ONLAYN: 24

Qonaq: 565 Cəmi: 592
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,9 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) _Gйпеl_ - 20 deq.
2) Hökm - 12 deq.
3) JoKeR - 9 deq.
4) Abbas - 7 deq.
5) amon - 1 deq.
6) ÊLfid - 1 deq.
7) XAMLİYON__GÖZƏL - 1 deq.
"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq
Sağlamlıq Yüklə
"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq
Qaynar çay içmək həyat üçün təhlükəli fəsadlara yol açır.

LoaDinG.aZ bildirir ki, bu barədə Cumhuriyet yazır.

Bir neçə il ərzində 500 min insanı müşahidə edən mütəxəssislər belə qənaətə gəliblər ki, müntəzəm olaraq 65 dərəcədən isti çay içmək həzm yollarının xərçənginə səbəb olur.

Qastroenteroloq, professor Vedat Göral deyir ki, bu xərçəng xəstəliyi dünyada ölüm səbəblərindən altıncısıdır (digər mənbələrə görə - səkkizincidir).

"Bu, çox ciddi xəstəlikdir. Onun genetik əsası var, amma tətikləyici amillər də mövcuddur. Araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda çay və digər isti içkilər çox içildiyindən qida borusunun xərçənginə daha çox rastlanır", - professor deyib.
İnsan siqaret çəkdiyi və alkoqollu içki içdiyi zaman bu xəstəliyin inkişaf riski daha da artır.

"Əgər siqaret çəkən adam çoxlu miqdarda qaynar çay içirsə, xərçəngin inkişaf riski iki dəfə artır, alkoqol qəbul edirsə, risk beş qata yüksəlir", - Göral qeyd edib.

Əgər qaynar olduğundan stəkanı əlinizdə tuta bilmirsinizsə, o zaman həmin çayı içmək təhlükəlidir. Təzə dəmlənmiş çay sevənlər onu içmədən öncə gərək 3-4 dəqiqə soyumasını gözləsinlər. Mütəxəssis əlavə edir ki, gün ərzində 3-4 fincandan artıq çay içmək də yaxşı deyil.

Qaynar içkinin ardından soyuq maye qəbul etmək də professorun fikrincə, yanlışdır, çünki bu səbəbdən qida borusunda yaralar açılır və yenə də xərçəngə səbəb olur.

Ekspert deyir ki, bu xəstəliyin ən vacib əlaməti udqunmanın pozulmasıdır. Patologiyanı vaxtında aşkarlayıb müalicə etmək üçün həkimə müraciət edib, endoskopiya, biopsiya mərhələlərindən keçmək gərəkdir.

Dostlarınızla paylaşın

155 nəfər bəyənib.
Şərhlər: 3
  1. ÊLfidÂ
    Sayıda istiliyədə yazıldığı kimi içirik) 65 dərəcə içməkmi olar qaynar qaynar 🙄
  2. Mənim dünyam
    Təşəkkür. O qədər də çayı sevmirəm. Mənim ki, sudur❤❤
  3. Kənan Heydərov
    Məlumata görə təşəkkür😊

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.