işləyir. Ümumiyyətlə, bütün duyğularımız, vərdişlərimiz və yaşadığımız hər cür emosional təcrübə şüuraltı vasitəsilə yaddaşda saxlanılır.
Dahilər daha çox şüuraltıdan istifadə edirlər. Şüuraltı ən yaxşı yuxuda işləyir. Bütün dahilərin ən az 12 saat yatdığını desələr də bu doğru deyildir. Yuxunu istədiyimiz kimi idarə edərək də şüuraltını gücləndirə bilərik. Yuxu zamanı şüuraltı nə qədər çox işləyirsə, təsəvvür və vizuallaşdırma qabiliyyəti bir o qədər artır. Şüuraltınızla şüurunuzu gücləndirə bilərsiniz. Bir yerdə çətinlik çəksəniz, şüuraltı sizin yardımınıza gələr və sizə müvəffəqiyyət belə qazandırar. Xüsusilə idman yarışlarında və digər zamanlar məqsədə çatmaq üçün şüuraltını aktivləşdirərək böyük bir performans əldə edə bilərik.

Sigmund Freud-un dediyi kimi: "Şüur okeanda üzən aysberqin görünən hissəsidir, şüuraltı isə görünməyən".

Dostlarınızla paylaşın

179 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.