ONLAYN: 25

Qonaq: 493 Cəmi: 521
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,2 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Deniz - 26 deq.
2) Abbas - 19 deq.
3) beybala_beybala - 18 deq.
4) Miracle - 2 deq.
5) _Gйпеl_ - 1 deq.
6) amon - 1 deq.
Böyük zəfərin başlanğıcından 5 il keçir
Azərbaycan Yüklə
Böyük zəfərin başlanğıcından 5 il keçir
Bu gün şanlı Aprel döyüşlərindən 5 il ötür.

LoaDinG.aZ`ın məlumatına əsasən, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.

Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

Bu, Azərbaycan Ordusunun tilsimi qırması, hərb meydanında Ermənistanı geri oturdan və əraziləri işğaldan azad edən uğurlu əməliyyatı idi.

Ermənistanın buvaxtadək mifik "Ohanyan müdafiə xətti" müzəffər ordumuz tərəfindən cəmi 20 dəqiqəyə yarılmışdı.

Azərbaycan Aprel müharibəsində ən müasir silahlardan da istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.

Azərbaycan ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi.

Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan təmizlənməsi Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1000-dən artıq döyüşçüsü yaralanıb.

Döyüşlərdən sonra bir sıra yolların – Goranboyun Gülüstan kəndi, Tərtərin Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə saxlanılması təmin edilib.

Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

Aprel döyüşləri Ermənistan üçün acı məğlubiyyət idi, məhz çətin və çıxılmaz duruma düşdüyünü görən Ermənistan hərbi-siyasi rəhbərliyi əməliyyatların dayandırılması üçün Moskvaya ağız açmışdılar.

Aprel döyüşlərindən sonra Ermənistan hərbi-siyasi rəhbərliyində dərin çatlar əmələ gəldi, istefa-istefaya calandı.

Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə Vətən müharibəsində yerdə qalan torpaqların işğaldan azad edilməsində həlledici paya sahibdir.

Dostlarınızla paylaşın

174 nəfər bəyənib.
Şərhlər: 1
  1. Kənan Heydərov
    Azərbaycanın güclü ordusu var. Və bununda nəticəsini gördük😍

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.