ONLAYN: 26

Qonaq: 452 Cəmi: 481
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,8 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 3 saat 53 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 29 deq.
4) beybala_beybala - 2 saat 58 deq.
5) Adnur - 2 saat 26 deq.
6) _Gйпеl_ - 2 saat 21 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Karades_444 - 59 deq.
Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ
Ana və uşaq Yüklə
Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ
Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? Loading.az valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.

Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.



Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye - labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır.

Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər: "Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur".

Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.

Körpələri necə yatırtmaq lazımdır?

Yuxuya getmə üsulları hər körpədə fərqlidir. Xüsusən də uşağın qaz sancıları keçdikdən sonra ona yatma vərdişi aşılanmalıdır. Körpəni yatırtmağa çalışan zaman onun tox, altının təmiz, mühit istiliyinin və geyiminin uyğun olub-olmadığına nəzarət etmək lazımdır. Əgər bütün bu şərtlər təmin edilibsə və körpə yenə ağlayırsa, demək, körpənin ağlaması yatmaq ehtiyacından yaranıb.

Körpə hər axşam eyni saatlarda öncə qucaqda sakitləşdirilməlidir. Daha sonra zəif işıqda, öz yatağında uzadılmalıdır. Onun kürəyini sığallamaq, əlindən tutmaq olmaz. Bir az böyüdükdən sonra "yatmaq dostu" kimi bir oyuncaq yuxuya getməsini asanlaşdıra bilər. Lakin bu oyuncaq sadəcə yataqda verilməlidir.

Dostlarınızla paylaşın

176 nəfər bəyənib.
Şərhlər: 1
  1. Kənan Heydərov
    Diqqətli olun😁

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.