Ramazan ayı təqvimi 2020

ONLAYN: 12

Qonaq: 514 Cəmi: 529
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 17
Cəmi: 5456
amon
Xəbər 8
Cəmi: 836
Avara_Şair
Xəbər 4
Cəmi: 1544
Xaliq
Xəbər 1
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Sensiz darixiram

Mesaj: Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə səni təbrik edirəm

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,6 Min
6) Sensiz darixiram » 394,1 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223,3 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 146,4 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 82,1 Min
18) _Uğurböceyi_ » 79,9 Min
19) Xaliq » 78,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Dear
Şərh: 8
Cəmi: 1211
Elnare
Şərh: 6
Cəmi: 1766
_AzƏrİ_QıZı_
Şərh: 4
Cəmi: 206
GozeLoV
Şərh: 4
Cəmi: 43
Xaliq
Şərh: 3
Cəmi: 262
Kənan Heydərov
Şərh: 1
Cəmi: 7797
JokeR
Şərh: 1
Cəmi: 78
Sensiz darixiram
Şərh: 1
Cəmi: 4010
amon
Şərh: 1
Cəmi: 798

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 30
Cəmi: 30
Xaliq
Bugün 7
Cəmi: 7
GozeLoV
Bugün 5
Cəmi: 5
Avara_Şair
Bugün 5
Cəmi: 5
Dear
Bugün 5
Cəmi: 5
_AzƏrİ_QıZı_
Bugün 5
Cəmi: 5
Elnare
Bugün 2
Cəmi: 2
Alizade.m
Bugün 2
Cəmi: 2
amon
Bugün 1
Cəmi: 1
khaliloff
Bugün 1
Cəmi: 1

Reklam

Bir dəfə klik edin
Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam.
Exclusive / Video, Klip Yüklə
Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam.

Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam..

Bu gün doğum günündür əziz balam.. 35 yaşını təbrik etmək istədim,təbrik edə bilmədim.. Gəldim otağına - otağında yox idin. Şəklinə baxdım, şəklin kədərli, sanki əşyaların da səndən nigaran- kədərli. Pəncərədən boylanıb baxdım, sən gələn yollar səssiz... Qoxun uzaqlardan gəldi, əl uzatdım əlim çatmadı.Gözümdəki yaşlar ürəyimə axdı.. Sənsiz keçən hər gün ürəyimə atəş düşür və düşdüyü yeri yandırır.. Əllərim soyuq,gözüm yaşlı, könlüm isə qəmdir ay oğul .. Səni sevən hər kəsin gözlərindən kədər yağmaqdadır.. Axı bu gün ad günündür əziz balam, boynunu qucaqlamaq təbrik etmək istədim, səni tapa bilmədim. Məzarına yetişdim.Məzarını qucaqlayıb oxşadım, məzarın da buz bağlayıb ay oğul.. Torpaq altda yatan igid balam, torpaq üstünü örtüb, qoymur sarılım boynuna ay oğul. Gözünün nuruna qurban, nə tez qıydı fələk sənə ay oğul..Getdiyin gündən dərd- kədər ürəyimə söykənib.. Getdiyin gündən göz yaşlarım tükənmir. O gün - yaşadığım acılar unudulan deyil.. Torpağa tökülən günahsız qanın torpaqdan silinən deyil... Hər gecə - gündüz Ərşə yüksələn ah-naləm, fəryadım yerdə qalan deyil.. Yoxluğun hər gecə qulağımda canlanır, sənsizlik hər gecənin sükutunu pozur.. Sənsiz yaşamaq ağırdır. Bu acı gerçəkliyi necə qəbul edim, söylə - söylə ay oğul. Heç doymadım gül üzündən, axı doymadım gül nəfəsindən.. Doyunca boynuna sarıla bilmədim.. Yandırdı kül etdi sənsizlik, sənsizlik dözülməz dərd oldu ay oğul. Ağlaram od tutub yanaram, sən gələn yollara boylanaram, titrək nəfəsini uzaqlardan duyaram. Gözlərim önündə körpəliyin - beşiyin canlanar, beşiyini yırğalayıb lay-lay deyib ağlaram.. Darıxanda söylə qoxunu kimdən alaram. Emilim, canım balam səsimə səs ver əziz balam, darıxanda ətrini kimdən alaram. Vətən yolunda şirin canın qurban verən vətənsevər balam, söylə sənə necə çataram, darıxanda səni kimdən xəbər alaram. Ağlaram, Emilim deyib sızlaram, yarama duz bağlaram. Söylə səni kimdən - kimdən xəbər alaram.

Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam.. 


Sən demə, sənsizlik tale yazımmış, əziz balam..






Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. _official_
    xebere gore tesekkurler
    yerin CENNET olsun
    -=* Medalları *=-

    -=* İmza *=-

    Arkadaşlıklar aşka dönüşür, ama dostluklar asla ihanete dönüşmemeli.
  2. taleh4ik
    Amansız əcəl Emilin ömür yolunun yarımçıq qalmasına səbəb oldu. Vətənini canından artıq sevən Emil bu gün yaşasaydı arzusunda olduğu General rütbəsinə ucalıb, Vətənin azadlığı üçün, Azərbaycanın inkişafı üçün nələr etməyəcəkdi...Vətəni canından çox sevən Emil Vətənin azadlığı naminə öz şirin canından keçməyə hər an hazır idi. Vətən üçün doğulub,Vətən üçün ölən Vətənin Qəhrəman, İgid oğlu min heyf səndən, min heyf ki,sonsuz arzuların yarımçıq qaldı.. Haqq yerini tapmayınca onu sevənlər sakitlik tapmayacaq. Emilin nakam ölümü onu tanıyanların, böyük bir nəslin,xüsusilə də atasının, anasının, qardaş və bacılarının qəlbinə dərin yara vurdu, özüdə elə bir sağalmaz yara vurdu ki, onu sevənlər bir ömür onun yoxluğu ilə barışmayacaq,axı hər an yeri görünən Emil bir daha dünyaya qayıtmayacaq.Övlad itkisi ən ağır dərddir,qardaş itkisi dözülməz həsrətdir. Qəlbi bala dağlı qalan Ata, gözü yaşlı,ürəyi qubarlı Ana, gözünün yaşı qurumayan bacıları, qardaşları Emilsiz necə təskinlik tapa bilsin, necə? Onu sevənlər yaxşı bilir ki, Emilin yerini heç kəs verə bilməz.Şərəfli ömür yaşamış Cənab Mayor Emil Əsgərlinin adı hər zaman dillərdə, qəlblərdə, yaddaşlarda yaşayacaq, dərin hörmətlə yad ediləcək, onu sevənlər daim şirin xatirəsini ehtiramla anacaqlar..Əməlləri və fəaliyyəti ilə yaddaşlarda yaşayan və özündən sonra şirin xatirələri sığmayacaq qədər böyük bir dünya qoyub gedən Emilin Ruhu şad olsun. Məzarın nura qərq olsun Cənab Mayor.

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.