ONLAYN: 27

Qonaq: 483 Cəmi: 513
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,8 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 3 saat 45 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 18 deq.
4) beybala_beybala - 2 saat 35 deq.
5) _Gйпеl_ - 2 saat 21 deq.
6) Adnur - 2 saat 15 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Xaliq - 54 deq.
Ermənilərin xalqımıza qarşı cinayətləri Kolumbiya mətbuatında
Xəbərlər Yüklə
Ermənilərin xalqımıza qarşı cinayətləri Kolumbiya mətbuatında
Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Canlı tarix” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən LoaDinG.az 'ın məlumatına görə, yazıda 1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildiyi, on minlərlə dinc azərbaycanlının etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilir.

1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada 16 mindən artıq insanın xüsusi amansızlıqla öldürüldüyü məlumat verilir, Quba ərazisində aşkar olunmuş kütləvi məzarlığın ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutu olduğu deyilir və Qafqazın o vaxtkı fövqəladə komissarı, erməni əsilli Stepan Şaumyanın qırğınlarda Bakı sovetinin 6 min nəfər və Daşnaksutyunun 4 min nəfər silahlı əsgərinin iştirakına dair etirafları xatırladılır.

Ümumilikdə 1918-ci il mart qırğınlarının radikal millətçi ermənilərin xalqımıza qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə motivləri əsasında, öncədən planlaşdırılmış, qəddarcasına həyata keçirilmiş siyasət olduğu, həmin hadisələrdən bir əsrdən çox vaxt keçməsinə rəğmən, bu siyasətin müasir dövrdə də davam etdirildiyi, xüsusən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun 30 ilə yaxın müddətdə Ermənistanın tərəfindən hərbi işğalda saxlandığı, bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yüz minlərlə soydaşımızın etnik təmizlənməyə məruz qoyulduğu bildirilir.

Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyi, ötən ilin 27 sentyabr tarixindən başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı raket hücumlarına əl atdığı, bu yolla da bir əsr öncəki mart qırğınının xatirələrini geri qaytardığı söylənilir.

Sonda Ermənistanın Azərbaycan xalqına qarşı bu günədək törətdiyi soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan siyasəti pislənilir, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanır və məruz qaldığı bütün amansız cinayətlərə baxmayaraq, Azərbaycanın sülh və barışıq tərəfdaşı olmaqda davam etdiyi qeyd olunur

Dostlarınızla paylaşın

129 nəfər bəyənib.
Şərhlər: 2
  1. ice berg
    Bunun bütün mətbuatlarda paylaşılması faydalıdır..ki,bəziləri bu vəhşiliyi görsələrdə hələdə susur..
  2. Kənan Heydərov
    Şərəfsizlər hər yola əl atırlar. Amma qalib bizik✌️

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.