ONLAYN: 21

Qonaq: 306 Cəmi: 329
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 6 deq.
2) Adnur - 1 saat 2 deq.
3) nigaraxundova - 1 saat 1 deq.
4) ice - 1 saat
5) Nuray - 57 deq.
6) _Gйпеl_ - 54 deq.
7) Abbas - 43 deq.
8) XAMLİYON__GÖZƏL - 42 deq.
9) Gülüşüm💕 - 19 deq.
10) Karades_444 - 14 deq.
Otit - qulağın iltihabı
Sağlamlıq Yüklə
Otit - qulağın iltihabı
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.

Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.

Səbəbləri və növləri
Orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən iltihabi xəstəliklərlə əlaqədar olur. Qeyd etdiyimiz kimi burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır. Orta qulaq əsasən təbil boşluğundan ibarət olduğundan iltihabın bir səbəbi də bu boşluqda təzyiqin dəyişməsidir. Məsələn, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.

Otitlər, daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetlərinin zəif olmasından və bir sıra digər subyektiv səbəblərdən asılıdır.


Gedişinə görə kəskin və xroniki otitlər ayırd edilir. Kəskin otit dedikdə, eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi proses nəzərdə tutulur.

Simptomları
Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

Diaqnostikası
Həkim bilavasitə otoskopiya etməklə təbil pərdəsinin vəziyyətinə və şikayətlərə əsasən rəy verməlidir. Əgər yuxarıda sadalanan simptomlar müşahidə olunarsa və bundan öncə xəstə soyuqdəyməyə məruz qalıbsa, o zaman diaqnozu təyin etmək çətinlik törətmir. Şikayətlərdən əlavə mütləq audioqramma aparmaq və bəzən qulaqdan yaxma götürüb mikrobları yoxlamaq lazım gəlir.

Müalicəsi
Yerli və ümumi aparılır. Yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa irinin cərrahi yolla xaric edilməsi vacibdir.

Dostlarınızla paylaşın

173 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.