ONLAYN: 24

Qonaq: 581 Cəmi: 608
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,9 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) _Gйпеl_ - 20 deq.
2) Abbas - 7 deq.
3) JoKeR - 6 deq.
4) Hökm - 5 deq.
5) amon - 1 deq.
6) ÊLfid - 1 deq.
7) XAMLİYON__GÖZƏL - 1 deq.
Əvvələr hər şey daha gözəl, hər şey daha səmimi idi
Hekayələr Yüklə
Əvvələr hər şey daha gözəl, hər şey daha səmimi idi
Əminəm ki, bu cümləni eşitməkdən çoxumuzun qulağı qabar olmuşdur. Hər kəs keçmişin gözəlliyindən dəm vurub, “gözəl zamanlarda” yaşağamağın qüruru ilə öyünür. Bəs niyə əvvəllər hər kəs daha səmimi, sevgilər daha pak, dostluqlar daha dürüst idi?
Əlbəttə ki, belə sualları cavablandırmaq üçün keçmiş və indiki zaman arasındakı fərqlərə quşbaxışı baxmağı nisbətən bacarmaq lazımdır. “Əvvəllər hamı daha “səmimi” idi.” Bəlkə buna məcbur idilər?!
Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi..
Zənnimcə, bu sualın cavabı “azadlıq”dır. İnsanlıq hər keçən gün azadlıq zirvəsinə doğru daha bir addım atır. Azadlıq vacib bir şey olsa da, insan təbiətini bütün xüsusiyyətləri ilə ortaya çıxarma təhlükəsini daxilində bəsləyir. İnsanlar azadlaşdıqca digərlərindən asılılıqları azalır. Artıq cəmiyyətlərdə bütün kollektivlik ideyaları suya düşür. 100 il öncə hər kəs bir-birindən asılı vəziyyətdə yaşayırdı. Yəni siz 100 il öncənin Bakısında yaşayan bir insansınızsa, ürəyiniz istəyən kimi hər kəs tərəfindən qəbul edilmiş fikri tənqid edə bilməzdiniz. Çünki yaşamaq üçün digərlərinə ehtiyacınız var idi. Əvvəllər bir məhəllədə “xain” hesab edilən bir adama heç çörək də satmazdılar. Bu gün isə söz azadlığı mövcuddur. Siz istədiyiniz fikri istədiyiniz kimi ifadə edə və yaşamağa davam edə bilərsiniz. Bu isə artıq digərləri ilə qurduğunuz “səmimi” əlaqələri gərəksiz hala gətirir. İnsan əlaqələri mənfəət üzərinə qurulmuşdur, əgər dövrümüzdə mənfəətə çatmaq üçün səmimiyyət gərəkli deyilsə, o zaman səmimi insan da tapmazsınız. Əgər insanlar sürüdən (təşbehdə xəta olmaz) asılı olmadan da yemək tapa bilərlərsə, onların sürü arasında qalmaq üçün digərləri ilə “xoş” əlaqələr qurmağa ehtiyacları olmaz. Əgər insana imkan verilərsə o, digərlərinin başına basaraq zirvəyə çıxmağı – kapitalizmi – seçər, nəinki birlik göstərərək həmrəy yaşamağı – kollektivizmi. Və belə də oldu.

“Əvvəllər böyüyə, kiçiyə hörmət var idi”. Bu məsələ bir az daha maraqlıdır. Belə ki, ilk öncə niyə böyüyə hörmət edildiyinə baxaq. Məncə belə sosyolojik məfhumları təhlil etmək üçün ən yaxşı üsul 100 nəfərlik bir qəbilə təsəvvür etməkdir. Bu qəbilədə od əldə etməyi – od olmazsa hər kəs ölər – bacaran sadəcə daha yaşlılardır, buna görə də onlar hər zaman əl üstündə tutulur və onlara hörmət edilir. Yəni ki, böyüklərimiz həyatı bizdən daha yaxşı başa düşürlər və onların təcrübələri bizim həyatımızı daha yaxşı yaşamağımıza yardımçı olur. Buna görə də, biz onlara həmişə hörmət etməliyik. Kiçiklər isə sadəcə qocalıb gücdən düşəndə bizə baxmaq üçündür.
İndi isə gələk, dövrümüzdə bu ənənənin niyə pozulduğuna. Çünki dövrümüzdə artıq kiçiklər böyüklərdən daha çox bilməyə başlayır. Zəmanəmizdə hər şey o qədər sürətlənmişdir ki, artıq yaşlılar bu sürətə çata bilmirlər, ona görə də cavanlar daha çox həyat bilgisinə sahib olurlar. Kompüterin kəşfindən bəri bu proses daha da vüsət alıb. Artıq kiçiklərin böyüklərə ehtiyacı olmadığı üçün, onlar hər hansı birinə hörmət etməyi lazım bilmirlər. Lakin, bu demək deyil ki, artıq kiçiklər böyüklərə hörmət etməməlidir. Sadəcə dövrümüzdə hörmət mənfəətcil bir məfhum olmaqdan çıxıb səmimi bir məfhuma çevrilir. İnsanlar böyüklərə onlara ehtiyacları olduqları üçün yox, onları sevdikləri üçün hörmət edirlər. Eləcə də, nə qədər şey bilsəniz də, həmin bilgiləri tətbiq etmək üçün böyüməyə ehtiyac var, sizi böyüdən isə yaşlılardır.

Boşanmaların sayı gündən günə artır, müqəddəs ailə qurumu sarsılmaz taxtını itirir. Lakin “günahkar” olan zəmanə deyil, insandır. Əgər 100 il öncə insanların boşanmaq kimi bir seçimləri olsaydı, onlar bunu məmnuniyyətlə seçərdilər. Çünki insanların bir-birlərinə uyğun olması sadəcə cəfəngiyyatdan ibarətdir. İki insan sadəcə bəzi mənfəətlər çərçivəsində birlikdə yaşaya bilər. Necə ki, cəmiyyət qrupdakı fərdlərin mənfəətləri əsasında qurulmuşdur, ailələrdə də vəziyyət eynidir. Böyük bir qrupu idarə etmək üçün onları kiçik-kiçik qruplara – ailələrə – bölməlisiniz. Daha öncə də qeyd etdiyim kimi – siz ailənin fərdlərinə ayrı-ayrı yaşamaq imkanı yaratsanız, bütün fərdlər o imkanı seçər.

İnsanlar əvvəllər də ən az indiki qədər kindar, sevgisiz, riyakar idilər. Lakin onların cilovunu əldə saxlayan totalitar cəmiyyətlər var idi. İndi isə “azadlıq” cərəyanı bütün “müqəddəslikləri” yox etmə bacarığına sahib olan vəhşi insan təbiətini ortaya çıxarır. Diqqət etsək, hal-hazırda ən saf sevgilərin yaşandığı zamanlar dedikdə insanın ağlına keçmiş gəlir. Keçmişdəki totalitarlıqdan isə danışmağa lüzum yoxdur. Totalitarlıq vəhşi insanın cilovunu əlindən buraxdığından bəri “pak” olan hər şey yox olur.
“Əvvəl qonşuluq, dostluq başqa cür idi.” Çünki əvvəl insanların qonşusunu seçmək şansı yox idi. Sizdən ən uzağı 5 qapı sonrakı insanla xoş əlaqələr qurmağa məcbur idiniz, yoxsa güzəranınız pis olardı. İndi isə – transportun inkişafından bəri – 30 km aralıdakı insanların arasından belə özünüzə ən uyğun dostu seçə bilirsiniz. Əgər 100 il öncəki insanlara bu şansı versəydiniz, onlardan çox azı öz qapı qonşusunu dost kimi seçərdi.
Cəmiyyətlər hər kəs tərəfindən “saxtalığı” sezilən, lakin “müqəddəs” qəbul edilən simvolik cəfəngiyyatlar üzərində qurulmuşdur. Gerçək sevgi və səmimi insan əlaqələri mövcuddur, lakin buna misal keçmişdəki əlaqələrdən çox indikilər ola bilər. Çünki indi hər şey gerçəkdir. Azadlığın bəslədiyi vəhşi insan zəkası yolundakı bütün cəfəngiyyatlarları silib-süpürür. Artıq dostluqlar, ailələr, qonşuluqlar daha realist əlaqələr əsasında qurulur. Həmin bu məfhumlar insanlığın zəkasız zamanlarının məhsuludur. Aciz insan oğlu sonsuz kainatın sirlərini anlamaq qabiliyyətinə sahib olmadığı üçün bu məfhumları zəkaya çatmaq yolunda özünə yoldaş seçmişdi. Lakin, zəka inkişaf etdikcə, azadlıqlar artdıqca köhnənin “səmiyyəti” və “eşqi” sadəcə XVIII əsr sevgi romanlarından xatırlanmağa məcbur olur.

Gəlin, “Nəsimi” filmindən Nəsimi ilə Əmir Teymurun dialoqunun bir hissəsinə nəzər yetirək:
Ə.T. – Amma “allah xofu” çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var.
İ.N. – Kamil insan cümlə-aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq.
Ə.T. – Qorxusuz insan insan deyil, qudurmuş itdir!

“Qorxusuz insan” bütün dəyərləri – sevgi, dostluq, səmimiyyət – məhv etməyə qabil olsa, bunu edər. Azadlıq insanın qəlbindən “allah xofunu” çıxarmağa davam edir. Bu səbəbdən gün keçdikcə bütün “dəyərlər” məhv olur. Bu, təfəkkürün təkamülüdür. Təkamül isə qarşısıalınmazdır.
Xülasə, üstad Nəsiminin “kamil insan” teoriyası yavaş-yavaş gerçəkləşir. Totalitar cəmiyyətlərin yaratdığı saxta əlaqələr isə “kamillik” qarşısında acizdir. Zəka ideal bir heykəl yaradanadək bütün nahamarlıqları aradan götürəcək. Geriyə isə zəkanın yaratdığı “gerçək səmimiyyət” qalacaq.

Müəllif: Əliş Nəzzərov

Dostlarınızla paylaşın

136 nəfər bəyənib.
Şərhlər: 1
  1. Adnur xanım
    İlk öncə bu məqalənin müəllifinə xüsusi təşəkkürümü bildirirəm.Daha sonra bu məqaləni paylaşana təşəkkür edirəm.
    Məqalədə yazılanlarla tamamilə razıyam. Məqalədə demək olar ki, dövrümüzün ən aktual mövzularına toxunulub və səbəbləri açıqlanmışdır. Mənə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur.Çünki bütün demək istədiklərimiz bu məqalədə cəmlənib. Saytda nadir hallarda atılan xəbərlər ürəyimə yatar. Sevgi xəbərlərindəndirsə bu səpkidə , yaxud ayrı mövzularda məqalələr paylaşılsa lap yaxşı olar.Insanın şərh yazmağa, fikrini bölməyə həvəsi olar.Sağ olun!

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.