ONLAYN: 18

Qonaq: 642 Cəmi: 663
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,8 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 39 deq.
2) Nuray - 55 deq.
3) Nigar - 44 deq.
4) ice - 43 deq.
5) Hökm - 42 deq.
6) XAMLİYON__GÖZƏL - 35 deq.
7) Gülüşüm💕 - 30 deq.
8) Abbas - 28 deq.
9) beybala_beybala - 26 deq.
10) Miracle - 23 deq.
Ramazanda sərt karantin olacaq?
Xəbərlər Yüklə
Ramazanda sərt karantin olacaq?
Ramazan ayının başlamasına artıq sayılı günlər qalır. Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, son həftələrdə yoluxma sayının 3 minə yaxınlaşması və koronavirusdan vəfat edənlərin sayının artması narahatlıq doğurur. Bu da təbii ki, bəzi təbdirlərin alınmasını zəruri edir.

Ekspertlər deyirlər ki, əgər müəyyən qapanmalara gedilməzsə, insanların xüsusilə iftar süfrələrində toplaşmaları yoluxma sayını kəskin şəkildə artıra bilər.

loading.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu il də Ramazan ayı koronavirus təhlükəsinin hələ də davam etdiyi pandemiya şəraitində keçəcək. Gündəlik yoluxma sayı 3 minə yaxınlaşır, ölüm halları hər gün artır. Bu statistikanın Ramazanda daha da artacağı istisna edilmir.

Xüsusilə müqəddəs günlərdə dini ayinlərin kütləvi şəkildə icrasına marağın artması başadüşüləndir. Ramazan ayı da bu baxımdan insanların aktivliyi ilə seçilir. Ancaq mövcud vəziyyət insanlardan daha anlayışlı və məsuliyyətli davranmağı tələb edir. O cümlədən, bu müqəddəs ayda evlərdə və ya restoranlarda kütləvi iftar süfrələrinin açılmaması, insanların bir-birləri ilə fiziki ünsiyyətdən müvəqqəti də olsa, qaçmaları tövsiyə olunandır.

Hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının pikini yaşadığımız bir dövrdə Ramazanda qapanma olmazsa, yoluxmanın sürətlə artacağı riski var. Ona görə də belə bir risk altında müəyyən qapanmalara gedilməsi istisna olunmur. Çünki insanların sağlamlıqlarının qorunması və ölüm hallarının artmaması üçün ötən il Ramazan ayı dövründə tətbiq edilən qapanma öz effektiv nəticəsini göstərmişdi.

Dini ayinlərin icrası insanların sağlamlıqlarını və hətta həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Haci Şahin Həsənli deyir ki, insan sağlamlığı dinimizdə də çox önəmlidir. İnsanlar özlərinin və başqalarının sağlamlıqlarına təhlükə olacaq əməllərdən çəkinməlidirlər.

İlahiyyatçı deyir ki, kütləvi toplaşmalar olmasa da, dini ayinlər icra olunacaq və insanlar evlərində rahat şəkildə bu ayinlərə qoşula biləcəklər.

Ramazan ayının başlaması bir çox müsəlman ölkəsini də hərəkətə keçirib. Yoluxma sayının artması təhlükəsinə görə Türkiyədə kütləvi sahur və iftar süfrələri açmaq və ümumiyyətlə ölkə üzrə həftəiçi axşam saat 21:00-dan səhər saat 05:00-dək, həftə sonları isə gün ərzində küçəyə çıxmaq qadağan ediləcək. Üstəlik, təravih namazları məscidlərdə qılınmayacaq, kafe və restoranlar qapadılacaq. Səudiyyə Ərəbistanı da məscidlərdə sahur və iftar yeməkləri təşkilini ləğv etməyi düşünür. Misirin Səhiyyə Nazirliyi isə əhalidən Ramazanda ənənəvi ziyarətlərdən və bayramlaşmalardan çəkinməyi tələb edib.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı Ramazan ayında koronavirus infeksiyasının şiddətlənə biləcəyi ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq edib. Bildirilir ki, xüsusilə camaat halında qılınan namazlarda, iftar məclislərində insanların kütləvi toplaşması virusun yayılmasını kəskin şəkildə artıra bilər.

Dostlarınızla paylaşın

223 nəfər bəyənib.
Şərhlər: 3
  1. ÊLfidÂ
    Bitmiyorduu🤐
  2. Bratenlik
    Çox olsa yaxşıdı toylara göre))
  3. Elnare
    Hmm ozude bu karona nedirse muselmanlari xeberdarliq edirler ancaq.. neyse bir defelik bagliyin onsuzda canimiz yigilib bogaza

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.