ONLAYN: 25

Qonaq: 476 Cəmi: 504
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,2 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Deniz - 26 deq.
2) beybala_beybala - 18 deq.
3) Abbas - 14 deq.
4) Miracle - 2 deq.
5) amon - 1 deq.
6) _Gйпеl_ - 1 deq.
Anlaşılmayan xalq mahnılarından bəzi misralar…
Maraqlı Yüklə
Anlaşılmayan xalq mahnılarından bəzi misralar…
Azərbaycan folklorunda mahnıların xüsusi yeri var. Dillə yanaşı, mahnılar da xalqın xarakterini müəyyənləşdirir. Yəqin çoxlarınız xalq mahnılarına qulaq asanda oradakı sözlər sizə gülməli gəlib, yaxud nə deyildiyini başa düşməmisiniz. Elə mən də sizin kimi.

Məsələn:

“Gəlmişəm otağına, oyadam səni, Qaragilə
Nə gözəl xəlq eləyib, yaradan səni, Qaragilə!“


– Mən belə anladım ki, Qaragilə yatarkən xəlvəti onun otağına girən aşiq, yatmış halda onu seyr edərək, gözəlliyinə valeh olur. Bu aşiqdən soruşan olubmu ki, ay qardaş sənin yatmış gözəlin otağında nə işin var?

“Bulaq başı toz olar,
Üstü dolu qız olar,
Əyil, dəsmalın götür,
Mən götürsəm söz olar”.


– Bulaq başı su olan yerdir. Burda toz olmur. Qızın dəsmalını götürməsi söz olar, amma qızla yanaşı durub “sən götür”, “mən götür” söhbəti söz olmaz?

“Mən gəlmişəm sizə qonaq,
Ay qız, mənə bax-bax
Bişir mənə bir qayğanaq,
Ay qız, mənə bax-bax“


– Adam nə qədər “səviyyəli” olmalıdır ki, qıza qayğanaqla “padxod eləsin”

“Gedək sənə gül dərim.
Səni gülə döndərim.
Lap istəsən anamı,
Sizə elçi göndərim.
Amma anan bilməsin“


– Necə yəni anan bilməsin? Bəs bu arvad da o qızın dünyaya gəlməsində iştirak edib, onun da müəllif hüquqları var.

“Durma qapıda,
Gözüm qaldı şanında,
Gedim anama deyim,
Gəlim qalım yanında!“


– Belə oğlan kimə lazımdır ki, qızın yanında qalmaq üçün gedib anasından icazə alır

“Dam üstədir damımız, de gülüm, nanay ay narinay.
Qoşadır eyvanımız, yar qoşadır eyvanımız”


– Dam – damın üstündədir, bunu anladıq. Eyvan bu halda niyə qoşa olsun ki?
Arxitekturada səhv var..

“Yar yaxasın düymələsin, düymələmir özü bilsin“

– Deyirəm, o vaxt indikindən daha çox demokratiya var idi.

Dostlarınızla paylaşın

250 nəfər bəyənib.
Şərhlər: 5
  1. Miracle
    Birdə bu mahnı var

    Külək ha yannan əsdi kəmər belimi kəsdi

    Soruşan lazımdır ki külək əsəndə kəmər niyə sənin belini kəssin ki ? laughing


    1. ice berg
      Oo gözəl👌biridə tapıldı:)
      Ama belə baxanda bunlar az qismidir)
  2. Elnare
    Bir soz deyim dushunuremki bu kecmish de olsa xalq mahnilari bu gunde gundemdedi.. sizleri de bir qeti belin olsa bele..ve coxluq severekde dinliyir .. en azinnan yaddashlarda qalib. Amma bu gun ifa olunan mahnilar inanmiramki 5 ilden sonra kiminse yadimda qalsin..
    1. ice berg
      Düzdü bəzi xalq mahnılarımıza indiki mahnılar heç çatmaz.Ama bəzi indiki mahnılarımıza da 5 ildən çoxda tələbat olacaq)
  3. Adnur xanım
    Bir neçə il bundan qabaq televiziyada da hansısa xalq mahnılarından birinin müzakirəsinə baxmışdım. Burda da bir neçəsini oxudum.Əslinde mahnıları dinləyəndə adama xoş gəlir.Sözlərin fərqinə varmırıq.Təhlil edəndə anlaşılmayan sözlərlə rastlaşırıq.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.