ONLAYN: 19

Qonaq: 563 Cəmi: 585
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,8 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 39 deq.
2) Nuray - 52 deq.
3) ice - 43 deq.
4) Hökm - 42 deq.
5) Nigar - 34 deq.
6) XAMLİYON__GÖZƏL - 33 deq.
7) Abbas - 26 deq.
8) beybala_beybala - 26 deq.
9) Miracle - 23 deq.
10) Gülüşüm💕 - 22 deq.
boş zərfin içində bir az təsəlli
Aforizm Yüklə
boş zərfin içində bir az təsəlli

♥♥♥
boş zərfin içində
bir az təsəlli
[Rasim Qaraca]
♥♥♥
...bilsək dünyaya gəlməzdik
analar aldatdı bizi
[Ramiz Rövşən]
♥♥♥
Söyləsəm təsiri yox, sussam könül razı deyil
[Füzuli]
♥♥♥
Yağış meydan sulayır, çöl soyuq
Otaq isti...
bəsdi...
dəlilik etmə...
Getmə...
[Elxan Zal]
♥♥♥
Kimi öldürüm ki, bu gecə vaxtı
Sabah ağlamağa bəhanəm olsun
[Aqşin]
♥♥♥
Sen getdikdən sonra tək qalacağam.
Yalnız qalmaqdan qorxmuram amma,
Birdən canım əllərini tutmaq istəsə...?
[Can Yücel]
♥♥♥
İki də bir əlini başına götürüb
Küləkdə dağılan tənhalığını düzəldirsən
[Cemal Süreyya]
♥♥♥
Yağır yaz yağışları.
Bax, necə də can atır boğazotu yuxarıya doğru
Bu unudulmuş cığırda !
[Matsuo Basyo]
♥♥♥
zaman bizə verdiyi
maaşları azaldıb
[Həmid Herisçi]
♥♥♥
insan onsuz da cəza çəkir
[Həmid Herisçi]
♥♥♥
Mən hansı bir meymuna
bənzədim ki insanı
meymun onun yanında toya getməli olsun
[Murad Köhnəqala]
♥♥♥
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən
[Əli Kərim]
♥♥♥
Öləndə hamımızı şlanqla yuyacaqlar
[Nərmin Kamal]
♥♥♥
məndə elə ürək hanı onun kimisini sevməyə…
[Sevinc Pərvanə]
♥♥♥
Bir səbəbi yox, sadəcə öpdüm
[kiçik İskender]
♥♥♥
Sən həmişə ordasan
haradaki mən yoxam
[Peter Turrini]
♥♥♥
Yuxuda dilindən qopan adların
biri də bənzəməz sənin adına…
[Ramiz Rövşən]
♥♥♥
Çinarları kəsirlər ki, göy üzünü qanatmasın
[Xaqani Hass]
♥♥♥
Sən yoxsan pişiklərin arasında, darıxıram
[Zahir Əzəmət]
♥♥♥
ağacların küçəyə doğru əyildiyi bu mənzərəni
gözlərimlə kopyalayıb
sənə göndərdim düşüncələrimdə
[Rasim Qaraca]
♥♥♥
sonra bütün kitabların ağzını mumla
[Murad Köhnəqala]
♥♥♥
Ayrılıq sevdaya daxil
[Atilla İlhan]
♥♥♥
Aldanma ki, şair sözü əlbəttə yalandır.
[Məhəmməd Füzuli]
♥♥♥
Sıxma ürəyimi, ürək cəhənnəm
Axı sən ordasan, sən sıxılarsan.
[Seyran Səxavət]
♥♥♥
onun gözləri maviydi- noolsun
mənim də çiyinlərim enliydi insafın olsun
[Rövşən Naziroğlu]
♥♥♥
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım tör-toküntüdü.
[Salam Sarvan]
♥♥♥
Sevgim daşa dəydi
Bəxtəvər daşın başına
[Qulu Ağsəs]
♥♥♥
Bir küçə var şəhərimdə,
sakit, qısa bir küçə...
Yetmiş addım o yana,
yetmiş addım bu yana.
Bir siqaret
o yana,
bir siqaret
bu yana.
[Vaqif Səmədoğlu]
♥♥♥
içimdə ən böyük mələklər ölür
ən gözəl qadınlar qocalır, şair
[Günel Mövlud]
♥♥♥
Neylək.
Bu dünyada şair olan kəs
Cəlladsız, edamsız keçinə bilməz.
Alın yazımızdır - əlimizdə şam
zarımaq, ulamaq hər səhər-axşam.
[Anna Axmatova]
♥♥♥
Dəmir barmaqlıqların
Doğram-doğram doğradığı
Azadlıq tərəfə baxıram
[Qənimət Zahid]

Dostlarınızla paylaşın

319 nəfər bəyənib.
Şərhlər: 5
  1. ÊLfidÂ
    Kimi öldürüm ki, bu gecə vaxtı
    Sabah ağlamağa bəhanəm olsun

    -Ölmək isdəyənləri:D manyak :D
  2. RÂYİHA
    Söyləsəm təsiri yox, sussam könül razı deyil
    [Füzuli]

    Bu cümlə diqqətimi, çəkdi. Təşəkkürlər paylaşımçün sözlərin çözəmədiyim fərqli bir havası var :D
    1. ice berg
      Bunu məndə sezdim:)
      1. RÂYİHA
        Bəziləri gülməli gəlir, sanki bir mənaya gəlmiriş kimi baxırsan, amma birşey gizli içərlərində :D
  3. ofelya_xs
    Öləndə hamımızı şlanqla yuyacaqlar😁


    Hamısı çox gözəl cümlələrdi sadəcə bu biraz gülməli gəldi nəsə çox bəyəndim paylaşım üçün teşekkür♥

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.