reklam
Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb https://loading.az/uploads/posts/2021-04/thumbs/1618586391_loading.az_c39ec608-8b0a-4b42-9ab8-3b33651cf585_850.jpg
amon

amon Xəbərlər 16-04-2021, 19:19

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Loading. Az-a verilən məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 138 177 156 172 127

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.